Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3604/2023 05.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 xx.xx.1986-cı il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuşdur. X1 “Hüseynov”dan “Mirzəyev” soyadına, adını “Ramil”dən “Əli” adına dəyişdirmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 06 nömrə ilə qeyd aparılmışdır. X3 xx.xx.2010-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 21 nömrə ilə qeyd aparılmışdır. İddiaçı xx.xx.2010-cu il tarixdə X2 doğulmuş X5 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 164 nömrə ilə qeyd aparılmışdır. Maraqlı şəxs xx.xx.2010-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 424 nömrə ilə qeyd aparılmışdır. xx.xx.2021-ci il tarixdə verilmiş 0481003AAB61 nömrəli və xx.xx.2021-ci il tarixdə verilmiş 0481003AAB80 nömrəli göndərişlərə əsasən Maraqlı şəxs xəstəliyinin başlanma tarixi xx.xx.2010-cu il tarixli olmaqla, xroniki gedişdə ağır dərəcəlidir. Uşağa a) Əsas diaqnoz Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz Onurğanın İİİ-İV dərəcəlianadangəlməkifoskoliozu.UŞAQ xx.xx.2021-Cİ İL TARİXDƏ Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunub və diaqnoztəsdiqlənib.TİBBİ RƏY №6656/9269. b) Ağırlaşma R52.0 Kəskin ağrı DAVAMLİ AĞRİ SİNDROMU. b) Ağırlaşma Q76.4 Onurğanın skoliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları döş sümüyü və qabırğanın kobuddeformasiyası. döş fəqərələrinin basıqlığı, döş fəqərələrinin deformasiya; b) Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları onurğada kəskinhərəkət məhdudluğu,dayaq hərəkəTfunksİyasinin pozulmasi. c) Yanaşı xəstəliklər Q68.0 Döş-körpücük məməyəbənzər əzələnin anadangəlmə deformasiyası soltərəflİ anadangəlmə diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilmiş müayinə nəticəsində Maraqlı şəxs əlillik təyin olunmasından imtina edilmiş, imtina əsası dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, həkimin rəyi isə xəstənin diaqnostik instrumental müayinəsinin dəqiqləşdirilməsi və hansı bir təsnifat üzrə deformasiyanın dərəcəsinin dəyərləndirilməsi olmuşdur. Daha sonra uşağa xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumi xəstəliklə səbəbi ilə sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Maraqlı şəxs sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu xx.xx.2022-ci il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət”Ş iddiaçıya həmin tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladı Maraqlı şəxs görə təyin olunmuş pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7739/2023 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının qeyd etməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qızına sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə ödənilməli olan müavinətin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Fatimə anadan onurğanın qüsuru ilə doğulmuş, yəni hal-hazırda boynunda əyrilik deformasiyası olmaqla qaməti pozulmuşdur. Onurğa sütununda əzələ hipertrofiyalıdır. Onurğa boyu döş şöbəsində qabarıqla sağa əyilmiş və həmçinin başı isə sola əyilmişdir. Sağ kürək sümüküstü qabarıqdır. Onurğanın döş-bel şöbəsi sola əyilib. TH-4-5 fəqərələrarası səviyyədə ciddi skolioz izlənilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə təqdim etdiyi məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/2- 282687/2023 nömrəli etirazında bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının müraciətinə əsasən xx.xx.2010-cu il təvəllüdlü qızı Maraqlı şəxs ümumi xəstəliklə bağlı xx.xx.2022-ci il tarixdə 3 il müddətinə ilkin əlillik təyin edilmişdir. Bundan sonra, həmin tarixdən Maraqlı şəxs təyin olunmuş əllilik müddətinə 18 yaşınadək əlilliyə görə müavinət təyin edilmiş, İddiaçı isə sağlamlıq imkanları məhdud 18 yaşınadək övladı Maraqlı şəxs qulluğa görə prezident təqaüdü təyin olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Maraqlı şəxs əlillik təyin olunduğu tarixdən 18 yaşınadək əlilliyə görə müavinət təyin olunaraq verilməyə başlanılmışdır. İddiaçı isə əlillik təyin olunduğu tarixdən əvvəl, yəni qızı Maraqlı şəxs hələ əlilliyi müəyyən olunmadığı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ona 18 yaşınadək əlilliyə görə müavinət verilməli olduğunu iddia edir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Əlilliyə görə müavinəti almaq hüququnun yaranma günü isə əlilliyin təyin olunduğu tarix başa düşülməlidir. Bununla yanaşı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023cü il, 2-1(102)-630/2023 nömrəli qərarında qeyd edilmişdir ki, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın(inzibati aktın) çıxarılması ilə təyin ediiə bilər, Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşdırılması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə" yaxud "uşaqlıq əlili" sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçiniməsi dövlətin bu hüquqları təmin edə biləcək malıyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırkı mübahisə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Qanunun 4.0-cü maddəsinin ə görə bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; (xx.xx.2021-ci il tarixli 349-VİQD nömrəli qanunla ləğv edilənədək qüvvədə olan norma). 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət Bu Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Beləliklə, iddiaçı əlil kimi hüquqlarını əlilliyin təyini vaxtdan həyata keçirdiyindən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən də, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Məhkəmə onu da qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən sənədin alındığı gündən təyin etməli, bu vaxtdan da əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, iddiaçının iddiası təmin edilməli, yəni cavabdehin üzərinə xx.xx.2019cu ildən xx.xx.2022-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin iddiaçıya ödənilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022- ci il tarixədək ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3604/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3604/2023
05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver