Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-357/2023 07.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X7 oğlunun katibliyi İddiaçı və onun vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin bağlanmasına dair qərarın qəbul edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, RX0149593 saylı çıxarışa və reyestr nömrəsi **********73 olan xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan və ölçü sənədinə əsasən mülkiyyətində olan, Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X8 Kəmərinin keçdiyi ərazinin üst-üstə düşən 2851 kv.m hissəsinə görə cavabdehlə aralarında icarəyə müqaviləsinin bağlanmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdehnə və BP Exploration (Şah Dəniz Limited as Operator of: X6 LTD-yə qarşı qaldırmış olduğu 104000 (bir yüz dörd min) manat maddi zərər və 5000 (beş min) manat mənəvi zərər olmaqla bütövlükdə 109000 (bir yüz doqquz min) manat pulun (keçən dövrlər üçün) tutulub ona verilməsi və ona məxsus olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X8 Kəmərinin keçən və mühafizə zolağı hissəsinə dair istismar müddəti ərzində icarə müqaviləsinin cavabdehlərlə onun arasında bağlanması öhdəliyinin onların (cavabdehlərin) üzərinə qoyulması tələbinə dair iddiasının qismən təmin edilməsi barədə Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-542/2022 saylı qətnaməsində Tovuz rayonun Əyyublu kəndində yerləşən, RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan 0,37 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin koordinatları ilə X8 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m qədər hissəsinin üstüstə düşməsi Məhkəmə tikinti-texniki Ekspertizasının “xx.xx.2020-сi il tarixli 10/1924 saylı rəyi ilə müəyyən edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh BP Exploration (Şah Dəniz Limited as Operator of: X6 LTD tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 1845/2022 saylı qətnaməsində də həmin halın öz təsdiqini tapması müəyyən edilmişdir. İstər ilkin iddiasının qaldırılmasına qədər, istərsə sonrakı dövrlərdə cavabdehə qarşı rəsmi ərizələrlə müraciət edərək RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X8 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m qədər hissəsinin üst-üstə düşməsinə görə aralarında icarə müqaviləsinin bağlanmasını və icarəyə götürüləcək torpaq sahəsinə görə birdəfəlik ödənilməli olan müvafiq kompensasiyanın ona verilməsini təklif etmiş, ancaq cavabdeh ərizələrini rəsmi olaraq qəbul etməsinə baxmayaraq müraciətinə heç bir yazılı cavab verməmiş, təklifinə qarşı hərəkətsizlik göstərmişdir. Ona görə cavabdehə qarşı RX0149593 saylı çıxarışa və plan ölçü sənədinə əsasən mülkiyyətində olan, Tovuz rayonun Əyyublu kəndinin ərazisində yerləşən 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X8 Kəmərinin keçdiyi ərazinin üst-üstə düşən 2851 kv.m qədər hissəsinə görə cavabdehlə aralarında icarə müqaviləsinin bağlanmasına qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məlum iddianı qaldırmalı olmuşdur. İşin şifahi məhkəmə baxışı iclası 07 aprel 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmiş və təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh nümayəndəsi iddianı qəbul etməyərək etiraza uyğun izahat verərək X8 Kəmərinin layihəsi çəkilərkən vətəndaş ilə müqavilə bağlanmamış, həmin vaxt da vətəndaş tərəfindən müraciət olunmamışdır. Artıq həmin layihə bitdiyindən vətəndaş ilə icarə müqaviləsinin bağlanmasını məqsədə müvafiq hesab edilmədiyini bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin etirazına münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin nümayəndəsini tərtib etdiyi etirazın mahiyyətindən belə məlum olur ki, pay torpağı onun mülkiyyətində olmasına, həmin sahənin 2851 kv.m-dən X8 kəmərinin keçməsinə və həmin kəmərin keçməsi ilə bağla icarə müqavilələri artıq bağlanmış olmasına görə onunla müqavilənin bağlanması mümkünsüzdür və onun mülkiyyət hüququnun pozulmasına görə heç bir orqan məsuliyyət daşımamalıdır. Ancaq hesab edir ki, vətəndaşların mülkiyyət hüquqları dövlət tərəfindən qorunur və onun mülkiyyətinin qorunması barədə iddianın da təmin edilməsi, yəni torpaq sahəsindən boru kəmərinin keçməsi mübahisəsiz olduğundan onunla icarə müqaviləsinin bağlanması barədə qərarın qəbul edilməsi barədə vəzifənin cavabdehin üzərinə qoylması ədalətli nəticə olacaqdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı hazırki tələblə cavabdehə müraciət etmişdir. - işə əlavə edilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. - işə əlavə edilmiş AA 007562 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən 0.37 ha torpaq sahəsinin koordinatlarının qeyd edildiyi görünür. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xüsusi mülkiyyətində olan Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.37 ha torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsi üzərindən X8 Kəmərinin keçməsini əsas gətirərək onunla icarə müqaviləsinin bağlanılmasını tələb etmiş, cavabdeh isə icarə müqavilələri bağlanarkən iddiaçının müraciət etmədiyini və layihənin artıq bitdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacıdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Alan orqan müəyyənləşdirilərkən həmin orqanların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri, onların təklif olunan layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə və digər zəruri imkanları nəzərə alınmalıdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 19-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarda torpağın alınması ilə bağlı planın hazırlanması və ya kompensasiyanın ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına vəsaitlərin ayrılmasına dair tapşırıqlar verə, habelə alınmanın təsirinə məruz qalacaq şəxslərin mənafeyi nəzərə alınmaqla zəruri hesab etdiyi əlavə şərtlər müəyyən edə bilər. Torpağın dövlət ehtiyacları üçün alınması barədə qərarda alınan torpaqda mövcud olan dövlət mülkiyyətində olan sosial təyinatlı obyektlərin (o cümlədən tibb müəssisələri, təhsil müəssisələri, uşaq evləri və bağçalar, kitabxanalar, mədəniyyət evləri, məişət evləri, mədəniyyət, idman və istirahət meydançaları, parklar, əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər), onların yerləşdiyi ərazidə yaşayan və ya həmin ərazidən köçürülən əhalinin tələbatları nəzərə alınmaqla bu cür obyektlərin tikintisinə və ya salınmasına, yaxud həmin obyektlərin yerləşdirilməsi üçün digər müvafiq binaların ayrılmasına dair tədbirlər nəzərdə tutulmalıdır. Bu Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi ilə alınan torpaq üzərində hüquqların bu Qanuna uyğun olaraq dövlətə keçdiyi andan həmin torpağın kateqoriyası dəyişdirilmiş hesab edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsaslanaraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin bağlanmasına dair qərarın qəbul edilməsi tələbinə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-357/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-357/2023
07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver