Məhkəmə qərarları › İş №2-1(114)-3618/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3618/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3618/2023 14.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı qəyyumu Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə Ermənistan, Tumanyan rayonunda anadan olmuşdur. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdən müddətsiz İ dərəcə əlillik təyin edilmişdir. İddiaçı ümumi xəstəlikdən birinci qrup əlil şəxs kimi xx.xx.2012-ci il tarixindən Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 123 nömrəli sərəncamına əsasən hərbi əməliyyatlar keçirilən zonada olmaqla 1-ci qrup əlil olmuş İddiaçı Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotuna götürülmüş, uçota götürülmə tarixi xx.xx.2012-ci ildən hesab edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 2553/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 182 nömrəli sərəncamına əsasən Qanuni nümayəndə atası İddiaçı qəyyum təyin edilmişdir. İddiaçı yaşayış sahəsinə entiyacı olan şəxs kimi mənzillə təmin olunmasına köməklik göstərilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanlandığı ərizəsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Verilmiş cavabda bildirilmişdir ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 29.12 2017-ci il tarixli 123 nömrəli Sərəncamı ilə hərbi əməliyyatlar keçirilən zonada olmaqla birinci qrup əlil olmuş şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışsınız və hal-hazırda uçot siyahısında 91-ci sıradadır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan vətəndaşlara yaşayış sahələri növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verildiyi bildirilmişdir. İddiaçı Qanuni nümayəndə cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin sərəncamının icra olunmasına köməklik göstərilməsi”ni xahiş etmişdir. Daha sonra Qanuni nümayəndə İddiaçı qəyyumu kimi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qəyyumu tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/2665/2023 nömrəli məktubunda bildirmişdir ki, Qanuni nümayəndə atası İddiaçı ümumi xəstəlikdən birinci qrup əlil şəxs kimi xx.xx.2012-ci il tarixindən Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 123 nömrəli Sərəncamı ilə yuxarıda qeyd olunan Sərəncamda qismən dəyişiklik edilərək, o, hərbi əməliyyatlar keçirilən zonada olmaqla 1-ci qrup əlil olmuş şəxs kimi uçota alınmış, hazırda 91-ci sıradadır. Bilindiyi kimi "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Əlavə olaraq bildiririk ki, Qanuni nümayəndə qardaşı X1 Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 296 saylı Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətində müharibə əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il arixli Sərancamına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə iki otaqlı mənzil ilə təmin olunmuşdur. Məlumat üçün bildiririk ki, vətəndaş İddiaçı dəfələrlə Gəncə Şəhər lcra Hakimiyyətində qəbul edilmiş və ona Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56-cı maddəsi barədə ətraflı izahat verilmişdir. Qeyd edirik ki, Gəncə Şəhər lcra Hakimiyyətinin mənzil fondunda boş yaşayış sahəsi olmadığı üçün vətəndaşı hal-hazırda mənzillə təmin edilməsi mümkün deyildir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 7-ci bəndinin tələbinə görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2-ci maddə). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3-cü maddə). “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 2-ci hissəsində qeyd olunur ki, Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Yuxarıda sadalanan normalardan göründüyü kimi, cavabdeh inzibati orqan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edir,daha sonra həmin vətəndaşlar növbəlilik prinsipi əsasında mənzillə təmin olunurlar. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas məqsədi mənzil və ya evlə təmin olunmasıdır. Lakin hazırkı vəziyyətdə cavabdehin iddiaçını mənzillə təmin etmək imkanı təsdiqini tapmır. İddiaçı da cavabdehin onu yaşayış sahəsi ilə təmin etmək üçün belə imkana malik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh imtina məktubunda iddiaçını mənzillə təmin etməkdən birdəfəlik imtina etməmiş, məktubun məzmunundan müvafiq şəraitin yaranacağı təqdirdə iddiaçının mənzillə təmin olunması məsələsinə yenidən baxılacağı qənaətin gəlmək mümkündür. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar