Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3579/2025 09.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “onun barəsində olan xx.xx.1963-cü il tarixli, 3417 nömrəli doğum haqqında akt qeydində adının “Ziyat”dan “Ziyət” adına düzəliş edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsində adının “Ziyət” kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, atası X8 və anası Həsənova Ülkər olmaqla xx xxxx 1963-cü il tarixdə Gəncə (keçmiş Kirovabad) şəhərində anadan olmuşdur. Anadan olması ilə bağlı 1963-cü il tarixdə Kirovabad VVAQ bürosundan 3417 nömrəli qeyd ilə doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə qeydlər Rus əlifbası ilə yazılmışdır. O, 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş, 1993-cü ildə bitirmişdir. 02 sentyabr 1994-cü il tarixdə X4 ilə birgə nikaha daxil olmuşdur. Bununla bağlı xx.xx.1994-cü il tarixli, Ѵ-ЖГ 481095 nömrəli akt qeydi ilə Gəncə şəhəri Nikah Evində nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Mətanət Mehdiya ilə birgə nikahlarından xx.xx.1995-ci il təvəllüdlü Həsənova (Əliyeva) Ülviyyə Ziyət qızı, xx.xx.1997-ci il təvəllüdlü X12 və xx.xx.2002-ci il təvəllüdlü X13 anadan olmuşlar. Ülviyyə və Könül adlı övladları ali təhsil almışlar, Könül adlı övladı ali təhsil almaqdadır. Gəncə şəhəri, X14, giriş 534, M1 ünvanda yerləşən mənzilin istifadə hüququ iddiaçıya məxsusdur, bununla bağlı çıxarış verilmişdir. İddiaçı və ailə üzvlərinə məxsus sənədlərin hər birində, doğum haqqında şəhadətnamədən başqa, onun adı “Ziyət” kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməmdə rus əlifbası ilə “Гасанов Зият Аладдин оглы” yazılmışdır. Ancaq hər bir sənəddə “Ziyət” olaraq qeyd edilmişdir. Belə olan halda sənədlərində ziddiyyət yaranmışdır. Həm də qohumlar, dostlar və tanıdığı şəxslər onu yenə də İddiaçı kimi tanıyırlar. Bu səbəbdən də adının “Ziyət” kimi qeyd edilməsini istəyir. İddiaçı bu məqsədlə 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan onun adının dəyişdirilməsindən rəsmi olaraq imtina edib göstərmişdir ki, adın növbəti dəfə qeydiyyat şöbəsində dəyişdirilməsi mümkün deyildir. Odur ki, bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddaçı hesab edir ki, həmin imtina cavabı onun hüquqlarını pozur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3579/2025 nömrəli qərardadı ilə, iddia tələbi “onun barəsində olan xx.xx.1963-cü il tarixli, 3417 nömrəli doğum haqqında akt qeydində adının “Ziyat”dan “Ziyət” adına düzəliş edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı məhkəməyə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.1963-cü il tarixli, 3417 nömrəli Doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında “X9”, ata-ana haqqında məlumat qrafasında “X8” və “X10” qeyd edilmişdir. xx.xx.1963-cü il tarixli АЗ 525521 №li doğum haqqında şəhadətnaməyə əsasən, “Гасанов Зият Аладдин оглы” xx.xx.1963-cü il tarixdə doğulmuşdur. xx.xx.1993-cü il tarixli, ЦВ 852834 nömrəli diplom İddiaçı məxsusdur. xx.xx.1994-cü il tarixli V–ЖГ 481095 №-li nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X2 xx.xx.1994-cü il tarixdə nikahı bağlanılmış, ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. xx.xx.1995-ci il tarixli XİX-ЖГ 378200 №li doğum haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. “Atası” qrafasında İddiaçı, “anası” qrafasında X6 yazılmışdır. xx.xx.1999-ci il tarixli XXİ-ЖГ 294351 №li doğum haqqında şəhadətnaməyə əsasən, X12 xx.xx.1997-ci il tarixdə doğulmuşdur. “Atası” qrafasında İddiaçı, “anası” qrafasında X6 yazılmışdır. xx.xx.2002-ci il tarixli AZ-İ 212026 №li doğum haqqında şəhadətnaməyə əsasən, X13 xx.xx.2002-ci il tarixdə doğulmuşdur. “Atası” qrafasında İddiaçı, “anası” qrafasında X6 yazılmışdır. AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1963-cü il təvəllüdlü “İddiaçı”na məxsusdur. AA5205542 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1995-ci il təvəllüdlü “X11”na məxsusdur. AA4428708 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1997-ci il təvəllüdlü “X12”na məxsusdur. AA3991132 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.2002-ci il təvəllüdlü “X13”na məxsusdur. xx.xx.2019-cu il tarixli, C № 053174 nömrəli diplom X7 məxsusdur. xx.xx.2020-ci il tarixli, C № 089296 nömrəli diplom X3 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92-05101-091001 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami küçəsi 3/mənzil 3 (Yeni qaydalarla: Gəncə şəhəri, X14, giriş 534, M1 ünvanında yerləşən mənzil istifadə hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 266 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami küçəsi 3/ mənzil 3 (Yeni qaydalarla: Gəncə şəhəri, X14, giriş 531, M1) ünvanda yaşayan İddiaçı ərizə ilə müraciət edərək, özünün və ailə üzvlərinin yaşadığı ünvana qeydiyyata götürülməsinə köməklik edilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Nizami küçəsi 3/mənzil 3 (Yeni qaydalarla: Gəncə şəhəri, X14, giriş 531, M1) ünvanı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2024-cü il tarixli çıxarışı ilə (**********92-05101-091001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) İddiaçı adına verilmişdir. 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən ərizəyə baxılmış və dərhal icraata başlanılmışdır. Ərizəyə əlavə edilmiş sənədlərə əsasən, Gəncə şəhər Qeydiyyat şöbəsinə sorğu edilmiş, daxil olmuş xx.xx.1963-cü il tarixli 3417 saylı doğum haqqında akt qeydindən aydın şəkildə görünür ki, uşaq qrafasında uşağın adı “Ziyat” göstərilmişdir. Lakin A3 № 52521 saylı doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydinə uyğunsuz olaraq, rus dilində tərtib edilmişdir, uşağın adı rus dilində rus əlifbası ilə “Ziyat” qeyd edilmişdir. Odur ki, Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.1963-cü il tarixli 3417 saylı doğum haqqında akt qeydinin ad qrafasına əsaslanaraq, qanunvericiliyin tələbləri rəhbər tutularaq, ərizənin təmin edilməsi imkan xaricindədir. İddiaçı şəxsiyyəti təsdiq edən sənədinin dəyişdirilərək, aidiyyəti üzrə seçdiyi Qeydiyyat şöbəsində adına digər sənədlərdə nikah və s. düzəliş edilməsi tövsiyə olunmuşdur. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək yoxlama aparılmış və İddiaçı ad, soyad və ata adında dəyişiklik edilməsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə;
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə doğum haqqında akt qeydində adının “Ziyat” dan “Ziyət”ə dəyişdirilməsini xahiş edir. İddiaçı iddiasının əsası kimi qeyd etmişdir ki, doğum haqqında akt qeydi və doğum haqqında şəhadətnamədən başqa onun adı bütün sənədlərdə Ziyət kimi yazılmışdır. Hamı onu Ziyət kimi tanıyır və müraciət edirlər. Doğum haqqında akt qeydində adının Ziyat kimi qalması ona bir çox maneələr yaradır. xx.xx.1963-cü il tarixli, 3417 nömrəli Doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında “X9” qeyd edilmişdir. xx.xx.1963-cü il tarixli АЗ 525521 №li doğum haqqında şəhadətnaməyə əsasən, “Гасанов Зият Аладдин оглы” xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində adının “Ziyat” qeyd olunmasına baxmayaraq iddiaçıya məxsus nikahın bağlanması haqqında şəhadətnamədə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda, şəxsiyyətini müəyyən edən sənəddə, eyni zamanda övladlarının doğum haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələri və təhsil haqqında diplomlarında və digər sənədlərdə adı “Ziyət” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində adı “Ziyat” qeyd olunmuş, lakin iddiaçıya verilmiş digər sənədlərdə adı “Ziyət” qeyd edilmişdir. Bu vəziyyət isə hazırda iddiaçıya bir çox hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (X9) xx.xx.1963-cü il tarixli, 3417 nömrəli doğum haqqında akt qeydində adının “Ziyat”dan “Ziyət”ə dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (X9) xx.xx.1963-cü il tarixli, 3417 nömrəli doğum haqqında akt qeydində adının “Ziyat”dan “Ziyət”ə dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva