Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3578/2025 24.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X6 qanuni nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X12) “doğum haqqında akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 2 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 485 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayonunda anadan olmuş, bu barədə xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə regional “ASAN Xidmət” X11 34 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, “atası” qrafasında İddiaçı və “anası” qrafasında X7 göstərilmişdir. xx.xx.2022-ci il tarixdə qeydiyyat orqanına ünvanlanmış İddiaçı və X4 birgə ərizələrinə, **********7052022 nömrəli atalığın müəyyən edilmə haqqında akt qeydi və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********7052022 nömrəli doğum akt qeydi əsasən tərəflərin birgə yaşayışından anadan olmuş X9 atalıq iddiaçı və uşağın anası Gülçin Süleymanovun birgə ərizələri əsasında müəyyən edilmiş, bundan sonra Nihat Süleymanov haqqında doğum akt qeydi tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 11/2362/24 nömrəli məktubda bildirmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2 maddəsində qeyd edildiyi kimi valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Odur ki, doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tərəfimizdən imkan xaricindədir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonda iddia tələbini dəqiqləşdirərək, xx.xx.2022-ci il təvəllüdlü X6 barəsində 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 34 nömrəli doğum haqqında akt qeydində ata qrafasına düzəliş edilməsi öhdəliyinin cabadehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sabiq həyat yoldaşı X7 ilə rəsmi qaydada Gəncə Asan Xidmət X11 xx.xx.2022-ci il tarixli, 1126 №- ilə qeyd edilmiş nikahları rəsmi qaydada 25 iyul 2023-cü ildə Goranboy Rayon Məhkəməsində pozulmuşdur. Belə ki, iddiaçı sabiq həyat yoldaşı X7 ilə evləndikdən sonra, bir neçə şəxs onun barəsində xoşagəlməz ifadələr desə də, iddiaçı heç vaxt inanmamış və nikahları bağlatmışlar. Lakin, iddiaçı ilə ailə həyatı qurduqdan sonra X7 ailə həyatı qurduqdan sonra onunla bərabər heç 3 ay yaşamamış, anası evinə getmişdir. Bir müddətdən sonra iddiaçının arvadı ona hamilə olduğunu bildirmiş, lakin həmin müddət onların ər-arvad münasibətləri olmamışdır. Buna baxmayaraq, iddiaçı arvadının sözlərinə inanmış və doğulan uşağa öz soyadını və ata adını vermişdir. Daha sonra, heç bir səbəb olmadan X1 Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etmiş və nikahları rəsmi olaraq pozulmuşdur. İddiaçı bildirir ki, nikah pozulmamışdan qabaq öz şəxsi “instaqram” hesabında profil şəklinə başqa bir kişi ilə şəkil qoymuşdur. Buna görə də o şübhə edir ki, uşaq həmin şəxsdəndir. İddiaçı bildirir ki, keçmiş arvadının qonşusu ona Gülçinin Gəncə şəhərində bir oğlanla yaşadığını qeyd etmişdir. Bununla bağlı iddiaçıda səs yazısı vardır. Onda əsaslı şübhələr var ki, xx.xx.2022-ci il təvəllüdlü X12 onun övladı deyil. İddiaçı ilkin olaraq tələblə Goranboy Rayon Məhkəməsinə müraciət etsə də, onun işinə orda baxılmamış və işin Gəncə İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 qanuni nümayəndəsi X8 göstərdi ki, iddiaçının dedikləri təmamilə əsasızdır. İstənilən zaman müvafiq ekspertdən keçməyə hazırdır. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə məktub ünvanlayaraq, iş yükünün çoxluğundan məhkəmə iclasına gəlmələrinin imkan xaricində olduğunu, iştirakları olmadan məhkəmə prosesinin keçirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3578/2025 nömrəli qərardadı ilə X12 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, fəaliyyət qabiliyyəti olmayan X12 valideyni - anası X7 ilə təmsil olunması qərara alınmışdır. Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-891 nömrəli məktuba əsasən, xx.xx.2022-ci ildə Gəncə şəhərində X2 doğulmuş X6 atası İddiaçı hesab edilərək bu barədə xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə regional “ASAN xifmət” mərkəzində Qeydiyyat şöbəsində 5 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsinə əsaslanaraq doğum haqqında akt qeydində öz əksini tapmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 2 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 485 nömrəli arayışı; - cavabdehin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11/2362/24 nömrəli imtina məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-891 nömrəli məktubu. Əsaslandırma hissəsi: İddiaçı tərəfindən ilkin olaraq inzibati orqana doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı müraciət etsə də, sonradan iddia tələbini doğum akt qeydində ata qrafasında düzəliş edilməsi kimi dəqiqləşdirmişdir. Bu zaman iddiaçı tərəfindən son iddia tələbində göstərilən tələblə eyni məzmumlu inzibati orqana müraciət etməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə iddiaçının məqsədinin X6 adına verilmiş doğum haqqında şəhadətnamədə adının qeyd edilməməsinə yönəldiyini nəzərə alaraq iddiaçının doğum akt qeydində düzəliş edilməsi ilə bağlı inzibati orqana müraciət etməsinə prosessual qənaət prinsipi baxımından lüzum görməmişdir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin Tətbiqi İlə Əlaqədar Bəzi X5 Edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi. “Əsas Müddəalar”ın normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı
2. Doğumun qeydə alınması 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. (...) Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən doğum haqqında akt qeydində düzəlişin edilməsi üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki: Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 47. Atalığa, analığa dair mübahisə açma 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər; 47.2-ci maddəsinə əsasən, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz; 158.1 və 158.2-ci maddələrinə əsasən. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 159.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; 160.1 və 160.2-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkün olur ki, qeydiyyat aparılarkən məlumat səhv, yəni düzgün daxil edilməmiş olsun. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini özündə göstərir. İş materialların ilə müəyyən olunur ki, İddiaçı keçmiş arvadı - hazırkı iş üzrə üçüncü şəxs X6 qanuni nümayəndəsi olan Süleymanova (Hüseynova) Gülçin Mətləb qızı ilə qeyri-rəsmi nikah münasibətlərində olmuş, nikahdan kənar xx.xx.2022-ci il təvəllüdlü övladları X12 doğulmuşdur. xx.xx.2022-ci il tarixdə qeydiyyat orqanına ünvanlanmış İddiaçı və X4 birgə ərizələrinə, **********7052022 nömrəli atalığın müəyyən edilmə haqqında akt qeydi və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********7052022 nömrəli doğum akt qeydi əsasən tərəflərin birgə yaşayışından anadan olmuş X9 atalıq iddiaçı və uşağın anası Gülçin Süleymanovun birgə ərizələri əsasında müəyyən edilmiş, bundan sonra Nihat Süleymanov haqqında doğum akt qeydi tərtib edilmişdir. Uşağın doğumundan sonra tərəflərin rəsmi nikahları xx.xx.2022-ci il tarix, 1126 nömrə ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Rəsmi nikah dövründə ər və arvad arasında münasibətlər yolunda getməmiş, aralarında soyuqluq yaranmışdır. Bir müddət sonra Süleymanova (Hüseynova) Gülçin Mətləb qızı İddiaçı ondan hamilə olduğunu bildirmiş, sonuncu bunu qəbullanaraq uşaq doğulduqdan sonra ona özünün soyadının və adının “ata adı” olaraq verilməsinə razılığını bildirmişdir. Lakin sonradan münasibətlər daha da pisləşmiş, tərəflər arasında olan rəsmi nikah Goranboy Rayon Məhkəməsi tərəfindən pozulmuşdur. Bundan sonra iddiaçıda uşağın atasının kimliyi ilə bağlı dərin şübhələr yaranmağa başlamışdır. Göründüyü kimi, X13 barədə atalığın müəyyən edilməsi haqqında akt qeydi xx.xx.2025-ci il tarixdə müvafiq olaraq uşağın valdeynlərinin birgə ərizələri əsasında tərtib edilmiş, bu hall isə iddiaçı tərəfindən məhkəmə iclası zamanı da inkar edilməmişdir. Belə olan halda qeyd edilən doğum akt qeyd tərtib edilərkən qanunvericiliyin tələblərinin pozulması halı aşkar edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia əsassız olduğundan təmin edilməməlidir. Bununla belə, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən qeyd edir ki, doğum haqqında akt qeydi əsasında tərtib edilmiş şəhadətnamədə “valideynlər” hissəsi ilə bağlı mübahisə yalnız məhkəmə qaydasında həll oluna bilər. Bu “faktın təsdiqi” kimi bir hal alaraq, mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən həll edilməli olduğu mənasına gəlir. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mülki məhkəmə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsində “atalığın müəyyən olunması” fakt təsdiqi ilə bağlı iddia qaldırılmamış və bunun da nəticəsində yekun məhkəmə qərarı qəbul edilməmişdir. İddiaçı tərəfindən müvafiq ümumi məhkəmədə atalığın mübahiələndirilməsi ilə bağlı iddia qaldırmaq hüququ vardır. Son olaraq, iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım qaydasında sərəncam göndərildikdən sonra iddia tələbi xx.xx.2022-ci il tarixli, 34 nömrəli doğum akt qeydində “ata” qrafasında düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik norma tələblərindən məlum olur ki, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Yəni, bu hal “atalığın fakt təsdiqi” mərhələsinin davamı kimi gedir və bu, tərəflərin ilkin olaraq rayon (şəhər) məhkəməsinə müraciət etmələri olduğunu bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli 2(102)-4119/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2(102)-1312/2025 nömrəli qərarlarındada atalığın mübahisələndirilməsi və bunun əsasında doğum akt qeydində düzəliş edilməsi ilə bağlı işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu mövqeyi əks etdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilməsin. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X6 barəsində 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 34 nömrəli doğum haqqında akt qeydində ata qrafasına düzəliş edilməsi öhdəliyinin cabadehin üzərinə qoyulması tələbi rədd edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov