Məhkəmə qərarları › İş №2-1(114)-357/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-357/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-357/2020 02.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının tərəflər arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli müqavilənin xitam edilməsi haqqında sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyəmüraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx xxxxxxxx 2012-ci il tarixli, 185 saylı sərəncamı ilə ona Ağsatafa rayonu Ceyrançöl qış otlaqlarından 197 saylı sahədən 20 ha örüş otlaq sahəsi 5 il müddətinə ayrılmışdır. Sərəncama uyğun olaraq xx xxxxxxxx 2012-ci il tarixli, 52/12 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilənin müddəti xx xxxxxxxx 2017-ci il tarixədək olmuşdur. Müqavilə imzalandığı gündən torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. lakin Cavabdeh başçısı tərəflər arasında bağlanılmış müqaviləyə birtərəfli qaydada xitam vermiş və əsas kimi göstərmişdir ki, guya icarəyə götürdüyü torpaqdan təyinatı üzrə istifadə etməmişdir. Buna əsas olacaq isə heç bir dəlil yoxdur. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh başçısının xx xxxxxx 2015-ci il tarixli, 206 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Həmçinin, iddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin və prosessual müddətin bərpa edilməsi barədə ərizəninməzmununa uyğun izahat verərək 2012-ci ildə 20 ha torpaq sahəsinin onun icarəsinə verilməsinə dair sərəncam olsa da, torpaq sahəsinin 2016-cı ildən digər şəxslər tərəfindən əkilib-becərildiyini, yaxın vaxtlarda cəmi 2 ha torpaq sahəsinin onlara qaytarıldığını, mübahisələndirilən sərəncamın olmasından 2016-cı ildən məlumatlı olduğunu bildirmiş, iddia tələbinin və prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan; -Cavabdeh başçısının xx xxxxxxxx 2012-ci il tarixli, 185 nömrəli sərəncamı ilə Tovuz rayonu Çatax kənd sakini İddiaçı mülkiyyətində 95 baş xırda buynuzlu heyvanları olduğuna görə Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından 197 saylı sahədən 20 ha örüş otlaq sahəsinin 5 (beş) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. -xx xxxxxxx 2015-ci il tarixli aktdan görünür ki, Ağstafa RİH başçısının xx xxxxxxxx 2012-ci il tarixli, 185 nömrəli sərəncamı ilə 2 ha örüş otlaq və 18 ha əkin sahəsini icarəyə götürmüş Tovuz rayonu Çatax kənd sakini İddiaçı 18 ha əkin sahəsini uzun müddətdir ki, təyinatı üzrə istifadə etməmişdir. -Cavabdeh başçısının xx xxxxxx 2015-ci il tarixli, 206 nömrəli sərəncamı ilə Tovuz rayonu Çatax kənd sakini İddiaçı Ağstafa RİH başçısının xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı ilə Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından 197 saylı sahədən 20 ha icarəyə verilmiş sahələrin təyinatı üzrə istifadə olunmayan 18 ha əkin sahəsinin icarə hüququna xitam verilməsi, 2 ha örüş sahəsinin icarə hüququnun qüvvədə saxlanılması qərara alınmışdır. -Cavabdeh başçısının iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, T-15/2-104/2 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, T-15/3-104/3-t/1 nömrəli məktublarında Ağstafa RİH başçısının sərəncamı ilə iddiaçının icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istifadə etmədiyinə görə RİH başçısının xx.xx.2015-ci il tarixli, 206 nömrəli sərəncamı ilə icarə hüququna torpaq qanunvericiliyinə əsasən xitam verildiyi, xitam verilmiş torpaq sahələrində iri taxılçılıq təsərrüfatının yaradıldığı bildirilmişdir. -Cavabdeh başçısının iddiaçıya ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli, T-15-104 nömrəli və xx xxxx 2019-cu il tarixli, T-14-038 nömrəli məktublarında Ağstafa RİH başçısının sərəncamı ilə iddiaçının icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istifadə etmədiyinə görə icarə hüququna torpaq qanunvericiliyinə əsasən xitam verildiyi, xitam verilmiş torpaq sahələrində iri taxılçılıq təsərrüfatının yaradıldığı bildirilmişdir. Göründüyü kimi, Cavabdeh başçısının xx xxxxxxxx 2012-ci il tarixli, 185 nömrəli sərəncamı ilə Tovuz rayonu Çatax kənd sakini İddiaçı mülkiyyətində 95 baş xırda buynuzlu heyvanları olduğuna görə Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından 197 saylı sahədən 20 ha örüş otlaq sahəsinin 5 (beş) il müddətinə icarəyə verilmişdir. Lakin sonradan iddiaçı icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istifadə etmədiyinə görə rayon icra hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 206 nömrəli sərəncamı ilə icarə hüququna torpaq qanunvericiliyinə əsasən xitam verilmiş və xitam verilmiş torpaq sahələrində iri taxılçılıq təsərrüfatının yaradılmışdır. Hazırkı iddia tələbində iddiaçı tərəfindən ona Ağstafa RİH başçısının xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamı ilə Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından 197 saylı sahədən 20 ha icarəyə verilmiş sahələrin təyinatı üzrə istifadə olunmayan 18 ha əkin sahəsinin icarə hüququna xitam verilməsinə, 2 ha örüş sahəsinin icarə hüququnun qüvvədə saxlanılmasına dair Cavabdeh başçısının xx xxxxxx 2015-ci il tarixli, 206 nömrəli sərəncamı mübahisələndirilmiş və həmin iddianın verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı Cavabdeh başçısının xx xxxxxx 2015-ci il tarixli, 206 nömrəli sərəncamından 2018-ci ilin sonlarından məlumatlı olmuşdur. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, T-15/2-104/2 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, T-15/3-104/3-t/1 nömrəli məktublarda bu barədə məlumat verilmişdir. Həmçinin məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatında da iddiaçı mübahisələndirilən sərəncamdan 2016-cı ildən, yəni torpaq sahəsinin digər şəxslər tərəfindən əkilib-becərildiyi vaxtdan məlumatlı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən sərəncamı-inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh başçısının xx xxxxxx 2015-ci il tarixli, 206 nömrəli sərəncamının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar