Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3596/2025 06.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X11 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi və şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün bərpa olunması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu” X11 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X11 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi və şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün bərpa olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: I.Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1994-cü il tarixli, İV-ЖГ 402549 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.1994-cü il tarixdə ölmüşdür; - Elm və Təhsil Nazirliyi Sağlamlıq X6 üçün 3 Nömrəli Respublika Xüsusi İnternat Məktəbinə əsasən, İddiaçı həqiqətən kar uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbini 1997-ci il tədris ilində bitirmişdir; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-R-22102/2025 nömrəli “müvafiq məlumatların təqdim edilməsi haqqında” məktuba əsasən, vərəndaş İddiaçı xx.xx.2007-ci il tarixdən şəhid X2 ailə üzvü (uşağı) kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən, ilkin müayinə əsasında əlilliyi xx.xx.2005-ci il tarixdən (18 yaşından sonra) müəyyən edilmişdir. Nəticədə Prezident təqaüdü üzrə xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək artıqödəmə aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı vaxtilə təyin edilmiş Prezident təqaüdünün qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, təqaüd hüquqununa yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-R-238938/2024 nömrəli məktub) ve xx.xx.2024-cü il tarixində saat 11:00-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən X7 (Qəbul şöbəsinə) gəlməyin və ya yazılı qaydada öz mülahizələrini təqdim etməsi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixində vətəndaş İddiaçı Fondda qəbulda olmuş, müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi ilə bağlı məlumatların təqdim olunması və MEİS-in “Əlillik” altsisteminə daxil edilməsi məqsədilə tərəflərindən Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təkrar sorğu göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, MEİS-in “Əlillik” altsistemində 18 yaşına çatanadək əlilliyinin müəyyən edilməsi barədə məlumatlar əks olunduqdan sonra şəhid ailə üzvlərinə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
2. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən, İddiaçı “sağ qulaq-total karlıq, sol qulaq-total karlıq” diaqnozu ilə xx.xx.2005-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
3. Ədliyyə Nazirliyi Tovuz Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-76-641/2025 nömrəli məktuba əsasən, İddiaçı atası X2 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən doğumu və ölümü haqqında akt qeydləri aşkar edilməmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş xx.xx.1979-cu il tarixli, 10 nömrəli doğum haqqında akt qeydinə əsasən, İddiaçı xx.xx.1979-cu il tarixdə doğulmuş, “ata haqqında məlumat qrafasında” X5 qeyd edilmişdir.
4. Elm və Təhsil Nazirliyi Sağlamlıq X6 üçün 3 Nömrəli Respublika Xüsusi İnternat Məktəbi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 84 nömrəli məktuba əsasən, məktəbin arxiv sənədlərinə əsasən İddiaçı (əmr kitabında Pзаева Матан Мамедали qızı kimi qeyd olunmuş) 1987-ci ildə məktəbin hazırlıq sinfinə daxil olmuşdur. Bu barədə qeydlər Əmr kitabında mövcuddur. Lakin qeyd olunan şəxsin məktəbi bitiribbitirmədiyi, sinifdən-sinfə keçirildiyi barədə rəsmi sənədlərdə heç bir məlumat yoxdur. 1987-ci ildən sonrakı dövrə dair Əmr kitabında və digər məktəb sənədlərində onunla bağlı heç bir əlavə məlumata rast gəlinməmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş Kar uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi üzrə xx.xx.1987-ci il tarixli, 49 nömrəli əmrdən çıxarışa əsasən, 6-cı sırada qeyd olunan İddiaçı Məmmədəli qızı “A” hazırlıq sinfinə qəbul edilmişdir.
5. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X13 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-21420/2025 nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2005-ci il tarixli müayinəyə əsasən, İddiaçı barəsində müddətsiz üçüncü dərəcə əlillik ümumi xəstəlik səbəb əlaqəsi ilə təyinat aparılmış, əmək zəmanəti “eşitmə həssaslığı tələb olunmayan yüngül işlərdə işləyə bilər”, xəstəliklərin beynəlxalq təsnifatı “Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H91 - Eşitmənin digər növlü itirilməsi => H91.9 - Eşitmənin dəqiqləşdirilməmiş itirilməsi”, diaqnoz “Sağ qulaq - total karlıq, sol qulaq - total karlıq”, meyar “2.3. Üçüncü dərəcə əlillik => 2.3.22. Hər iki qulağın karlığı” qəbul edilmişdir; - Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2005-ci il tarixli, xxxxxxx0001 nömrəli qərara əsasən, İddiaçı barəsində xx.xx.2005-ci il tarixdən müddətsiz ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır; - xx.xx.2005-ci il tarixli, 002424 SER TSE seriya nömrəli TSEK-dən müayinə aktından çıxarışa əsasən, İddiaçı xx.xx.2005-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmış, TSEK-in diaqnozu qismində anadangəlmə lal kar qeyd edilmişdir
6. Cavabdeh tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə elektron kabinetə yüklənmiş sənədlərə əsasən: - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən, İddiaçı xx.xx.2011-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyinatı aparılmışdır; - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli “sosial ödənişlərin təyin edilməsi haqqında” qərara əsasən, İddiaçı İİİ dərəcə əlilliyə görə 150 manat pensiya təyinatı aparılmışdır; - Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2011-ci il tarixli, 1/234 nömrəli qərarına əsasən, İddiaçı ailə başçısının itirilməsinə görə xx.xx.2011-ci il tarixdən ömürlük 150.94 manat məbləğində pensiya təyin edilmişdir; - Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2006-cı il tarixli, 807 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdən ömürlük pensiya təyinatı aparılmışdır;
7. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Tovuz Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-76-641/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənəd; - Elm və Təhsil Nazirliyi Sağlamlıq X6 üçün 3 Nömrəli Respublika Xüsusi İnternat Məktəbinin xx.xx.2025-ci il tarixli, 84 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənəd; - “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X10 xx.xx.2025-ci il tarixli, 3-17-4/2-21420/2025 məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənəd. II. Tərəflərin ərizəsi və etirazı
8. İddiaçı cavadbeh “Dövlət Sosial Müdafiə Fondu” X13 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli qərarların ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının və xx.xx.2024-cü il tarixdən isə şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa olunmasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X5 İ Qarabağ müharibəsi zamanı Tovuz rayonu, Əlibəyli kəndində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşmuş, 1992-ci il tarixində isə döyüş zamanı şəhid olmuş, atası şəhid olduqdan sonra qardaşı ilə birlikdə yaşamış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sağlamlıq X8 üçün 3 Nömrəli Respublika Xüsusi İnternat Məktəbində təhsil almış, 1997-ci ildə təhsilini bitirmiş, atası şəhid olduğu üçün 600 manat məbləğində təqaüd alırmış. İddiaçı bildirir ki, özü 3-cü qrup əlildir, hal-hazırda 2024-cü ilin fevral ayından təaqüdü 150 manat olmuşdur. Yəni ki, şəhid ailə üzvü kimi aldığı təqaüdün hamısı, 3-cü qrup olaraq aldığı təqaüdün isə çox hissəsi kəsilmişdir. Məsələ ilə bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş və ona imtina cavabı verilmişdir. İddiaçı qeyd edir ki, hazırda aldığı 150 manat hazırda onun ehtiyacları üçün azdır, atasının şəhid olması üçün təyin olunmuş təqaüdünün və 3-qrup əlillikdə bağlı aldığı təqaüdün kəsilməsi barədə heç bir əsaslı səbəb yoxdur, pensiyalar yenidən bərpa olunmalıdır.
10. “Dövlət Sosial Müdafiə Fondu” X11 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə onun ilkin əlilliyinin xx.xx.2005-ci il tarixdə təyin edildiyi qeyd olunur. Ona məxsus pensiya işinə əsasən xx.xx.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilmişdir. İddiaçı müavinət işi üzrə materiallar əsasında xx.xx.2007-ci il tarixdən şəhid X2 ailə üzvü (uşağı) kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edildiyi müəyyən olunur. İş materiallarına əsasən, inzibati orqanın öz təşəbbüsü ilə apardığı xidməti araşdırmanın nəticəsində hüququ olmadığı halda ona, qanunun tələbləri pozulmaqla, əsassız olaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası, 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat), xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Prezident təqaüdü ödənildiyi müəyyən olunmuşdur. aparılan araşdırma zamanı Xidməti araşdırma zamanı 18 yaşınadək əlilliyinin müəyyən edilməsi barədə müvafiq məlumatlar pensiya işinə dair sənədlərdə, həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində aşkar edilmədiyindən (ilkin əlilliyi xx.xx.2005-ci il tarixdə müəyyən edilmişdir) pensiya ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmış və tərəflərindən Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əlillik ilə bağlı məlumatların təqdim olunması və MEİS-in “Əlillik altsistemi”nə daxil edilməsilə bağlı sorğu göndərilmişdir. Agentliyin müvafiq xidməti məktubuna əsasən iddiaçının qəbula dəvət ediləcəyi, qəbul nəticəsinə uyğun olaraq əlillik vəziyyətinin qiymətləndirilib, müvafiq qərar veriləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı barəsində inzibati icraatın keçirilməsi zərurəti ilə əlaqədar olaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, təqaüd hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixdə dəvət məktubu göndərilmiş (3-17- 1/2-R-238938/2024 nömrəli məktub) və xx.xx.2024-cü il tarixdə saat 11:00-da X7 (Qəbul şöbəsinə) gələrək və ya yazılı qaydada mülahizələrini təqdim etməyi xahiş olunsa da, iddiaçı xx.xx.2024-cü il tarixində Fondda qəbulda olmuşdur. Beləliklə, işin faktiki hallarından da, müəyyən olunduğu kimi, aparılmış inzibati icraatın nəticəsində iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmadığı halda, “Əmək pensiyaları haqqında" Qanunun 14.1.1-ci maddəsinin tələbləri pozularaq, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardımın da (200 manat) ödənilməsi nəticəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası üzrə və Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə artıqödənilmiş vəsait müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının ilkin əlillik təyinatı xx.xx.2005-ci il tarixdə, yəni 29 yaşında olduğundan, ailə başçısını itirəyə görə əmək pensiyası, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü almaq hüququ qanunda nəzərədə tutulmuş şəxs olmadığı halda ona əmək pensiyası və Prezident təqaüdünün ödənilməsi həyata keçirilmişdir. Belə olan halda, hesab edilmişdir ki, əsassız ödənilən pensiya və təqaüd üzrə həmin ödənişlər dövlət büdcəsinə vurulmuş zərər kimi qiymətləndirildiyindən, başqa pensiya hüququ olan vətəndaşların pensiya təminatına münasibətdə ədalətli və bərabər olmadığından artıqödəmə müəyyən edilməsi barədə inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamış, icraatla bağlı hüquq pozuntularına yol verilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezident təqaüdü”nün bərpa edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
III. Tərəflərin iştirakı
11. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmiş, imtina məktubu və etiraza oxşar izahat verərək iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir
13. İddiaçının şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
IV. İddianın mümkünlük şərtləri
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) M a d d ə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. M a d d ə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
16. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günıük müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.
17. Belə ki, hazırda cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3-17-1/1- R-178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli qərarlarının iddiaçıya təqdim edilməsi barədə istər məhkəmə sorğusuna cavab verilərkən cavabdeh tərəfindən, istərsə də məhkəmə iclasları zamanı cavabdehin nümayəndələri tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə iddiaçının iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilməsini nəzərə alaraq onun qanunla müəyyən edilmiş 30 gün şikayət müddətinin ötürmədiyini müəyyən edir.
18. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olduğundan, iddia düzgün cavabdehə qarşı verildiyindən, iddia qanunla müəyyən edilmiş müddətdə verildiyindən və iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunduğundan mümkün iddiadır.
19. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur; Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1- 1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (22 iyun 2021-ci il tarixli 346-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.2-ci maddədən “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” sözləri çıxarılmışdır. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq X6n reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8).
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
27. İddiaçı xx.xx.1979-cu ildə doğulmuş, 26 yaşı olduqdan sonra Bakı şəhər Baş Səhiyyə İdarəsinin göndərişi əsasında barəsində xx.xx.2005-ci il tarixdə müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmış, TSEK-in diaqnozunda “anadangəlmə lal-karlıq” qeyd edilmişdir.
28. İddiaçıya xx.xx.2011-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir və o, həmin pensiyanı xx.xx.2024-cü il tarixədək almağa davam etmişdir. Həmçinin iddiaçıya xx.xx.2007-ci il tarixdən şəhid X2 ailə üzvü (uşağı) kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edildiyi və xx.xx.2024-cü il tarixədək ödənilmişdir. İnzibati orqanın öz təşəbbüsü ilə apardığı xidməti araşdırmanın nəticəsində hüququ olmadığı halda ona, qanunun tələbləri pozulmaqla, əsassız olaraq, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyası, 2022-ci il üzrə nəzərdə tutulmuş maddi yardım (200 manat), xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Prezident təqaüdü ödənildiyi müəyyən olunduğunu qeyd etmişdir. Aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R- 178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli qərarlar qəbul edilmiş, xx.xx.2024-cü il tarixədən ailə başçısını itirməyə görə əmək pensiyası, xx.xx.2024-cü il tarixədən isə şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır.
29. Göründüyü kimi, iddia tələbi hüquqlarının pozulmasına səbəb olan qərarların ləğv edilməsi, ailə başçısını itirməyə görə əmək pensiyası və şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.
30. Məhkəmə ilk öncə onu qeyd edir ki, cavabdeh iddiaçının dövlət orqanı tərəfindən qəbul edilmiş xx.xx.2011-ci il tarixli qərara münasibətdə etimad hüququ qorunmamışdır.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
32. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əmək pensiyasının və şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsinin dayandırılmasına səbəb olan cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli qərarlarının ləğv edilməsinə, ona xx.xx.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının və xx.xx.2024-cü il tarixdən isə şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa olunmasına nail olmaqdan ibarətdir.
33. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü, xx.xx.2011-cu il tarixdən isə ailə başçısını itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh xidməti araşdırma əsasında iddiaçının hüququ olmadan əmək pensiyasının təyin edildiyini bildirmiş, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli qərarlar qəbul edilməklə ona ailə başçısını itirməyə görə əmək pensiyası və şəhid ailəsinin üzvü kimi verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır.
34. Məhkəmə qəbul edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə etimadın qorunması hüququna istisna edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 67.6-cı maddəsində qeyd edilən hallarla bağlı heçbir sübut məhkəməyə təqdim edilməmişdir.
35. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
36. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əmək pensiyasının barədə cavabdehin xx.xx.2011-ci il tarixli qərarı qüvvədə və etibarlıdır.
37. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
38. Təyin olunmuş pensiyaının ləğvini şərtləndirən qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan bu qərarın 34-cü bəndində qeyd olunmuş qaydada davranmağa borcludur. Fərqli yanaşma, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
39. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
40. Bundan əlavə məhkəmə qeyd edir ki, qanunvericilik normaları pensiyaının təyin edilməsini birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF-nın qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF-nin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
41. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı DSMF-nin iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2011-ci il tarixli inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
42. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən aparılmış araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-R-178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli qərarlarla qərarla ilkin pensiya təyintı barədə xx.xx.2011-ci il tarixli 1/234 nömrəli qərar ləğv edilmədən iddiaçıya xx.xx.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının və xx.xx.2024-cü il tarixdən isə şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi dayandırılmışdır.
43. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 3- 17-1/1-R-178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli qərarların qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil.
44. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-341/2025 nömrəli, 2-1(102)-715/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2- 1(102)-331/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-2734/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları, 2- 1(102)-2090/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2-1(102)-600/2025 xx.xx.2025 qərardadlarında yuxarıda qeyd edilən mövqe oxşar mövqe əks etdirilmişdir.
45. Digər tərəfdən, iddiaçı hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğundan, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
46. Cavabdehin şikayətinin dəlillərinə əsasən, iddiaçı 18 yaşına çatanadək qanunvericiliklə tələb edilən qaydada sağlamlıq imkanları məhdudluğu müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır.
47. İşdə olan sənədlərə əsasən, iddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması mübahisə doğurmur. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır.
48. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2005-ci il tarixdə çap edilmiş məlumatında iddiaçının əlilliyi - “üçüncü dərəcə”, xəstəliyin diaqnozu - “anadangəlmə lal-karlıq”, əlillik müddəti - “müddətsiz”, əlillik səbəbi - “ümumi xəstəlik”, əmək zəmanəti - “qismən əməyə qadir deyil” qeyd edilmişdir.
49. Nəticə etibarilə, əlilliyin qiymətləndirilməsi üzrə müstəsna səlahiyyətli inzibati orqanın qərarlarında göstərilənlər o qənaətə gəlməyə imkan verir ki, iddiaçının əlilliyinə əsas verən, onun müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntular onda 18 yaşına çatanadək mövcud olmuşdur.
50. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunvericilik isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.
51. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun anadangəlmə lal-karlığı təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur.
52. İddiaçının əlilliyinin müəyyən edilməsi barədə qərarın xx.xx.2005-ci ildə (18 yaşdan sonra) qəbul edilməsi, həmin tarixdən əlilliyi olan şəxs hesab edilməsi və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmaması ilə bağlı məhkəmə təsdiq edir ki, yuxarıda istinad olunan qanunvericiliyin müəyyən etdiyi ümumi qaydaya görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Şəxsin əlilliyinin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilməsi barədə inzibati orqanın qərarı hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
53. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan əldə olunması halına münasibətdə xüsusi yanaşma tətbiq olunmalıdır.
54. Nəzərə alınmalıdır ki, əlillik anadangəlmə xəstəliklərin və ya çatışmazlıqların, yaxud sonradan qazanılmış xəstəliklərin və ya zədənin, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqların səbəb olduğu əqli və ya fiziki qüsurlar nəticəsində yaranır. Əlilliyin qiymətləndirilməsi və bunun nəticələrindən irəli gələn əlilliyin müəyyən olunmasına və ya imtinaya dair qərar qəbul edilməsi səlahiyyəti TSEK-ə məxsusdur. Əlilliyin qiymətləndirilməsinə dair fəaliyyət isə orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilir.
55. Məhkəmə qeyd edir ki, əlilliyə səbəbiyyət verən xəstəliklər və ya çatışmazlıqların anadangəlmə və ya sonradan qazanılmış olmasının fərqləndirilməsi bu qəbildən olan mübahisələr üzrə mühüm əhəmiyyət kəsb edir. Birinci halda, şəxsin cəmiyyət həyatında digər şəxslərlə bərabər tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissi pozuntuları onun doğulduğu andan mövcud olur, digər halda isə həyatın sonrakı dövrlərində müxtəlif amillərin təsiri altında əldə edilir.
56. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olsunlar.
57. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatanadək əlilliyin müəyyən edilməsidir. Məhkəmə qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqdan, yəni iddiaçıya əlilliyin təyin edilməsi barədə xx.xx.2005-ci il tarixdə qəbul edilmiş TSEK-də müayinə aktından çıxarışda iddiaçının xəstəliyinin anadangəlmə lal-kar olması öz təsdiqini tapdığlndan, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Yuxarıda qeyd edilən yanaşma iddiaçıya münasibətdə tətbiq edilməlidir.
58. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi zamanı əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.
59. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” (“Summun jus, summa injuria”).
60. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd 18 yaşına çatanadək əlilliyin müəyyən edilmiş olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır.
61. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.
62. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
63. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir.
64. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir.
65. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur.
66. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir.
67. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, sırf əlillik təyin edilməyə dair qərarın tarixindən çıxış ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar.
68. Belə ki, işin hallarından müəyyən olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasında aparılan sonuncu müayinənin nəticəsinə görə iddiaçının diaqnozu anadangəlmə lal-karlıq kimi göstərilmişdir. Bununla da, iddiaçının əlilliyi sonradan qazanılmış xəstəliklər və ya zədələr, eləcə də onlarla əlaqədar çatışmazlıqlar səbəbindən deyil, anadangəlmə xəstəlik və çatışmazlıq səbəbindən yaranmış və bu, xx.xx.2005-ci il tarixdə çap edilmiş sonuncu müayinə aktı ilə təsdiq edilmişdır. Bununla bağlı qərar xx.xx.2005-ci il ildə qəbul edilsə də, tibbi-sosial ekspertiza müayinəsinin nəticəsinə görə qüsur anadangəlmə olmuş və məhz bu qüsur əlilliyin müəyyən edilməsinə səbəb olmuşdur.
69. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinin müddəası və həmin müddəada öz əksini tapmış (maddiləşmiş) ictimai maraq şəxsin 18 yaşına çatanadək əlilliyinin müəyyən olunmasını tələb edir. İddiaçı da təyinat tarixinin 18 yaşından sonra baş verməsinə baxmayaraq əlilliyin anadangəlmə olmaqla 18 yaşadək əldə edildiyini bildirir və bu halın nəzərə alınmasını tələb edir. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan əlilliyin 18 yaşına çatanadək meydana gəlməsinin müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır.
70. Məhkəmə hesab edir ki, əlilliyin əslində anadangəlmə mövcud olmasına və mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun təyinat tarixinin 18 yaşından sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı.
71. O da nəzərə alınmalıdır ki, əlilliyin 18 yaşınadək təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Belə ki, həmin şəxslər sözügedən dövrdə uşaq olduqlarından əlilliyin təyinatı ilə bağlı müraciət onların təmsil edən valideynlər və ya digər qanuni nümayəndələr tərəfindən edilməli idi. Belə müraciətlərin bəzən vaxtında edilməməsi əlilliyin təyinat tarixinin 18 yaşdan sonraya təsadüf etməsinə gətirib çıxarır. Bu mənada, əlilliyi olan şəxslərin özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır.
72. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2925/2023 nömrəli qərarında da oxşar mövqe əks etdirilmişdir.
73. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli qərarları ləğv edilməli, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası onun dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilməlidir.
74. İddianın “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün bərpa edilməsi hissəsi ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlək Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydarının 2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
75. Məhkəməninin yuxarıda qeyd etdiyi mövqeyi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən Qaydaların 2.3-cü bəndində göstərilən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaq kimi qəbul edilməklə şəhid ailə üzvü (uşağı) kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü də dayandırıldığı xx.xx.2024-cü il tarixədən bərpa edilməldir.
76. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
77. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78.Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
78. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 52, 58, 68, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, 3-17-1/1-R-178548/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3- 17-1/1-R-178548/2024 nömrəli qərarların ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının və xx.xx.2024-cü il tarixdən isə şəhid ailəsi üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa olunmasına dair qərarın qəbul edilməsi öhdəliyi cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X13 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov