Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3567/2024 13.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ailəsi 18 sentyabr 1988-ci il tarixinədək Xankəndi şəhərində qeydiyyatda olmaqla orada yaşamışdır. Xankəndinin ermənilər tərəfindən işğalından sonra ailəsi Ağdam rayonu, Əhmədağalı kəndinə köçmüş, orada yaşamağa başlamışlar. İddiaçı xx.xx.2006-cı il tarixdə Ağdam rayonu, Əhmədağalı kəndində anadan olmuş, atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı hal-hazırda Sumqayıt Dövlət Universitetinə qəbul olunmuş, lakin məcburi köçkün statusunun olmadığına görə o, illik ödənişdən azad oluna bilmir. Buna görə də iddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada bildirilmişdir ki, iddiaçının anası işğaldan azad kənd sakini olduğuna görə tələb təmin edilə bilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etdi. İşin halları xx.xx.2006-cı il tarixli, AZ-İ 734803 №-li doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2006-cı ildə Bərdə rayonunda doğulmuşdur. “Atası” qrafasında X16 və “anası” qrafasında X12 göstərilmişdir. xx.xx.1968-ci il tarixli, AЗ ******* №-li doğum haqqında Şəhadətnaməyə əsasən, X16 xx.xx.1968-ci ildə Xankəndi şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən X9 xx.xx.2017-ci il tarixdə AA 395228 №-li məcburi köçkün vəsiqəsi verilmişdir. Doğulduğu yer və daimi yaşayış yerini tərk etdiyi ünvan qismində Xankəndi şəhəri göstərilmişdir. Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ 361023 nömrəli ölüm haqqında Şəhadətnaməyə əsasən, X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli məktubuna əsasən, hal-hazırda Ağdam rayonunda daimi pasport qeydiyyatında olan İddiaçı atası mərhum X16 18 sentyabr 1988-ci ilədək Xankəndi şəhərində yaşamış və pasport qeydiyyatında olmuşdur. Ermənilər tərəfindən şəhərin işğalından sonra məcburi köçkün düşmüşdür. Məcburi köçkün düşdükdən sonra Ağdam rayonuna daimi pasport qeydiyyatına düşüb, xx.xx.2024-cü ildə vəfat edib. Anası X3 rayon sakinidir. X5 1973-cü ildə Xankəndi şəhərində vəfat edib. Nənəsi X1 şəhərindən məcburi köçkün düşüb, 2002-ci ildə vəfat edib. Ağdam rayonunda qeydiyyatda olduğu üçün Xocalı rayonundan vahid aylıq müavinəti almır. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1968-ci il təvəllüdlü X16 xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək Ağdam rayonu, Qərvənd kəndi, xx.xx.2005-ci il tarixdən hazırkı vaxtadək Ağdam rayonu, Əhmədağalı kəndində qeydiyyatdadır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, 1998-ci ildən Xankəndi şəhərindən məcburi köçkün düşərək Ağdam rayon İHB-nin Əhmədağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyinin Əhmədağalı kəndində yaşamış və xx.xx.2024-cü il tarixində vəfat etmiş X8 ailə üzvləri sırasında oğlu - İddiaçı da adı göstərilmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X3 rayonu, Əhmədağalı kəndində qeydiyyatdadır. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli məktubuna əsasən, X2 şəhərindən keçmiş məcburi köçkündür. Şahbazlı X10 məcburi köçkünlərin vahid elektron bazasında məcburi köçkün kimi qeydiyyatdadır. X20 idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron baza məlumat bazasında ona məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. Bildirilir ki, Şahbazlı X15 ərizə ilə müraciət etmədiyindən onun barəsində heç bir inzibati icraat materialı aşkar edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin xx.xx.2024cü il tarixli, 3-36-3/2-Ş-119xx-xx/2024/11772 nömrəli məktubundan görünür ki, İddiaçı X4nın qeydiyyatı Ağdam rayonunun ərazisi işğal olunmayan Əhmədağalı kəndində olduğundan məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İV. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, həmçinin vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından görünür ki, İddiaçı atası mərhum X2 şəhərindən məcburi köçkün düşdükdən sonra Ağdam rayonu, Əhmədağalı kəndində qeydiyyatda olmuş, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən mərhum X9 məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı hazırkı iddia tələbi ilə, mərhum atasının məcburi köçkün olmasını nəzərə alaraq ona ona məcburi köçkün vəsiqəsinin verilməsini xahiş edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi İddiaçı X4nın Ağdam rayonu, Əhmədağalı Ə/D, Əhmədağalı kəndində qeydiyyatda olması ilə əlaqədar olaraq İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, həqiqətən İddiaçı anası Ağdam rayonu, Əhmədağalı Ə/D, Əhmədağalı kəndində qeydiyyatdadır. Lakin məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Məhkəmə əvvəla qeyd edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının və Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinə görə Qaydalar Qanuna uyğun olmalı, Qanunun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Digər tərəfdən Qaydalarda göstərilən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün nəzərdə tutulan “hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan uşaqlara” tələbi hüquq və azadlıqların məhdudlaşdırılmasına gətirib çıxarır. Bu məhdudiyyət isə hüquqa müdaxilə ilə bağlı qanunilik prinsipinə uyğun deyil. Həmçinin iddiaçının mərhum atası X8 məcburi köçkün düşdüyü Xankəndi şəhəri 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı rayon və kəndlərin siyahısında olmadığından, hazırda iddiaçıya məcburi köçkün statusunun verilməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3567/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3567/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver