Məhkəmə qərarları › İş №2-1(114)-359/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-359/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-359/2025 03.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1958-ci il tarixdə Qazax rayonun Saloğlu kəndində anadan olmuş, hazırda Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.N3-cü il tarixdən (1 nömrəli əmr əsasında) N nömrəli hərbi hissəyə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.N3-cü il tarixdən (1N nömrəli əmr əsasında) hərbi hissə ləğv olunması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.N4-cü il tarixdən (53 saylı əmr əsasında) N nömrəli hərbi hissənin uzaq rabitə bölüyündə xətt yoxlayıcısı vəzifəsinə, xx.xx.N7-ci il tarixdən (39 nömrəli əmr əsasında) maddi texniki təminat tağımında baş aşpaz vəzifəsinə qəbul olunmuş, xx.xx.N9-cu il tarixdən (N nömrəli əmr əsasında) hərbi hissə ləğv olunması ilə əlaqədar vəzifəsindən azad olunmuşdur. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletdəki qeydlərə əsasən iddiaçı: • səh N - N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissəyə daxil olmuş, xx.xx.N7-ci il tarixli 39 nömrəli əmri ilə vəzifəsi dəyişmiş, xx.xx.N9-cu il tarixli N nömrəli əmri ilə çıxarılmışdır (qeydlər kiril əlifbası ilə və rus dilində icra edilmişdir). • səh N - N nömrəli hərbi hissənin xx.xx.N3-cü il tarixli N nömrəli əmri ilə hərbi hissəyə daxil olmuş, xx.xx.N3-cü il tarixli, 1N nömrəli əmri ilə çıxarılmışdır (qeydlər latın əlifbası ilə və azərbaycan dilində icra edilmişdir). • səh 7 – iddiaçı xx.xx.N3-xx.xx.N3-cü illərdə N nömrəli hərbi hissənin tərkibində Ağstafa rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir (qeydlər kiril əlifbası ilə və azərbaycan dilində icra edilmişdir). N nömrəli hərbi hissə komandirinin xx.xx.N9-cu il tarixli, 487 nömrəli arayışına əsasən iddiaçı həqiqətən xx.xx.N3-cü il tarixli N saylı hərbi hissə komandirinin N nömrəli əmri ilə xidmətə başlamış, xx.xx.N3-cü il tarixli komandirin 1N nömrəli əmri ilə ehtiyata buraxılıb. Həmin vaxt N nömrəli hərbi hissə döyüş şəraitində yerləşib. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 1493 nömrəli arayışına əsasən: • N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 80 №-li əmrilə iddiaçı (əsas: 1, sıra 1, əmrdə atasının adı Mədəd yazılmışdır) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək raket artilleriya silahlandırma xidmətində iş icraçısı vəzifəsinə təyin olunmuşdur. • N №-li hərbi hissə komandirinin N mart N4-cü il tarixli 53 №-li əmrilə İddiaçı (əsas: § 1, sıra 2) xx.xx.N4-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmiin edilərək "sıravi" hərbi rütbəsi verilməklə uzaq rabitə bölüyünün baş xətt yoxlayıcısı vəzifəsinə təyin olunmuşdur. • N №-li hərbi hissə komandirinin N mart N7-ci il tarixli 39 №-li əmrilə uzaq rabitə bölüyünün baş xətt yoxlayıcısı, baş əsgər İddiaçı (əsas: § 5, sıra 3) tutduğu vəzifədən azad edilərək maddi texniki təminat tağımında baş aşpaz vəzifəsinə təyin olunmuşdur. • Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N9-cu il tarixli 013 №-li əmrinə, "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "Q" bəndinə (ştatların ixtisarına görə) əsasən hərbi xidmətdən ehtiyata tərxis olunmuş, müddətdən artıq xidmət qadın hərbi qulluqçusu baş əsgər iddiaçı N №-li hərbi hissə komandirinin N mart N9-cu il tarixli 49 №-li əmrilə (əsas: § 2, sıra 7, əmrdə vəzifəsi göstərilməyib) bütün növ təminatlardan çıxarılaraq Ağstafa RHK-na göndərilmişdir. • N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N3-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-11616 nömrəli məktubla bildirmişdir ki, göndərilən sənədlərə xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 1493 nömrəli arayışına və digər təqdim olunan sənədlərə əsasən N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N3-cü ildən xx.xx.N9-cu ilədək Silahlı Qüvvələrdə hərbi xidmət etmiş və ehtiyata buraxılmışdır. Qeyd edilən müddətdə bir çox hərbi hissələrin tərkibində Ağstafa rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinə etiraz etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, N və N nömrəli hərbi hissələrdə xidmət etmiş, raketlər üzrə qeydiyyat aparmışdır. Döyüşlərdə iştirak etməsə də, ancaq döyüş bölgəsində olmuşdur. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-6668/2024 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənənin müddəalarına istinad edərək imtina əsaslarını təkrarlamışdır. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3158 nömrəli məktubuna əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 80 №-li əmrilə (əsas: §-1, sıra-1, əmrdə atasının adı "Mədəd" yazılmışdır) İddiaçı Mədəd qızı hərbi hissənin şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlarla təmin edilmiş və raket artilleriya silahlandırma xidmətində iş icraçısı vəzifəsinə təyin olunmuşdur. Qeyd edilir ki, Müdafə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N3xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həqiqi hərbi xidmətə çağırılmış, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N4cü il tarixli 53 №-li əmrilə (əsas: §-1, səh-37, sıra-2) "sıravi" hərbi rütbəsi verilmiş və uzaq rabitə bölüyünün baş xətt yoxlayıcısı vəzifəsinə təyin olunmuşdur. N №o-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli 39 №-li əmrilə (əsas: §-5, səh-37, sıra-3) "Hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, uzaq rabitə bölüyünün baş xətt yoxlayıcısı, baş əsgər İddiaçı tutduğu vəzifədən azad edilərək maddi texniki təminat tağımında baş aşpaz vəzifəsinə təyin olunması qeyd edilmişdir. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "Q" bəndinə (ştatların ixtisarına görə) uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N9-cu il tarixli müfafiq nömrəli əmrinə əsasən, qadın hərbi qulluqçu, baş əsgər İddiaçı hərbi xidmətdən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N9-cü il tarixli 49 №-li əmrilə (əsas: §-2, səh-52, sıra-7, əmrdə vəzifəsi göstərilməmişdir) tutduğu vəzifədən azad edilməklə bütün növ təminatlardan çıxarılmış və Ağstafa RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-xx.xx.N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək N nömrəli hərbi hissədə iş icraçısı vəzifəsində, xx.xx.N4-cü il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə müxtəlif vəzifələrdə işlədiyi müəyyən edilmişdir. İddiaçı hazırda N nömrəli hərbi hissənin döyüş şəraitində yerləşdiyini əsas gətirərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədə çalışması ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas deyildir. Belə ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində bilavasitə iştirak etməmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmamışdır. Həmçinin, iddiaçının xidmət etdiyi hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından, eləcə də, məhkəmə araşdırması zamanı iddiaçının döyüş bölgəsinə ezamiyyətə göndərilməsi barədə müvafiq arxiv sənədləri və başqa mötəbər sübutlar olmamışdır. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar