Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3619/2023 10.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olan ailə qismində uçota alınmasına dair sərəncamda ailə tərkibinə düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 152 saylı sərəncamının 1-ci hissəsində dəyişiklik edilib onun ailə tərkibinin 7 nəfərdən ibarət olmasına dair yeni qərar qəbul edilməsi və ya onun ailə tərkibinin 7 nəfərdən ibarət olmasına dair yaşayış sahəsinə ehtiyacı olan ailə qismində uçota alınmasına dair yeni sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X12 44 günlük İl Qarabağ müharibəsində XTQ-052 və XTQ Yaşma qruplarında uğurlu döyüş yolu keçmiş, Suqovuşan, Kəlbəcər, Laçın və Şuşanın azad olunmaları uğrunda döyüşlərdə iştirak etmiş və Zəfər gününə bir gün qalmış Şuşada şəhid olmuşdur. X28 İl Qarabağ müharibəsində rəşadətli döyüş yolu keçdiyinə görə Suqovuşan, Kəlbəcər və Şuşanın azad olunmasına görə, Döyüşlərdə fərqlənməyə görə və Vətən uğrunda medalları ilə təltif olunmuşdur. Həsən Abdullayevə şəhid, iddiaçıya da şəhid ailəsi statusu verilmiş, mənzil verilməsi üçün növbəyə götürülmüş və şəhid ailəsi olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021. tarixli 152 saylı Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan ailə qismində uçota alınmışdır. Ancaq onun ailəsi 4 nəfərdən ibarət olmasına baxmayaraq ailə tərkibi bir nəfər kimi göstərilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2022. tarixli 4683 saylı ailə tərkibi haqqında arayışından görünür ki, iddiaçının ailəsi dörd nəfərdən ibarətdir. X1 məxsus xx.xx.1998. tarixli XX-ЖГ № 288877 saylı Doğum haqqında Şəhadətnamə və fin kodu 8QM9SKN olan AR-nın şəxsiyyət vəsiqəsi də bu halı sübut edir. Daşkəsən Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2003. tarixli 34 saylı Sərəncamından görünür ki, həmin sərəncamla valideyin himayəsindən məhrum olmuş iddiaçının qardaşı qızları xx.xx.1991-ci il təvəllüdlü X4 və xx.xx.1988-ci il təvəllüdlü X6 onun qəyyumluğuna və himayəsinə verilmişlər. Qızlar iddiaçının ailəsində böyümüş və təhsil almış, sonra da ailə qurub ər evinə köçüb ailə uşaq sahibi olmuşlar. Türkan hal-hazırda öz ailəsi ilə yaşasa da Sima Abdullayevanın ailə münasibəti uğursuz olmuş, ailəni saxlamaq mümkün olmamışdır. Nikahın pozulması haqqında xx.xx.2022-ci il tarixli AZ-1 №426018 saylı Şəhadətnamədən göründüyü kimi qəyyumluğunda və himayəsində olmuş X7 ailəsi dağılmış hal-hazırda o da iki uşağı ilə iddiaçının yanında yaşayırlar. Fakiti olaraq iddiaçının ailəsi hazırda 7 nəfərdən ibarətdir. İddia ərizəsinə əlavə olunan sənədlərdən (sübutlardan) göründüyü kimi şəhid ailəsi olaraq iddiaçının İddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində uçota alınmağı haqqında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021. tarixli 152 saylı sərəncamı veriləndə iddiaçının ailə tərkibi 4 nəfərdən; 1. İddiaçı – özü, 2. X8 – qızı, 3. X9- nəvəsi, 4. X13 - kürəkənindən ibarət olmuşdur. Hazırda isə iddiaçının ailəsi 7 (yeddi) nəfərdən ibarətdir. İddiaçının cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə olan müraciətimdən görünür ki, cavabdehə müraciət edib onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota alınmağı haqqında Gəncə Şəhər İHB-nın xx.xx.2021. tarixli 152 saylı sərəncamının 1-ci hissəsində dəyişiklik edib onun ailə tərkibinin 7 (yeddi) nəfərdən ibarət olmasına dair yeni qərar qəbul edilməsini və ya onun ailə üzvlərinin 7 (yeddi) nəfərdən ibarət olmasına dair yaşayış sahəsinə ehtiyac olan ailə qismində uçota alınmasına dair yeni sərəncam verilməsini xahiş etsə də cavabdeh Gəncə Şəhət İcra Hakimiyyəti hərəkətsizlik edərək müraciətinə baxmamış, ona da hər hansı bir məlumat verməmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun yaşadığı evə Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Ailə üzvləri qızı Nuranə, qızının əri Taleh, nəvəsi Sevgi, eləcə də himayəyə götürdüyü Sima və sonuncunun övladları Xədicə və Yusifdən ibarətdir. Gəncə Şəhər İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərdə (arayışda) da ailə tərkibi 7 nəfər göstərilmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1935/2023 nömrəli məktubunda bildirilir ki, şəhid atası İddiaçı Gəncə şəhəri, Xəlil Şeyxzamanov küçəsindəki fərdi yaşayış evində tək yaşadığı müəyyən olunmuş, o, təqdim etdiyi sənədlərə əsasən şəhid ailəsi statusu olan kimi mənzil növbəliyinə götürülmüşdür. İddia ərizəsində qeyd olunan şəxslər onunla birgə yaşamadığı üçün onun ailə üzvü kimi mənzil uçotuna götürülməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiada qeyd olunan Daşkəsən Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 34 saylı Sərəncamı ilə xx.xx.1991-ci il təvəllüdlü X4 və xx.xx.1988-ci il təvəllüdlü X2 İddiaçı himayəsinə verilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 33cü maddəsinə əsasən mahiyətini itirmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsi barədə qərar verilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 152 saylı sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəhid ailəsi İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, ailə tərkibi 1 nəfər kimi yalnız özü qeyd olunmuşdur. - işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Məhsəti qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 781 nömrəli arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı həqiqətən Məhsəti qəsəbəsində qeydiyyatsız yaşayır və ailə tərkibi X10- xx.xx.1998-ci il təvəllüdlü (qızı), X11 - xx.xx.1996-cı il təvəllüdlü (kürəkəni), X9 - xx.xx.2019-cu il təvəllüdlü (nəvəsi), X5 - xx.xx.2023-cü il təvəllüdlü (nəvəsi), X17xx.xx.1988-ci il təvəllüdlü (digər), X14-xx.xx.2012-ci il təvəllüdlü (digər) və X18 xx.xx.2017-ci il təvəllüdlü (digər) olmaqla 7 nəfərdən ibarətdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli arayışdan görünür ki, İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli məxaric qəbzindən görünür ki, İddiaçı tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı şəhid ailəsi üzvü olmaqla Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 152 saylı sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, ailə tərkibi 1 nəfər kimi yalnız özü qeyd olunmuşdur. İddiaçı isə ailədə faktiki olaraq 7 nəfərdən ibarət olmasını əsas gətirərək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 152 saylı sərəncamının 1-ci hissəsində dəyişiklik edilib onun ailə tərkibinin 7 nəfərdən ibarət olmasına dair yeni qərar qəbul edilməsi və ya onun ailə tərkibinin 7 nəfərdən ibarət olmasına dair yaşayış sahəsinə ehtiyacı olan ailə qismində uçota alınmasına dair sərəncamda düzəliş edilməsi məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu onun müraciəti ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Cavabdeh orqanın iddia ilə bağlı məhkəməyə təqdim etdiyi məktubu ilə müəyyən olunur ki, iddiaçı fərdi yaşayış evində tək yaşadığından və qeyd olunan şəxslər onunla birgə yaşamadığından onlarınn ailə üzvü kimi mənzil uçotuna götürülməsi qeyrimümkündür. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəhid ailəsi üçün nəzərdə tutulan müvafiq güzəştlər və bundan irəli gələn münasibətlər “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. -4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. -5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahəsinə ehtiyacı olan ailə qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı şəhid ailəsi üzvüdür və bu hal işin mübahisəsiz halıdır. Hazırki iddia ilə iddiaçı şəhid ailəsi üzvü olmaqla qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadə etmək niyyətindədir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin tabe qurumu olan Məhsəti qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 781 nömrəli arayışla İddiaçı ailə tərkibinin 7 nəfərdən ibarət olması (X10- (qızı), X11 - (kürəkəni), X9 - (nəvəsi), X5 - (nəvəsi), X17- (digər), X14- (digər) və X18 - (digər)) öz təsdiqini tapır. Bu səbəbdən də cavabdehin qeyd olunan arqumentləri iddiaçının qanunvericiliklə təsbit edilmiş hüquqlarının reallaşdırılmasına mane ola bilməz. Bundan əlavə, iddiaçı şəhid ailəsi üzvü olmaqla yaşayış sahəsi ilə birinci növbədə təmin olunmalı şəxslərin dairəsindədir. Bu səbəbdən də cavabdeh orqanın ehtimallara əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 152 saylı sərəncamının 1-ci hissəsində dəyişiklik edilərək iddiaçının ailə tərkibinin 7 nəfərdən ibarət (xx.xx.1998-ci il təvəllüdlü X10- (qızı), xx.xx.1996-cı il təvəllüdlü X11 - (kürəkəni), xx.xx.2019-cu il təvəllüdlü X9 - (nəvəsi), xx.xx.2023-cü il təvəllüdlü X5 - (nəvəsi), xx.xx.1988-ci il təvəllüdlü X17- (digər), xx.xx.2012-ci il təvəllüdlü X14- (digər) və xx.xx.2017-ci il təvəllüdlü X18 - (digər)) olaraq göstərilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 152 saylı sərəncamının 1-ci hissəsində dəyişiklik edilərək İddiaçı ailə tərkibinin 7 nəfərdən ibarət (xx.xx.1998-ci il təvəllüdlü X10- (qızı), xx.xx.1996-cı il təvəllüdlü X11 - (kürəkəni), xx.xx.2019-cu il təvəllüdlü X9 - (nəvəsi), xx.xx.2023-cü il təvəllüdlü X5 - (nəvəsi), xx.xx.1988-ci il təvəllüdlü X17- (digər), xx.xx.2012-ci il təvəllüdlü X14- (digər) və xx.xx.2017-ci il təvəllüdlü X18 - (digər)) olaraq göstərilməsi öhdəliyi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3619/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3619/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver