Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-359/2023 06.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı vəkili X14 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X16, X3 və X6) reyestr qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ********** nömrəli qeydiyyat vərəqəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Xətai kəndi ərazisində Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə 0,04 ha fərdi yaşayış evi üçün həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən yaşayış yeri kimi istifadə edir, hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olaraq müraciət etmişdir. Lakin müraciətinin təmin edilməsindən imtina edilərək, torpaq sahəsi üzərində hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən sənədlərdəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerləşdiyi məkan göstəriciləri arasında müəyyən uyğunsuzluqların olması aşkar edilməsi və faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin əsas döngə nöqtələrinin koordinatları başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, elektron baza məlumatlarının fərqli olması müəyyən edildiyi bildirilmişdir. Sözügedən problem isə cavabdeh qurumun əməkdaşlarının səhvidir. Bundan sonra iddiaçının vəkili X19 iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərər şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin, həmçinin üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasında iştirak etməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi X20 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Yenigün kəndində yerləşən 0.0150 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. - «Torpağın mülkiyyətə verilməsinə dair» JN-756F, Kod 50208018 nömrəli şəhadətnamədən görünür ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə 0.04 ha torpaq sahəsi verilmişdir. - 15.03.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamələrdən görünür ki, vəfat etmiş X8 və X1 vərəsəsi İddiaçıdur. - işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X11 adına qeydiyyata alınmış reyestr nömrəsi **********69 olan çıxarışa dair “Torpaq sahəsinin planı və ölçüsü” verilməmişdir. X5 həmin torpaq sahəsini reyestr nömrəsi **********94-06301 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın Dövlət reyestrindən arayışa əsasən X7 almışdır. X9 adına qeydiyyata alınmış **********94-06301 reyestr nömrəli çıxarışda qeyd olunan torpaq sahəsinin 120 kv.m-ə qədər hissəsi Xətai kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan ЈN-756F nömrəli şəhadətnamə ilə X2 və ailə üzvlərinə verilmiş olan torpaq sahəsi ilə hissədə üstüstə düşür. - işə əlavə edilmiş ərizələrdən görünür ki, üçüncü şəxslər X3 və X6 iddia tələbini qəbul etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı qismən əsaslı hesab edir. Belə ki, İddiaçı hazırda üçüncü şəxs X12 adına olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi ilə üstüstə düşdüyünü iddia edərək ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Yenigün kəndində yerləşən 0.0150 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmçinin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 01 saylı qərarı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə 0.04 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi verilmiş X8 və X1 vərəsəsi iddiaçıdır. X11 adına qeydiyyata alınmış 0.0150 ha torpaq sahəsinin isə 120 kv.m-ə qədər hissəsi Xətai kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan ЈN-756F nömrəli şəhadətnamə ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi iddiaçının ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin (hazırki halda 120 kv.m) sonradan digər subyektə verilməsi, eləcə də müvafiq çıxarışla sözügedən torpaq sahəsi üzərində həmin subyektin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması qanunsuz olmuş və bununla da iddiaçının hüquqları pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeyd Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 120 kv.m hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 120 kv.m hissədə ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-359/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-359/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver