Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-36/2023 28.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Üçüncü şəxslər X6 və X2 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X5) qeydin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X6 və X5) qarşı üçüncü şəxslər X6 və X2 adına Gəncə şəhəri, Qızıl Hacılı küçəsi, 2-ci döngə, ev 3A-ya dair aparılmış qeydin (xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7 və X5) qeydin ləğv edilməsi tələbinə dair iş üzrə icraat, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-904/2022 nömrəli qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bundan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7 və X5) qeydin ləğv edilməsi tələbinə dair iş üzrə icraat təzələnmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, üçüncü şəxslərin vəkili məhkəmə iclasına gəlmiş, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslərin vəkili Vəkil iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək, Gəncə şəhəri 7 saylı DNK-da təsdiq olunmuş 15 fevral 2007-ci il tarixli, 4Ə-1-95 saylı evin bir hissəsinin bağışlanma müqaviləsinə əsasən özünün və bacısı X2 adına müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-767/2014 nömrəli, 26 avqust 2014-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair X4 adına verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, tələb qalan hissədə təmin edilməmişdir. Bundan sonra iş üzrə tərəf olmayan İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(84)-767/2014 nömrəli, 03 fevral 2022-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)-767/2014 nömrəli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və İddiaçı iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-904/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı X3 adına aparılmış ********** nömrəli, 30 may 2013-cü il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Üçüncü şəxs İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-327/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-904/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxs İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(102)-2049/2022 nömrəli qərar ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-327/2022 nömrəli, 01 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının üçüncü şəxslər X6 və X2 adına Gəncə şəhəri, Qızıl Hacılı küçəsi, 2-ci döngə, ev 3A-ya dair aparılmış qeydin ləğv edilməsi tələbinə dair qanuni qüvvəyə minmiş qərarı vardır və bu əsasla hal-hazırki iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5-ci bəndində qeyd edilmişdir ki, X1 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X5) qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X5) qeydin ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-36/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-36/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver