Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3603/2025 05.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh X6 qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh satıcı X2 ödənilmiş 238.00 AZN məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1953-cü ildə Ermənistan Respublikasının Vardenis şəhərində anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili nəvəsi X3 almışdır. Nəvəsinin həyat yoldaşı X11 “2016-cı il Aprel döyüşləri”, “2020-ci il Vətən müharibəsi” və "2023-cü il Antiterror əməliyyatları”nın iştirakçısıdır. Müharibə veteranı, qazi və 3-cü qrup əlildir. Prezidentin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Vüqara “Müharibə veteranı” adı və Azərbaycan Respublikasının “müharibə veteranı vəsiqəsi” verilmişdir. Azərbaycan Respublikasının Baş Naziri tərəfindən isə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Xidməti dövründə isə bir sıra orden, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Döyüşlər zamanı düşmənin açdığı ağır artilleriya atəşləri nəticəsində 2020-ci il “Vətən müharibəsində” və “2023-cü il Antiterror əməliyyatları”nda xəsarətlər almışdır. xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən “Dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” 14B maddəsi ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3-cü dərəcəli əlillik statusu verilmişdir. İddiaçı təbii qaza olan borcun cavabdeh tərəfindən qarşılanmasını məhkəmədən xahiş edir. Deməli, xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X4 əvəzinə ROSTOV- ON-DON notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 61-2022-2-763 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X1 şəhəri, M.Hacıyev küçəsi, ev 6A, mənzil 6 və Alıcı İddiaçı tərəfindən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 19, ev 28 Yeni qaydalarla: Gəncə şəhəri, Elşən Abbasov küçəsi, 24, M4, m2 ünvanında yerləşən 68.2 m² sahəsi olan mənzilin, 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi təsdiq edilmişdir. Deməli, təbii qazın sayğacı plastik kartla olduğu üçün satıcı X7 qaza borcun olmadığını demişdir. Evdə isə 6-7 ay təmir işləri getdiyindən və evdə yaşayış olmadığından təbii qazdan istifadə olunmamışdır. Lakin iddiaçı evə köçdükdən sonra qazın plastik kartına terminal vasitəsi ilə 10.00 AZN məbləğində vəsait keçirmişdir. Təbii qaz sayğacına isə plastik kartı daxil etsə də, sayğacın işləmədiyi aşkar edilmişdir. Sonra isə qaz idarəsi ilə telefon əlaqəsi yaratmış və sayğaca baxış keçirilməsini xahiş etmişdir. Qaz idarəsindən gələn nümayəndənin bu sayğacın elementinin bitdiyini və köhnə qaz sayğacı olduğunu söyləmişdir. Qaz idarəsindən isə ona 76.00 AZN ödəməklə yeni qaz sayğacının gətirib quraşdırılması söylənilmiş və o, isə razılaşmışdır. Qaz idarəsindən yeni qaz sayğacı gətirilmişdir. Qaz idarəsinin nümayəndələri ilə nəvəsi və nəvəsinin həyat yoldaşının iştirakı ilə yeni qaz sayğacı quraşdırılmışdır. Qaz idarəsinin nümayəndələri yeni qaz sayğacını quraşdırmış və köhnə qaz sayğacını isə özləri ilə aparmışlar. 2023-cü ilin avqust ayında çıxarılan Astaris tipli, G-4 markalı 07AZ**********1 nömrəli sayğaca görə xx.xx.2023-cü il tarixində X18 tərəfindən 638.00 AZN məbləğində qalıq borc barədə ona “Bildiriş- Xəbərdarlıq” göndərilmişdir. Bu borc isə çıxarılan qaz sayğacının laboratoriyada yoxlama zamanı uzun müddət elementin bitdiyi aşkarlanmışdır. Sayğacın elementi bitdiyi zaman, sayğacda vəsait olmadan da işlədiyini söyləmişlər. İddiaçı bildiriş gəldikdən sonra satıcı X7 ilə telefon əlaqəsi yaratmış və 638.00 AZN məbləğində təbii qaza qalıq borc barədə “Bildiriş” gəldiyini söyləmişdir. Satıcı Səfdər isə o evdə heçkimin qalmadığını söyləmişdir. Qonşularla isə həmsöhbət zamanı bu evdə daima fərqli-fərqli kirayəçilər qaldığını söyləmişlər. Amma o, isə hələ təbii qazdan heç istifadə etmədiyini söyləmişdir. Sonra isə bu işi araşdırmaq üçün Vüqar və X15 Qaz İdarəsinə yollanmış, orada söhbət zamanı, qaz sayğacının uzun müddət elementsiz işlədildiyindən, həmin borcun köhnə orada yaşayanlara aid olduğunu söyləmişlər. Bir çox söhbət etdikdən sonra, satıcı Səfdər borcu ödəyəcəyini söyləmişdir. Orda olarkən elə 300.00 AZN məbləği vermiş və 338.00 AZN qalıq borcu qalmışdır. Satıcı Səfdər qalıq borcu isə hər ay 100-100 vercəyini söyləmişdir. Gələn ayda isə 100.00 AZN vermiş və bundan artıq verə bilməyəvəyini demişdir. Nəvəsinin həyat yoldaşı Vüqar isə “2023-cü il Antiterror əməliyyatları” zamanı xəsarət almış və hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Səhhəti ilə əlaqədar olaraq isə müayinə və müalicələr alırmış. Əlilliyi təsdiq olunana qədər heçbir əmək haqqı almırdı. Buna görə də, maddi vəziyyət aşağı olduğu üçün Vüqar özü də 238.00 AZN məbləği ödəyə bilmirdi. 738.00 AZN məbləğində kredit ödəyir ərzaq, kommunal, uşaqların bağçası və məşqi və digər ev xərclərinə görə sıxıntılar yaranmışdır. Əlilliyi təsdiq olduqdan 2 ay sonra isə təqaüd almış, “M10” proqramı vasitəsi ilə həmin 238.00 AZN məbləğində olan borcu ödəmişdir. Qaz idarəsinin nümayəndələri isə 6 aydan bir baxış keçirməli olduğu halda, bir dəfə də olsun ki, həmin evə baxış keçirməmişlər. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin xüsusi notariusu X8 isə alqı-satqı zamanı satıcı Səfdərdən təbii qaza görə borc barədə təmizlik qəbzi və yaxud arayışı tələb etməmişdir. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********63-05101-093006 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, 3-cü mikrorayon, ev 19, mənzil 28 (Yeni Qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 148 nömrəli vərəqində qeydiyyata alınmışdır. Vəliyev Vüqar barəsində avqust 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, Bildirişdən görünür ki, X10 İstismar sahəsinə ödənilməmiş 638,00 manat borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir
“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh X5 ödənilmiş 238.00 AZN məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati hüquq münasibətləri tərəflər arasında yaranan ümumi (publik) hüququn nizamasalma predmetinə aid olan münasibətlərdir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, xüsusi hüquq münasibətləri ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X6 qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, X6 qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh X6 qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva