Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3620/2023 24.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Mənzil-Kommunal X1rşı şəxsi hesab vərəqəsinin dəyişdirilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Gəncə şəhər Mənzil-Kommunal X1rşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin **********0347 nömrəli şəxsi hesab vərəqəsini Qoqriçani Anastasiyanın adından onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildən bu günə kimi 4 nəfərdən ibarət ailə üzvüləri ilə birlikdə ünvan 2 ünvanda yaşayır. Həmin mənzilin **********0347 saylı şəxsi hesab vərəqəsi rus millətindən olan Qoqriçani Anastasiyanın adınadır. Qoqriçani Anastasiya 60-65 yaşlı tənha qadın olduğundan yaxın qonşu kimi münasibətləri yaxşı olmuş, daim ona köməklik etməyi barədə xahişlər etmiş, iddiaçı və ailə üzvüləri təmənnasız olaraq yaşlı insan olduğundan onun qulluğunda durmuşlar. 1994-cü ildə Qoqriçani Anastasiya həmin mənzili öz təklifi ilə 1000 (min) rubl məbləğində pul qarşılığında qonşuların iştirakı ilə iddiaçıya satmışdır. İddiaçı və ailə üzvüləri 30 ilə yaxındır ki, həmin ünvanda yaşamaqla yanaşı həmin mənzilin kommunal xərclərini (qaz, işiq və su pulu) ödəyirlər. Həmin mənzili adına rəsmləşdirmək üçün Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Komunal X2 müraciət etsə də, cavab olaraq bildirilmişdir ki, mənzil Birliyin balansındadır, Birliyin mühasibatlıq sənədlərində ünvan 3 ünvanda yerləşən mənzilin **********0347 №-li şəxsi hesab vərəqəsi rus millətindən olan Qoqriçani Anastasiyanın adınadır. Həmin mənzilin sənədləşdirilməsi mənzil sahibi Qoqriçani Anastasiyanınhəmin mənzilə dair yaşayış hüququnun, məhkəmə qaydası ilə itirdikdən sonra, müraciətə yenidən baxıla bilər”. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələb etdiyi mənzilin şəxsi hesabı başqa şəxsin aınadır, iddiaçı həmin mənzildə qanunsuz yaşayır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı yaşayış sahəsinə dair şəxsi hesab vərəqəsində düzəliş edilərək öz adının qeyd edilməsini tələb edir ki, hazırda qüvvədə olan, eləcə də qüvvədən düşmüş mənzil qanunvericiliyində “şəxsi hesab vərəqəsi” adlı inzibati akt mövcud olmadığına görə iddiaçı tərəfindən şəxsi hesab vərəqəsində ada dəyişiklik edilməsi inzibati məhkəmə icraatı üzrə mümkünlük şərtlərini təmin etmir. Başqa sözlə mövcud qanunvericilikdə hazırki mübahisənin tənzimləmə mexanizmi yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, tələbə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması ilə bağlı iddia qaldıra bilərdi, lakin bununla bağlı cavabdehə ilkin müraciəti yoxdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia mümkün olmadığına görə mahiyyəti üzrə baxılması da istisna olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Gəncə şəhər Mənzil-Kommunal X1rşı şəxsi hesab vərəqəsinin dəyişdirilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3620/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3620/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver