Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-362/2021 29.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçılar İddiaçı1 Quli oğlu, İddiaçı2, İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı1 Quli oğlu, İddiaçı2, İddiaçı3 və Alıyev X1 cavabdehlər Şəmkir Rayon İcra Hakimiyyətinə və Şəmkir rayon Ağlavaşlı Bələdiyyəsinə qarşı şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 Quli oğlu, İddiaçı2, İddiaçı3 və Alıyev X3 cavabdehlər Şəmkir Rayon İcra Hakimiyyətinə və Şəmkir rayon Ağlavaşlı Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Şəmkir rayon Ağlavaşlı (sabiq Qasım İsmayılov) kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin onlara verilməsinə dair Şəmkir rayon X2 JN-047F, kod 50408018 nömrəli xx.xx.2002-ci il tarixli şəhadətnaməsində dəyişiklik edilərək, JN-048F kod 50408018 nömrəli xx.xx.2002-ci il tarixli yazılması öhdəliyinin cavabdeh Şəmkir rayon X2 hüquqi varisi Şəmkir Rayon Hakimiyyətinin və Şəmkir rayon Ağlavaşlı Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 Quli oğlu izahatında bildirmişdir ki, Şəmkir rayon X2 xx.xx.1999-cu il tarixli 60 nömrəli qərarı ilə Şəmkir rayonu, Qasım İsmayılov, hazırkı Ağlavaşlı kəndi ərazisində fərdi yaşayış evi tikdirmək üçün 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair JN-047F, kod 50408018 nömrəli xx.xx.2002-ci il tarixli şəhadətnaməsi almışlar. Lakin daha sonra onlara məlum olmuşdur ki, torpaq sahəsinin koordinatları səhvən qardaşı X4 adına verilmiş JN-048F kod 50408018 nömrəli xx.xx.2002-ci il tarixli şəhadətnaməyə işlənmişdir. Hazırda JN-048F şəhadətnamədə göstərilən torpaq sahəsinin 20 ildirki iddiaçılar, JN-047F şəhadətnamədə göstərilən torpaq sahəsini isə qardaşı uşaqları istifadə edir. Məhkəmə iclasında iştirak etmiş digər iddiaçılar İddiaçı2, İddiaçı3 da eyni məzmunda izahat verərək onlara köməklik göstərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı Alıyev X3 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə iddiaçı Alıyev X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mahiyyətindən aydın olur ki, iddiaçıların əsas məqsədi hazırda istifadələrində olan torpaq sahəsinin koordinatlarının və kadastr göstəricilərinin düzgün olaraq hüquqmüəyyən edici sənədlərdə qeyd edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.15-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir rayon Ağlavaşlı Bələdiyyəsi hazırki iş üzrə iddia tələbinə cavab verməli orqan deyildir. Həmçinin, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və öhdəliyin icrası haqqında iddia qaldırmaq üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. İddiaçı “şəhadətnamələrin ləğvi və torpaq sahəsin koordinatlarının hüquqmüəyyən edici sənədlərdə düzgün işlənməsi” tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etməli, tələbi təmin olunmadığı halda onun məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək imkanı yaranır. Ona görə məhkəmə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin iddiaçılara təklif olunmasını zəruri hesab etmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 Quli oğlu, İddiaçı2, İddiaçı3 və Alıyev X1 cavabdehlər Şəmkir Rayon İcra Hakimiyyətinə və Şəmkir rayon Ağlavaşlı Bələdiyyəsinə qarşı şəhadətnamədə dəyişiklik edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-362/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-362/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver