Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3557/2025 12.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X21, X22, X23, X33, X7, X34, X40, X13, X35, Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı və X9 ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən, 142 nömrəli evin, 19 nömrəli mənzil Kirovabad şəhər XDS-nin xx.xx.1982-ci il tarixli 19 nömrəli order, 9 saylı Gəncə Evlər İdarəsinin Forma 2 arayışına (qeydiyyatda olanlar X6, X24, X25, X26, X27, X36, X17 və X37), qeydiyyatda olan şəxslərin razılıq ərziələrinə əsasən Qurbanova Səfurə qızının adına qeydiyyata alınmış və ona xx.xx.2004-cü il tarixli 21543 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 7 saylı Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə təsdiq edilmiş 246278 nömrəli alqı-satqı müqaviləsinə əsasən, X2 şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən, 142 nömrəli evin, 19 nömrəli mənzili X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş **********69-05101- 093006 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində X10 xüsusi mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş 4Ə-382 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X4 şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 142 nömrəli evin, 19 nömrəli mənzili iddiaçıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş **********69-05101- 093006 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş **********80-05101- 093006 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışa əsasən, X21, X22, X23, X33, X7, X34, X40, X13, X35, Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı və X29 iddiaçıya məxus ünvan 2 ünvanında qeydiyyatdadırlar. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3- 13-57/2-B-81xx/xx/2025 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3- 13-57/2-B-149xx/xx/2025 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, X21 xx.xx.2005-ci il tarixdən, X22 xx.xx.2005-ci il tarixdən, X23 xx.xx.2005-ci il tarixdən, X33 xx.xx.2016-cı il tarixdən, X7 xx.xx.2024-cü il tarixdən, X34 xx.xx.2011-ci il tarixdən, X40 xx.xx.2015-ci il tarixdən, X13 xx.xx.2007-ci il tarixdən, X35 xx.xx.2025-ci il tarixdən, Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı xx.xx.2024-cü il tarixdən və X29 xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 2 ünvanında, X18 xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixənədək ünvan 2 ünvanında, xx.xx.2025-ci il tarixdən hal-hazıradək ünvan 4 ünvanında qeydiyyatdadırlar. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 4Ə-382 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən mənzil X18 tərəfindən İddiaçı satılmışdır. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, üçüncü şəxslər ilə iddiaçının heç bir qohumluq münasibətləri yoxdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X21, X22, X23, X33, X7, X34, X40, X13, X35, Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı, X18 və X9 ünvan 2 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3557/2025 saylı qərardadı ilə X21, X22, X23, X33, X7, X34, X40, X13, X35, Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı, X18 və X29 iş üzrə zəruri olan üçüncü şəxs qismində cəlb edilmiş, məhdud fəaliyyət qabiliyyətli X33 və X35 valideynləri - X34 və X19 ilə, X7 və Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı valideynləri - X3 və X13 ilə təmsil olunmaları qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3557/2025 saylı qərardadı ilə iddia tələbi “X21, X22, X23, X33, X7, X34, X40, X13, X35, Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı və X9 ona məxsus olan ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, üçüncü şəxslər onun mənzilinin keçmiş sakinləridir, lakin hazırda üçüncü şəxslərin onun mülkiyyətində qeydiyyatda olmalarının onun mülkiyyət hüququnun pozulmmasına səbəb olur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli məktubla işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini **********69-05101-093006 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixdə və **********80-05101-093006 reyestr, ********** qeydiyyat nömrəli xx.xx.2025-ci il tarixdə verilmiş reyestrdən çıxarışların surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-B- 81xx/xx/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-13-57/2-B-149xx/xx/2025 nömrəli imtinaları, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-3-33/2-4680/2025 nömrəli məktubu və ona əlavə edilmiş əmlaka dair sənədlərin təsdiq edilmiş surətləri təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı da ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X33 xx.xx.2016-cı il təvəllüdlü, X35 xx.xx.2017-ci il təvəllüdlü, X7 xx.xx.2008-ci il təvəllüdlü və Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı xx.xx.2016-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadıqlarından, inzibati məhkəmə icraatının subyektləri qismində çıxış edə bilməsələr belə, onların müstəqil olaraq özlərinə yaşayış yeri seçmək, həmin evdə qeydiyyatda qalmağa hüquqları mövcud deyildir. Məhkəmə qeyd edir ki, X33, X35, X8 və Quliyeva (Hüseynova) Fəridə Mübariz qızının yaşayış yerləri valideynlərinin yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. X33 və X15 atası X34 və X7 və Quliyeva (Hüseynova) Fəridə Mübariz qızının anası X30 hazırkı iş üzrə üçüncü şəxslərdir və onların özlərinin də, mübahisəli mənzildə hər hansı əmlak hüquqları yoxdur və faktiki olaraq həmin mənzildə yaşamırlar. Azyaşlının digər valideyni - X33 və X15 anası (atası) - X19, X7 və Quliyeva (Hüseynova) Fəridə Mübariz qızının atası X3 iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadıqlarından, qeydiyyatda olmadıqlarından və həmin ünvanda əmlak hüquqları olmadığından azyaşlıların sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Belə olan halda, azyaşlıların valideynlərinin həmin evdən qeydiyyatdan çıxarılmaları nəzərə alınaraq onların da qeydiyyatdan çıxarılması məqsədəmüvafiqdir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzildə üzərində hər hansı hüquqa malik olmadıqları və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildə qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X21, X22, X23, X33, X7, X34, X40, X13, X35, Quliyeva (Hüseynova) Fəridə Mübariz qızı və X9 ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3557/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3557/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver