Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3599/2025 05.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı, Cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: I. Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Azərbaycan SSR X9 Təhsili Komitəsinin xx.xx.1981-ci il tarixli, B 815011 nömrəli diplom İddiaçı məxsusdur və o, xx.xx.1978-ci ildə Kirovabad şəhər 15 nömrəli X12 məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır; - iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.1983-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur; - 17.01.1981-cü il tarixli, ИТ-İ nömrəli əmək kitabçası iddiaçıya məxsusdur; - 20.12.2013-cü il tarixli, AZE ******** seriya nörməli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur; - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 və Texnologiyalar üzrə X11 Təhsil Mərkəzinin xx.xx.2023-cü il tarixli, 58 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdə 15 nömrəli Kirovabad şəhər X12 məktəbinə (indiki Sənaye və Texnologiyalar üzrı X11 Təhsil MƏrkəzinin 2-ci korpusuna) “elektrik qaz qaynaqçısı” ixtisası verən qrupa daxil olmuş, xx.xx.1981-ci il tarixdə tam, orta, əyani təhsil almaqla 4-cü dərəcəli “qaz qaynaqçısı” ixtisası üzrə B 815011 nömrəli diplom almışdır; - "xxxx" ASC-nin X6 və Kadrlar şöbəsinin rəisi tərəfindən təsdiq edilən "xxxx" ASC (keçmiş “Gəncə Toxuculuq” kombinatı) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə): elektrikqaz qaynaqçısı peşəsində xx.xx.1981-ci ildən (Əmr 207-KŞ, xx.xx.1981-ci il) xx.xx.1981-ci ilə kimi (Əmr 235-KŞ, xx.xx.1981-ci il) 01 ay 08 gün işləmiş, xx.xx.1992-ci ildən (Əmr 211-KŞ, xx.xx.1992-ci il) xx.xx.1997-ci il (Əmr 191-KŞ, xx.xx.1997-ci il) tarixinə kimi 5 il elektrik qaynaqçısı peşəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək stajı) 5 il 01 ay 08 gün təşkil etmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri kimi dəmir hissələrin, məmulatların əl ilə elektrik qaynağı ilə və qaz qaynağı ilə kəsilməsi və qaynaq aparılması olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə (yarımbəndinə) uyğundur. - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-K-67272/2025 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktuba əsasən, vətəndaş İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan (5 il 1 ay 8 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda bildirilmişdir ki, ИТ-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhəri 100 saylı təmir tikinti idarəsində işlədiyi qeyd olunsa da, araşdırma zamanı müəssisənin xx.xx.2001-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsində uçota durduğu müəyyən edilmişdir. Buna görə də sözügedən səhifələrdəki qeydlərin həqiqiliyinə əsaslı şübhələr yarandığından həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də vətəndaş İddiaçı ümumi iş staj 25 ildən az (20 il 3 ay 26 gün (xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr və xx.xx.2006-cı il tarixindən sonra 1 il 4 ay)) təşkil edir. Bundan başqa, vətəndaş İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20452,93 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-7247/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, dövlət reyestrində Bakı şəhəri 100 №-li Təmir Tikinti İdarəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının ünvan 1. Bakı şəhəri 100 №-li Təmir Tikinti İdarəsinin xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Əsasnaməsinin 1-ci bəndinə əsasən, İdarə 10 №-li Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin tam təsərrüfat hesablı və öz hesabına maliyyələşmə prinsipləri əsasında işləyən müəssisədir. Dövlət Vergi Xidmətinin uçot məlumat bazasında qurumun xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim edilən arayışa əsasən, uçot məlumat bazasında həmin hüquqi şəxsin fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Hal-hazırda hüquqi şəxsin fəaliyyəti aktivdir. Reyestrdə Bakı şəhəri 100 №-li Təmir Tikinti İdarəsinin yenidən təşkil olunması və hüquqi varisinin olması barədə məlumat mövcud deyildir.
3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 181396/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay 8 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1992xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda bildirilmişdir ki, adıçəkilən şəxsə dair ИТ-1 ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Bakı şəhəri 100 saylı təmir tikinti idarəsində işlədiyi qeyd olunsa da, araşdırma zamanı müəssisənin xx.xx.2001-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsində uçota alındığı müəyyən edilib. Buna görə də sözügedən səhifələrdəki qeydlərin həqiqiliyinə əsaslı şübhələr yarandığından həmin dövrü iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilən səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (20 il 3 ay 26 gün (xx.xx.1978xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 1 il 4 ay)) təşkil edir.
4. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 46 nömrəli məktuba əsasən, peşə təlimatına uyğun olaraq elektrikqaz qaynaqçısının vəzifəsi dəmir hissələrin, məmulatların əl ilə elektrik qaynağı ilə və qaz qaynağı ilə kəsilməsi və qaynaq aparılmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda həmin peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan iş kimi siyahıda 35-ci bölmədə qeyd edilib.
5. Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-34-22-3/2-1190/2025 nömrəli məktuba əsasən, 100 saylı Təmir-Tikinti idarəsi Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Bakı şəhəri üzrə mövcud deyildir. Bununla yanaşı nəzərə çatdırılmışdır ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi və ya fiziki şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ad”a görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər.
6. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 54 nömrəli məktuba əsasən, həqiqətən İddiaçı "xxxx" ASC-də (keçmiş “Gəncə Toxuculuq” Kombinatı) xx.xx.1981-ci ildən (Əmr 207-KŞ, xx.xx.1981-ci il) xx.xx.1981-ci il (Əmr 235-KS. xx.xx.1981-ci il) tarixinə kimi 1 ay 8 gün elektrikqaz qaynaqçısı peşəsində işləmiş, xx.xx.1992-ci ildən (Əmr 211-KŞ, xx.xx.1992-ci il) xx.xx.1997-ci il (Əmr 191-KŞ, xx.xx.1997-il) tarixinə kimi 5 il elektrik qaynaqçısı peşəsində işləmişdir. Peşə təlimatına uyğun olaraq, vəzifəsi dəmir hissələrin, məmulatların əl ilə elektrik və qaz qaynağı ilə kəsilməsi və qaynaq edilməsindən ibarətdir. Elektrik qaz qaynaqçısının vəzifə təlimatı: 1.Ümumi müddəalar: Elektrik qaz qaynaqçısı müəssisənin istehsalat şöbəsinə tabedir və birbaşa sex rəisinə/ustaya tabe olur. Vəzifəyə qəbul edilən əməkdaş müvafiq peşə ixtisasına, sertifikata təhlükəsizlik təlimatlarını bilməyə borcludur. Qaynaqçı qaynaq avadanlıqlarının quruluşunu, iş prinsipini texnoloji xəritələri, metal növlərini və onların xüsusiyyətlərini bilməlidir. Qaynaqçı əməyin müafizəsi, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi qaydaları əməl etməlidir.
2. Vəzifələri: Elektrik qaz qaynaqçısı aşağıdakı işləri yerinə yetirir: 2.1. Qaynaq işləri elektrik və qaz qaynaq üsulları ilə metal konstruksiyalarının birləşdirilməsi, kəsilməsi və bərpası; şaquli, üfüqi, tavan və digər mürəkkəb mövqelərdə qaynaq tikişlərinin icrası; paslanmış, zədələnmiş və ya sıradan çıxmış hissələrin təmiri və bərkidilməsi; qaynaq tikişlərinin keyfiyyətini vizual və ölçü alətləri ilə yoxlamaq; texniki xaritələrə və çertyojlara uyğun qaynaq rejimlərini seçmək. 2.2. Avadanlıqlarla iş: qaynaq aparatlarının sazlanması, elektrodların və qaz balonlarının düzgün seçilməsi; qaynaq avadanlığının profilaktik baxışı və nasazlıqların ustaya bildirilməsi; qaz balonlarının təhlükəsiz daşınması, quraşdırılması və istifadəsi. 2.3. Təhlükəsizlik tələbləri: yanğın, partlayış və elektrik təhlükəsizliyiqaydalarına ciddi əməl etmək; iş yerində fərdi mühafizə vasitələrindən istifadə etmək (maskalar, əlcəklər, xüsusi geyim, respirator və s.); iş sahəsini təhlükəsiz vəziyyətdə saxlamaq, kənar şəxslərin yaxınlaşmasına yol verməmək.
3. Hüquqları: Elektrik qaz qaynaqçısı aşağıdakı hüquqlara malikdir: işini təhlükəsiz görmək üçün lazımi avadanlıq və materialların təmin olunmasını tələb etmək; öz səlahiyyətlərinə aid olan sənədlərlə tanış olmaq; təkmilləşdirmə, yeni texnologiyaların tətbiqi üzrə təkliflər vermək; əmək qanunvericiliyinə uyğun olaraq təhlükəli şəraitdə güzəştlər və əlavə ödənişlər almaq.
4. Məsulliyyəti: Qaynaqçı məsuliyyət daşıyır: texnoloji prosesin pozulmasına, keyfiyyətsiz qaynaq tikişlərinə görə; avadanlığa ziyan vurduqda; təhlükəsizlik qaydalarının pozulmasına və bunun nəticəsində baş verən qəzalar və zədələnmələrə görə; əməyin intizamının pozulmasına görə.
5. İş üçün tələb olunan bilik və bacarıqlar: Elektrik və qaz qaynaq texnologiyaları; elektrod və doldurucu materiallarının növləri; polad, çuqun, rəngli metalların qaynaq xüsusiyyətləri; texniki çertyojların oxunması; qaynaq rejimlərin seçilməsi və parametlərin tənzimlənməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda həmin peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan iş kimi siyahıda 35-ci bölmədə qeyd edilibdir.
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3-17-1/2- 6546/2026 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktuba əsasən, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1981xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlərdə “Gəncə Toxuculuq” kombinatında işlədiyi qeyd edilib. "xxxx" ASC-nin 24 yanvar 2025-ci il tarixli 01 nömrəli arayışında sözügedən dövrlərdə yalnız xx.xx.1981-xx.xx.1981-ci il və xx.xx.1992xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində şlədiyi elektrik qaz qaynaqçısı və elektrik qaynaqçısı peşələrinin güzəştli şərtlərlə pensiya nüququ verən peşələrə aid olduğu göstərilib. xx.xx.1983-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifə isə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 1 ay 8 gün (xx.xx.1981-5.10.1981-ci il, xx.xx.1992-xx.xx.1997ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
8. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-7247/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-181396/2025 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktubu; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 46 nömrəli məktubu; - Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 34-22-3/2-1190/2025 nömrəli məktubu; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 54 nömrəli məktubu; - cavabdehin xx.xx.2026-cı il tarixli, 3-17-1/2-6546/2026 nömrəli “müvafiq məlumatların göndərilməsi haqqında” məktubu.
II. Tərəflərin ərizəsi və etirazı
9. İddiaçı cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1981-ci ildən etibarən əmək fəaliyyəti ilə məşğulam. Belə ki, həmin tarixdə X1 ötürücü vəzifəsində işə başlamış və elə həmin il xx.xx.1981-ci ildə qaynaqçı (elektroqazosvarşik) vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə hərbi xidmətə getmiş, xx.xx.1981-xx.xx.1983 illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra yenə həmin müəssisədə qaynaqçı vəzifəsində işimi davam etdirmiş və 1997-ci ilədək orada işləmiş, xx.xx.1997-ci ildə Bakı şəhəri 100 saylı Təmir-tikinti İdarəsində qaynaqçı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2005-ci ilədək həmin müəssisədə işləmişdir. İddiaçı bildirir ki, o, üstüstə 5 il 01 ay 08 gün X2, 8 il isə Bakı şəhəri 100 saylı Təmir-tikinti İdarəsində işləmiş, 13 ildən artıq xüsusilə zərərli və ağır işdə çalışmış, ümumi əmək fəaliyyətinin müddəti 26 il 09 ay təşkil edir. İddiaçı qeyd edir ki, o, güzətli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə müəssisədən arayış tələb edərək ona pensiya təmin etməkdən imtina etmiş, halbuki həm əmək kitabçasında, həm də arxiv arayışında onun işlədiyi müddət və vəzifə açıq-aşkar qeydlərlə göstərilibdir. Hər iki sənəd dəqiqliklə qeyd edilib və bir-birini təsdiqləyir. İddiaçı hesab edir ki, cavabdeh mənə pensiya təyin etməlidir. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur.
11. “Dövlət Sosial Müdafiə Fondu” X10 Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 60 yaşına çatmış və qanunvericiliklə tələb edilən yaş şərti tamamlanmışdır. İddiaçının mübahisəsiz qəbul edilən ümumi sığorta stajı 20 il 3 ay 26 gün (xx.xx.1978-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr və xx.xx.2006-cı il tarixindən sonra 1 il 4 ay) olmaqla qanunvericiliklə nəzərdə tutulmuş həddən - 25 ildən azdır. İddiaçının mübahisəli ümumi sığorta stajı isə onun ИТ-İ ******* nömrəli əmək kitabçasının 6-7-ci səhifələrində qeyd edilmiş xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrüdür. Belə ki, həmin əmək kitabçasında iddiaçının qeyd olunan dövrdə Bakı şəhəri 100 saylı təmir tikinti idarəsində işlədiyi qeyd edilsə də, aparılmış araşdırma zamanı həmin müəssisənin xx.xx.2001-ci il tarixində Fondun Nərimanov rayon şöbəsində uçota durduğu müəyyən edilmişdir. Bununla da, İddiaçı müəssisənin Fondun Nərimanov şöbəsində uçota durduğu xx.xx.2001-ci il tarixindən əvvəl, yəni xx.xx.1997-ci il tarixindən əvvəl həmin müəssisədə əmək fəaliyyətinə başlaması halı həqiqəti əks etdirmədiyindən əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyi şübhə altında qalır. Beləliklə, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Bakı şəhəri 100 saylı təmir tikinti idarəsindəki əmək fəaliyyəti dövrünün İddiaçı ümumi iş stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, 2025-ci il üzrə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20452,93 manat təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən ümumi iş stajı (və ya pensiya kapitalı) tələbi tamamlanmır. İddiaçının güzəştli iş stajına münasibətdə isə qeyd edilmişdir ki, İddiaçı tərəfindən Mərkəzi Filiala güzəştli iş stajı barədə "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01 nömrəli arayışı təqdim edilmiş, sözügedən arayışda qeyd edilən dövrlər Mərkəzi Filial tərəfindən güzəştli iş stajı kimi qəbul edilərək iddiaçının ümumilikdə 5 il 01 ay 08 gün güzəştli iş stajı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 5 il 01 ay 08 gün təşkil edərək qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 12 il 06 ay güzəştli iş stajı tələbindən azdır. Beləliklə, İddiaçı ümumi iş stajı və güzəştli iş stajı qanunvericiliklə nəzərdə tutulmuş həddlərdən az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyil. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
III. Aralıq məhkəmə aktları
12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
13. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1997xx.xx.2005-ci il dövrün ümumi və güzəştli iş stajı kimi hesablanaraq ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
İV. Tərəflərin iştirakı
14. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
V. İddianın mümkünlük şərtləri
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34.Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
17. İlk öncə onu qeyd etmək lazımdır ki, hazırda iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməkdir. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-K-67271/2025 nömrəli məktubdan iddiaçının hazırkı tələblə cavabdehə müraciət etdiyi, lakin müraciətin təminindən imtina edildiyini və imtinaya əsas kimi isə ümumi iş stajının azlığı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı olması qeyd edilmişdir.
18. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
19. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Qərarı Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı
23200000 XXXİİİ. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik 23200000—19906 qaynaqçıları
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
24. İddiaçı iddia tələbində xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: a) 60 yaşın tamamlanması; b) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması və ya azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması;
27. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).
28. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixədək ümumi iş stajı 25 ildən çoxdur (ikinci şərt ödənilir). Halbuki, cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə qeyd edir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır (20 il 03 ay 26 gün).
29. Ümumi stajda iddiaçının Bakı şəhəri 100 nömrəli Təmir Tikinti İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövr müəssisənin xx.xx.2001-ci il tarixdə Fondun Nərimanov şöbəsində uçota durduğu, iddiaçının müəssiənin uçota durduğu xx.xx.2001-ci il tarixdən əvvəl, yəni xx.xx.1997-ci il tarixdən əmək fəaliyyətinə başlaması halı əmək kitabçasındakı müvafiq qeydlərin həqiqiliyini şübhə altına alaraq cavabdeh həmin dövrü həm ümumi, həm də xüsusi staj kimi nəzərə almamışdır.
30. Halbuki məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-2-1/2-7247/2025 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktubda dövlət reyestrində Bakı şəhəri 100 №-li Təmir Tikinti İdarəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi qeyd edilmişdir.
18. Digər tərəfdən iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuş və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.
31. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(102)-404/2024 nömrəli qərarlarında da əks etdirilmişdir.
32. Yuxarıda qeyd edilənəri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri 100 nömrəli Təmir Tikinti İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövr onun ümumi stajına daxil edilməlidir. Belə olan halda, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi stajının 20 il 03 ay 26 gün olduğunu məhkəmələr tərəfindən müəyyən edilmişdir. Həmin müddətə iddiaçının Bakı şəhəri 100 nömrəli Təmir Tikinti İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövr əlavə edildikdə iddiaçının tələb olunan 25 il ümumi stajı mövcud olacaqdır.
33. Üçüncü şərt və cavabdehin mübahisələndirdiyi ümumi stajla yanaşı mübahisənəldirdiyi hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
34. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının iddia etdiyi və cavabdeh tərəfindən mübahisələndirilən zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşə Bakı şəhəri 100 nömrəli Təmir Tikinti İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi (8 il 01 ay 10 gün) olan dövr və elektrik qaynaqçısı peşəsidir.
35. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə qeyd edir ki, iddiaçının güzəştli iş stajının ümumi olaraq 12 il 6 aydan azdır (05 il 01 ay 08 gün).
36. Halbuki iddiaçı tərəfindən mübahisələndirilməyən güzəştli iş stajında qeyd edilən vəzifə ilə eyni vəzifə olması cavabdeh tərəfindən nəzərə alınmamış, imtina həmin hissədə formal xarakterli olmuşdur. Həmin hissədə cavabdeh tərəfindən heç bir araşdırma aparılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri 100 nömrəli Təmir Tikinti İdarəsində xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək elektrik qaynaqçısı peşəsində işlədiyi həmin 8 il 01 ay 10 gün iddiaçının güzıştli sğorta stajına hesablanmalıdır.
37. Ümumiyyətlə formalaşmış məhkəmə təcürübəsi ondan ibarətdir ki, elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir.
38. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-2101/2021 nömrəli qərarında da əks olunmuşdur.
39. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
40. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı günə xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
41. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
42. Göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.
27. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1997-xx.xx.2005-ci il dövrün ümumi və güzəştli stajının hesablanaraq İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
28. Son olaraq, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78.Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68, 78 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilsin. xx.xx.1997-xx.xx.2005-ci il dövrün ümumi və güzəştli stajının hesablanaraq İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh “Dövlət Sosial Müdafiə Fondu” X7 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan onun surəti tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov