Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-356/2025 28.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər X21 və X16) qarşı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın 141.9 kv.m hissədə ləğv edilərək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə X3, ailə üzvləri X12 və İddiaçı fərdi yaşayış evi tikintisi üçün 0.25 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsi ilə bağlı Torpağın mülkiyyətə verilməsinə dair JN-277A KOD 50300068 nömrəli şəhadətnamə tərtib edilmişdir.
2. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X2 adına xx.xx.1988-ci il tarixli 92 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
3. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Əyyublu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən həqiqətən 1996-2000-ci illərin 18 nömrəli təsərrüfatbaşına kitabın 14 saylı səhifəsində 1971-ci ildə inşa olunmuş 1 mərtəbəli, ümumi sahəsi 114,0 kv.m olan fərdi yaşayış evi və 0,24 ha həyətyanı torpaq sahəsi X2 adına qeyd edilmişdir.
4. X2 Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində zəruri olan inventarlaşdırma işləri aparılması zamanı mübahisə aşkar edilmiş və məsələyə məhkəmə qarşısında baxılması müəyyən edilmişdir. Bu səbəbdən inventarlaşdırma (müayinə) işlərinin aparılması mümkün olmamışdır.
5. Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 2600 nömrəli məktubundan görünür ki, 1940-cı ildə Tovuz rayonu, Aşağı Ayıblı kəndində doğulmuş və xx.xx.2022-ci il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində vfat etmiş X1 miras qalmış əmlaka dair notariat ofisində xx.xx.2023-cü il tarixdə mərhumun oğlu İddiaçı müraciəti ilə V-527 (2023) nömrəli vərəsəlik işi açılmışdır.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 210/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-1669/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, İddiaçı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. Lakin payçı X7 etibarnamə üzrə nümayəndəsi X11 rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində zəruri olan inventarlaşdırma işləri aparılması zamanı mübahisə aşkar edildiyi üçün vətəndaşa imtina verilmişdir.
7. Məhkəmənin sorğusuna Tovuz Rayon İcra Hakimiyyəti başçısının Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-79-26/2-59/2024 nömrəli və Tovuz Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli cavab məktublarına əlavə edilmiş Tovuz rayonu Əyyublu kəndinə aid 1996-2000-ci illərin təsərrüfatbaşına kitabdan çıxarışa əsasən 1996-2000-ci illərin təsərrüfatbaşına kitabının 1384-cü şəxsi hesabında X2 və ailə üzvlərinin adına 0.26 ha torpaq sahəsi qeyd edilmişdir.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4943/2024 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən X4 və digər ailə üzvünün mülkiyyət hüququ ümumi birgə olmaqla Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı əsasında 0.26 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair JN-278A nömrəli şəhadətnamə tərtib edilmişdir. Yuxarıda qeyd edilən torpaq sahəsi və üzərində yerləşən tikiliyə dair X5 (fərdi yaşayış evi tam, torpaq sahəsi 0.13 ha) və X6 (torpaq sahəsi 0.13 ha) adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. Tovuz rayon notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə-2-497 reyestr nömrəli bağışlama müqaviləsi əsasında qeyd edilən əmlaka dair X14 (fərdi yaşayış evi ümumi sahə 101,8 kv.m, torpaq sahəsi 0.0896 ha) və X13 (fərdi yaşayış evi üzmumi sahə 65.6 kv.m, torpaq sahəsi 0.1704 ha) adına xx.xx.2013-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. Bu səbəbdən həmin şəxslər üçüncü şəxs kimi icraata cəlb edilərək, onlara məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri əldə edilmişdir.
9. Məhkəmənin sorğusuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-1856/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Tovuz rayonu Aşağı Ayıblı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 277-ci sırada X2 adına 0.26 ha torpaq sahəsi qeyd edilmişdir.
10. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Torpağın mülkiyyətə verilməsinə dair JN-277A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən X8 və ailə üzvləri X12 və İddiaçı ayrılmış 0.25 ha torpaq sahəsinin koordinatları təyin edildi. Torpaq sahəsi faktiki istifadə vəziyyətində 2409 kv.mdir. Baza məlumatlarına əsasən yaşayış məntəqələri daxilində həyətyanı altında xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. JN-277A nömrəli şəhadətnamədə olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadədə olan torpaq sahəsinin koordinatları uyğun deyil. 2) Torpağın mülkiyyətə verilməsinə dair JN-277A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən X10 və X9 ayrılmış 0.26 ha torpaq sahəsinin koordinatları təyin edildi. Torpaq sahəsi faktiki istifadə vəziyyətində 2803 kv.m-dir. Baza məlumatlarına əsasən yaşayış məntəqələri daxilində həyətyanı altında xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. JN-278A nömrəli şəhadətnamədə olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadədə olan torpaq sahəsinin koordinatları uyğun deyil. 3) Elektron baza məlumatlarına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 141.9 kv.m hissəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda olan torpaq sahəsi üst-üstə düşür. II. Məhkəmədə icraat
11. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadəsində olan Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə ona və ailə üzvləri atası X3 və anası X12 Tovuz rayonu Əyyublu kəndi ərazisində 0.25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində sovet dönəmindən evləri olmuş və həmin tikilinin müvafiq sənədləri yəni texniki pasportu olmuşdur. X27 04 mart 2003-cü ildə, atası Nəriman Əlirzayev isə 23 noyabr 2022-ci ildə vəfat etmişdir. Müraciəti əsasında X30 Xidmət mərkəzinin notariat ofisində adına vərəsəlik işi açılmış və atasından miras qalmış daşınmaz əmlakın onun adına rəsmiləşdirilməsi bildirilmişdir. Torpaq və üzərində yerləşən daşınmaz əmlak hazırda da onun istifadəsindədir və torpaq sahəsində evləri mövcuddur, həmçinin həyətyanı torpaq sahəsindən də istifadə edirlər. Bununla bağlı həmin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh olan təşkilata müraciət etməyinə baxmayaraq, müraciətindən əsassız olaraq imtina olunmuşdur. Bundan başqa ona bildirilmişdir ki, həmin torpaq sahəsinə və üzərində yerləşən tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd verilməsi mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın 141.9 kv.m hissədə ləğv edilərək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
14. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırkı cavabdeh hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X21 və X16 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X21 və X13 üçüncü şəxs qismində icraata cəlb edilməsi qaydası adidən zəruriyə dəyişdirilmişdir.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdehin iddiaya qarşı yazılı münasibəti xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, İddiaçı Tovuz rayonu, Əyyublu kəndində yerləşən, fərdi yaşayış evi üzərində mərhum X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə daxil olmuşdur və cavab olaraq bildirilmişdir ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlaka baxış keçirilməsi üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən, daşınmaz əmlak üzərində mübahisə olduğu aşkar edilmişdir. Tovuz rayon Aqrar İslahatı Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Tovuz rayonu Aşağı Ayıblı kəndi ərazisindən X3 və digərlərinə 0.25 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair JN-277A saylı Şəhadətnamə verilmişdir. X2 adına keçmiş DTİ və MHQİ-si tərəfindən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evinə 503-68/344 inventar nömrəli texniki pasport tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunun 7.1- ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası qanununun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Əlavə olaraq bildiririk ki, torpaq mübahisələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 16.5ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin (bütün hüquq sahiblərinin) razılığı ilə həyata keçirilir. Bu qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı Tovuz rayonu, Əyyublu kəndində yerləşən, fərdi yaşayış evi üzərində X2 mülkiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından texniki-inventarlaşma işləri aparmaq mümkün olmadığından və Ərazi İdarəsinin nümayəndələrinə yaradılmış maneə aradan qaldırıldıqdan sonra iddiaçının müraciətinə yenidən baxıla bilər. İddiaçı mübahisə başa çatdıqdan və yaşayış evinin ölcülməsinə şərait yaradıldıqdan sonra qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı verilməsi təmin edilməsi barədə məlumatlandırılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın 141.9 kv.m hissədə ləğv edilərək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Həmin iddia tələbinə münasibətdə bildiririk ki, reyestrdə düzəlişin aparılması hüququna toxunulan şəxsin və bütün hüquq sahiblərinin razılığı ilə həyata keçirilir.
23. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməlidir.
26. Belə ki, iş materialları və işin faktiki halları ilə müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə X3, ailə üzvləri X12 və İddiaçı fərdi yaşayış evi tikintisi üçün 0.25 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsi ilə bağlı Torpağın mülkiyyətə verilməsinə dair JN-277A KOD 50300068 nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X2 adına xx.xx.1988-ci il tarixli 92 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
27. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Əyyublu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən həqiqətən 1996-2000-ci illərin 18 nömrəli təsərrüfatbaşına kitabın 14 saylı səhifəsində 1971-ci ildə inşa olunmuş 1 mərtəbəli, ümumi sahəsi 114,0 kv.m olan fərdi yaşayış evi və 0,24 ha həyətyanı torpaq sahəsi X2 adına qeyd edilmişdir.
28. X2 Tovuz rayonu, Əyyublu kəndində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyin torpaq sahəsi üzərində zəruri olan inventarlaşdırma işləri aparılması zamanı mübahisə aaşkar edilmiş və məsələyə məhkəmə qarşısında baxılması müəyyən edilmişdir. Bu səbəbdən inventarlaşdırma (müayinə) işlərinin aparılması mümkün olmamışdır.
29. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4943/2024 nömrəli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən X4 və digər ailə üzvünün mülkiyyət hüququ ümumi birgə olmaqla Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı əsasında 0.26 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair JN-278A nömrəli şəhadətnamə tərtib edilmişdir. Yuxarıda qeyd edilən torpaq sahəsi və üzərində yerləşən tikiliyə dair X5 (fərdi yaşayış evi tam, torpaq sahəsi 0.13 ha) və X6 (torpaq sahəsi 0.13 ha) adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. Tovuz rayon notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə-2-497 reyestr nömrəli bağışlama müqaviləsi əsasında qeyd edilən əmlaka dair X14 (fərdi yaşayış evi ümumi sahə 101,8 kv.m, torpaq sahəsi 0.0896 ha) və X13 (fərdi yaşayış evi üzmumi sahə 65.6 kv.m, torpaq sahəsi 0.1704 ha) adına xx.xx.2013-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir.
30. Hazırda iddiaçı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın 141.9 kv.m hissədə ləğv edilərək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsini, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X3 məxsus olması barədə arayışın verilməsini tələb edir.
31. Hazırda iddiaçı həmin qeydi mübahisələndirir və məhkəmə onun tələbini əsaslı sayır.
32. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-277A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən X8 və ailə üzvləri X12 və İddiaçı ayrılmış 0.25 ha torpaq sahəsinin koordinatları təyin edildi. Torpaq sahəsi faktiki istifadə vəziyyətində 2409 kv.m-dir. Baza məlumatlarına əsasən yaşayış məntəqələri daxilində həyətyanı altında xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. JN-277A nömrəli şəhadətnamədə olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadədə olan torpaq sahəsinin koordinatları uyğun deyil. Torpağın mülkiyyətə verilməsinə dair JN-277A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən X10 və X9 ayrılmış 0.26 ha torpaq sahəsinin koordinatları təyin edildi. Torpaq sahəsi faktiki istifadə vəziyyətində 2803 kv.m-dir. Baza məlumatlarına əsasən yaşayış məntəqələri daxilində həyətyanı altında xüsusi mülkiyyətə verilmiş torpaq sahəsidir. JN-278A nömrəli şəhadətnamədə olan torpaq sahəsinin koordinatları ilə faktiki istifadədə olan torpaq sahəsinin koordinatları uyğun deyil. Elektron baza məlumatlarına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 141.9 kv.m hissəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda olan torpaq sahəsi üst-üstə düşür.
33. Göründüyü kimi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 141.9 kv.m hissəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda olan torpaq sahəsi üst-üstə düşür.
34. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-277A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən X8 və ailə üzvləri X12 və İddiaçı 0.25 ha torpaq sahəsinin ayrılmasına baxmayaraq, torpaq sahəsi faktiki istifadə vəziyyətində 2409 kv.m-dir. Torpağın mülkiyyətə verilməsinə dair JN-277A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən X10 və X9 0.26 ha torpaq sahəsinin ayrılmasına baxmayaraq, torpaq sahəsi faktiki istifadə vəziyyətində 2803 kv.m-dir.
35. Göründüyü kimi, şəhadətnamələrdə olan torpaq sahələrinin koordinatları ilə faktiki istifadədə olan torpaq sahələrinin koordinatları uyğun deyil.
36. Buna səbəb isə, iddiaçıya və ailə üzvlərinə məxsus JN-277A KOD 50300068 nömrəli şəhadətnamə ilə üçüncü şəxslərə məxsus JN-278A KOD 50300068 nömrəli şəhadətnamənin qüsurlu işlənilməsi (ayrılmış faktiki torpaq sahəsinə uyğun işlənilməməsi) olmuşdur. Nəticədə, faktiki vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsinin ölçüləri əsassız olaraq azaldılmış, üçüncü şəxslərə məxsus torpaq sahəsinin ölçüləri isə artırılmışdır.
37. Belə olan halda həmin reyestr qeydinin mövcudluğu iddiaçının öz mülkiyyət hüququnu həyata keçirməsinə maneə təşkil edir. Bu səbəbdən həmin qeydiyyatın aparılması iddiaçının sözügedən həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunduğundan o, əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır.
38. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik: 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a görə (2 nömrəli əlavə): Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
40. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bənd 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
42. Göründüyü kimi, yuxarıda qeyd olunan normalarda daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi təsbit edilmişdir. Həmin normalar baxımından hazırkı mübahisəyə münasibətdə də iddiaçıya fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüququn iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi təmin olunmalıdır.
43. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın 141.9 kv.m hissədə ləğv edilərək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın 141.9 kv.m hissədə ləğv edilərək, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva