Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3635/2025 28.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X21 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı «qeydin ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək **********57-10301 reyestr nömrəli qeydin X11 məxsus olmuş Tovuz şəhəri, Ş.İ.ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0.3113 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda 0.0990 ha torpaq sahəsi “Torpaq qeydi”nə əsasən mərhum ərinin atası X1 istifadəsində olmuş, həmin sahədə fərdi yaşayış evi mövcud olmuşdur. X1 ölümü ilə əlaqədar onun arvadı X15 qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Ağammədin vərəsəsi hesab edilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 3 ünvanda 600 kv.m torpaq sahəsində yerləşən yaşayış evindən ibarət olmuşdur və X10 adına xx.xx.1978-ci il tarixli texniki pasport işlənmişdir. X10 ölümü ilə əlaqədar onun oğlu (mərhum əri) X7 qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Fatmanın vərəsəsi hesab edilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak Tovuz şəhəri, Ş.İ.Xətai küçəsi ev 8 ünvanda 1131 kv.m torpaq sahəsində yerləşən yaşayış evindən ibarət olmuşdur və X3 adına 2005-ci il tarixli texniki pasport işlənmiş, pasportda evin həyətyanı torpaq sahəsi sənəd üzrə 1131 kv.m, faktiki isə 1242,3 kv.m qeyd edilmişdir. X7 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etdikdə ona bildirilmişdir ki, həmin torpaq sahəsi **********57-10301 reyestr nömrəli çıxarışa əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsinə mərhum ərinin divar qonşuluğunda yaşayan qohumuna çıxarış verilmişdir. Əslində isə qonşuluqda yerləşən yaşayış evlərinin hamısı ərinin yaxın qohumlarıdır, həyətyanı sahələri isə hamısı daş divarlarla təcrid edilmiş və torpaqla bağlı mübahisə yoxdur. Cavabdeh orqan ərindən miras qalmış və yaşadığı evin həyətyanı torpaq sahəsinə qonşuluqda yaşayan şəxsin adına çıxarış vermişdir. Həmin çıxarışın ləğv edilməsi, eyni zamanda ərindən miras qalmış fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin qeydə alınması barədə cavabdehə müraciət etsə də, imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, **********57-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli qeydin X11 məxsus olmuş Tovuz şəhəri, Ş.İ.Xətai küçəsi 8 nömrəli evin həyətyanı torpaq sahəsinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-764 saylı qərardadı ilə iş üzrə X14 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-764 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-204 saylı qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-764/2024 saylı qərardadı ləğv edilmiş və iş materialları baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək **********57-10301 reyestr nömrəli qeydin ünvan 4 ünvanına aid olan 1131 kv.m. hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan və üçüncü şəxs məhkəməyə iddia tələbi ilə bağlı hər hansı etiraz ünvanlamamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 3459 saylı məktubu, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamə, AZ İİ 156541 nömrəli ölüm haqqında şəhadətnamə, yaşayış evinin 2005-ci il avqust tarixli texniki pasportu, X11 məxsus xx.xx.1978-ci il tarixli texniki pasport, 62 nömrəli torpaq qeydi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu, üçüncü şəxs X8 adına olan **********57-10301 reyestr nömrəli çıxarış və mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Tovuz şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Tovuz şəhəri, X22 küçəsi, 10 ünvanında 0.2131 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 139.7 kv.m olan fərdi yaşayış evi ümumi birgə paylı mülkiyyət olaraq X14, X4 və X5 adına qeydə alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, X15 xx.xx.2001-ci ildə vəfat etmişdir. xx.xx.2005-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə əsasında ünvan 6 ünvanda 1131 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 80,0 kv.m, əsas sahə 47,2 kv.m, köməkçi sahə 32,8 kv.m olan üç otaqlı fərdi yaşayış evini oğlu X7 miras əmlak kimi irs almış və mirası qəbul etmişdir. X3 adına tərtib edilmiş Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, fərdi yaşayış evinin ümumilikdə torpaq sahəsi 1131 kv.m. kimi göstərilmişdir. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ondan miras qalmış əmlaka dair arvadı İddiaçı adına vərəsəlik işi açılmışdır. Hazırda həmin torpaq sahəsi **********57-10301 reyestr nömrəli çıxarış əsasında X8, X2 və X5 adına qeydə alınmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 3. Torpaq münasibətləri
1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.
2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. ............ Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. ............ Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin adına çıxarış qeydi aparılan zaman iddiaçının mərhum ərinə məxsus olan 1131 kv.m. torpaq sahəsi də həmin çıxarışda göstərilmişdir. Belə ki, X6 adına işlənmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 7 ünvanda yerləşən sənəd üzrə 1131 kv.m. olan torpaq sahəsi adıçəkilən şəxsə məxsusdur. Hansı ki, həmin əmlak ona xx.xx.2005-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə əsasında anası X9 miras əmlak kimi qalmışdır. Hazırda da həmin əmlak X6 arvadı, yəni İddiaçı faktik sahibliyindədir. İş üzrə bu halın dəqiq müəyyənləşdirilməsi üçün müətəxssis rəyi alınmışdır. Mütəxəsis rəyində göstərilmişdir: İddiaçı faktik istifadəsində olan torpaq sahəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən verilən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışa əsasən X8 və digər vətəndaşların xüsusi mülkiyyəti kimi qeyd olunmuş torpaq sahəsinin 1236 kv.m. hissəsinin koordinatları üst-üstə düşür. İddiaçı istifadəsində olan torpaq sahəsinin üzərində bir ədəd fərdi yaşayış evi, bir ədəd günlük (naves), bir ədəd köhnə tikili və hamam tikilisi mövcuddur. Göründüyü kimi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən verilən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** nömrəli çıxarışa işlənmişdir. Halbuki, iddiaçıya həmin əmlak yuxarıda qeyd olunduğu kimi vərəsəlik qaydasında keçmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ……… Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. ……… Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, üçüncü şəxsin adına aparılmış qeydiyyat düzgün olmamışdır. Çünki, iddiaçının qanuni istifadəsində olan 1131 kv.m. torpaq sahəsi də həmin çıxarışla üçüncü şəxsin və digər vətəndaşların mülkiyyətinə verilmişdir. Mütəxəssis rəyi ilə də üst-üstə düşmə halı təsdiqin tapır. Odur ki, üst-üstə düşən hissədə aparılan qeydin ləğv edilməsi qanuni və əsaslı olar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən **********57-10301 reyestr nömrəli qeyd ünvan 4 ünvanına aid olan 1131 kv.m. hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əliyev