Məhkəmə qərarları › İş №2-1(114)-3611/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3611/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3611/2025 28.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Kəlbəcər rayon Seyidlər İcra nümayəndəliyi tərəfindən xx.xx.1974-cü il tarixdə tərtib edilmiş 63 nömrəli doğum akt qeydinin ləğv edilərək, doğum tarixi xx.xx.1975-ci il qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Çağırış məntəqəsinə təhkim edilmə haqqında 232 nömrəli vəsiqədən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci il tarixində Kəlbəcər rayonunda anadan olmuş, xx.xx.2004cü il tarixində tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlı olduğu qeyd olunmuşdur.

2. İddiaçı adına verilmiş AZE №******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1975-ci il tarixində Kəlbəcər rayonunda anadan olmuşdur.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli 109 nömrəli imtina məktubundan göstərilmişdir ki, onun şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1975-ci il, doğum akt qeydində isə doğum tarixi xx.xx.1974-cü il qeyd edilmişdir. Odur ki, doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkanları xaricindədir və doğum tarixinə düzəliş edilməsi üçün məhkəməyə mürciət etməsi tövsiyyə olunmuşdur.

4. Cavabdeh xx.xx.2025-ci il tarixli 248 nömrəli məktubu və ona əlavə olunmuş xx.xx.1974-cü il tarixli 63 nömrəli doğum haqqında akt qeydindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974-cü ildə Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olmuş, ana qrafasında X3, ananın deməsinə görə ata adı Heybət qeyd olunmuşdur. II. Məhkəmədə icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1974-cü il tarixli Kəlbəcər rayon Seyidlər İcra nümayəndəliyində 63 nömrəli doğum aktının ləğv edilməsi və doğum tarixini xx.xx.1975-ci il qeyd edilməklə atası X2, anası X5 qeyd olunmaqla doğumun yenidən bərpa edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-cı ildə Kəlbəcər rayonu Dəmirçidam kəndində anadan olmuşdur. O, doğulduğu vaxtdan 1988-ci ilə kimi Basarkeçər rayonu Zod kəndində yaşamışdır. Ermənistan Respublikası tərəfindən etnik təmizləmə ilə əlaqədar 1988-ci ildən Basarkeçər rayonunu tərk edərək Gəncə şəhərində yaşamağa başlamışdır. 1992-2025-ci ilə kimi Rusiya Federasiyasında yaşamışdır. Şəxsiyyət vəsiqəsini itirdiyi üçün yenisini almağı ilə bağlı ondan doğum haqqında şəhadətnamə tələb etdilər. Ona görə də Cavabdehnə müraciət etməli oldu. Onun bütün sənədlərində doğum tarixim xx.xx.1975-ci il qeyd edilib. Doğum haqqında şəhadətnamədə də xx.xx.1975-ci il qeyd olunmuşdu, lakin doğum şəhadətnaməsini itirdiyi üçün Cavabdehnə müraciət etmişdir. Oradan ona bildirdilər ki, doğum tarixində ziddiyyət olduğu üçün şəhadətnaməni verə bilmirlər. Belə ki, doğum haqqında akt kitabında doğum tarixi "xx.xx.1974-cü il" yazılıb. Doğum akt kitabı 1974-cü ildə açıldığı üçün doğum tarixini 1975ci ilə düzəlış edilməsi qeyrı mümkün olduğunu və doğum tarixinin xx.xx.1975-ci ilə düzəliş edilməsi üçün xx.xx.1974-cü il tarixli Kəlbəcər rayon Seyidlər icra nümayəndəliyində 63 Nə ilə açılan doğum aktının ləğv edilməsi və doğumunun yenidən bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş və iddia tələbi Kəlbəcər rayon Seyidlər İcra nümayəndəliyi tərəfindən xx.xx.1974-cü il tarixdə tərtib edilmiş 63 nömrəli doğum akt qeydinin ləğv edilərək, doğum tarixi xx.xx.1975-ci il qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdehin yerləşdiyi yer olan Kəlbəcər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

17. Tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Çağırış məntəqəsinə təhkim edilmə haqqında 232 nömrəli vəsiqəsi; - İddiaçı adına verilmiş AZE №******** nömrəli şəxsiyyət vəsiqəsi; - Cavabdeh xx.xx.2025-ci il tarixli 109 nömrəli imtina məktubu; - Cavabdeh xx.xx.2025-ci il tarixli 248 nömrəli məktubu və ona əlavə olunmuş xx.xx.1974-cü il tarixli 63 nömrəli doğum haqqında akt qeydi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

21. İş materiallarından müəyyən olur ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2025ci il tarixli 109 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, onun şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1975-ci il, doğum akt qeydində isə doğum tarixi xx.xx.1974-cü il qeyd edilmişdir. Odur ki, doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkanları xaricindədir və doğum tarixinə düzəliş edilməsi üçün məhkəməyə mürciət etməsi tövsiyyə olunmuşdur.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

24. Göründüyü kimi, iddiaçının doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1974-cü il kimi qeyd edilməsinə baxmayaraq, digər bütün sənədlərində doğum tarixi xx.xx.1975-ci il qeyd olunmuşdur.

25. Bu isə o deməkdir ki, həqiqətən də X1 doğum akt qeydində onun doğum tarixində səhvə yol verilmiş və iddiaçının barəsində məlumat düzgün qeyd edilməmişdir. Hazırda sənədlərdə onun doğum tarixi ilə bağlı uyğunsuzluq halları yaranmışdır.

26. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Kəlbəcər rayon Seyidlər İcra nümayəndəliyi tərəfindən xx.xx.1974-cü il tarixdə tərtib edilmiş 63 nömrəli doğum akt qeydinin ləğv edilərək, doğum tarixi xx.xx.1975-ci il qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

27. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Kəlbəcər rayon Seyidlər İcra nümayəndəliyi tərəfindən xx.xx.1974-cü il tarixdə tərtib edilmiş 63 nömrəli doğum akt qeydinin ləğv edilərək, doğum tarixi xx.xx.1975-ci il qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar