Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-364/2020 13.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X11 (üçüncü şəxslər X8 və X4) qarşı qərarın qismən etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmə hazırlıq iclasında baxaraq, M üə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X11 (üçüncü şəxslər X8 və X4) qarşı Şəmkir rayonu, N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarının X7 torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon ərazisində ona şəxsi yaşayış evinin tikintisi üçün Kraz yolu adlanan ərazisinin yaşayış hissəsindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi istifadəsində olmuş 2008-ci il tarixdə ərazini hasara aldırmış, həmçinin həmin tarixdən tikinti işləri aparan zaman su xətti çəkdirmişdir. Qeyd edilən torpaq sahəsinə dair olan hüquqları Şəmkir rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli, k-1-418 saylı arxiv arayışı ilə müəyyən edilir. Həmin arxiv arayışında qeyd olunur ki, “N.Nərimanov ” adına sovxozun qaytanlanmış torpaq kitabında X2 adına 0,06 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin son vaxtlarda xəbər tutmuşdur ki, onun torpaq sahəsinə dair X8 tərəfindən əsli olmayan və yazıları oxunmayan arxiv sənədləri əsasında mübahisəli torpaq sahəsi sənədləşdirilmiş, DƏDRX-nin xx xxxxxx 2017-ci il tarixli, seriya RX N1114009 nömrəli çıxarışını əldə etmiş, daha sonra isə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın alğı-satqısı yolu ilə X1, sonuncu da DƏDRX-nin xx.xx.2017-ci il tarixli, seriya RX ******* nömrəli çıxarış alaraq onun torpaq sahəsini öz mülkiyyətinə keçirmişdir. Halbuki, qeyd edilən torpaq sahəsi 1989-cu ildən sahibliyində olmuş və hazırkı vaxta kimi fasiləsiz istifadə etmişdir. Üçüncü şəxs X5 adına verilmiş Şəmkir rayonu, N.Nərimanov adına olan üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarı mövcud olmamışdır. X12 heç vaxt həmin sovxoz ərazisində işləməmiş və sovxozun üzvü olmamışdır. Belə vəziyyətdə həmin qərarın mövcud olub-olmaması, habelə olmuşdursa həmin qərar əsasında olan torpaq sahəsinin harda yerləşməsi müəyyən edilmədən onun qanuni əsaslarla istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınması tam qanunsuzdur. Belə ki, hazırda Heydərov Fəzail eyni əsaslarla qanunsuz sənədlər təqdim etməklə bir neçə saxta çıxarış əldə etməklə torpaq sahəsi satmışdır və hazırda həmin işlərdə məhkəmə mübahisəsi gedir. Çox təəssüf ki, müvafiq daşınmaz əmlakın qeydini aparan cavabdeh inzibati orqanın əməkdaşları da həqiqətən X5 Şəmkir rayonu, N.Nərimanov adına olan üzümçülük sovxozunun üzvü olub-olmamasını, ona belə bir qərarla torpaq sahəsinin ayrılıb-ayrılmamasını, həmin torpaq sahəsinin kimin sahibliyində olmasını müəyyən etmədən əsassız olaraq F.Heydərovun adına qeyd aparmışdır. Halbuki, eyni sənəd əsasında daşınmaz əmlak tərəfindən F.Heydərovun adına əsassız olaraq bir neçə çıxarış verilmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestri əsassız qeydiyyat aparmışdır və ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, Dövlət Arxivinin Şəmkir filialında mühafizə olunan «N.Nərimanov» adına savxozun qaytanlanmış torpaq kitabında onun adına 0,06 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Lakin həmin torpaq sahəsinin yerləşməsi və hansı hissədə olması barədə məlumat yoxdur. Hazırda mübahisələndirdiyi ərazi üzrə F.Heydərovun adına çıxarış verilmiş və çıxarışın verilməsinə ilkin sənəd Şəmkir rayonu, N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarı olmuşdur. Hesab edir ki, həmin torpaq sahəsi ona verilən və faktiki istifadə etdiyi sahə ilə üst-üstə düşür və savxozun həmin qərarı qismən etibarsız hesab edilməlidir. İş üzrə üçüncü şəxslərə və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cacabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəfin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İş materiallarında olan; - xx.xx.2017-ci il tarixli, A 182187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəmkir rayonu, N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarı əsasında X7 Şəmkir şəhərində 0,08 ha torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx xxxxx 2018-ci il tarixli, K-1-418 nömrəli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan “N.Nərimanov” adına sovxozun qaytanlanmış torpaq kitabında İddiaçı adına 0,06 ha torpaq sahəsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu, N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarı əsasında X7 Şəmkir şəhərində 0,08 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialında mühafizə olunan “N.Nərimanov” adına sovxozun qaytanlanmış torpaq kitabında isə İddiaçı adına 0,06 ha torpaq sahəsi qeyd edilmişdir. Bu əsasla da iddiaçı, Şəmkir rayonu, N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarı ilə X7 ayrılmış torpaq sahəsinin ona məxsus olmasını iddia edərək, üçüncü şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı sovxozun müvafiq qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə də müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçı tərəfindən torpaq sahəsinin torpaqayırma sənədləri (yer quruluşu planından çıxarış, torpağın koordinantlarına dair və.s digər sənədlər) məhkəməyə təqdim edilməmiş, qeyd olunan sənədlərin mövcud olmaması faktı iddiaçı tərəfindən məhkəmə iclasında verilmiş izahatla da təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı Şəmkir rayonu, N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarı ilə X7 ayrılmış torpaq sahəsinin əslində ona məxsus olmasını iddia etsə də, bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, qeyd edilən sənədlər təqdim edilmədiyindən iddiaçının torpaq sahəsinin yerləşmə yeri və ya üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi də mümkün deyildir. Bundan başqa “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünüİPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda üçüncü şəxsə verilmiş sahənin ona məxsus olmasını iddia etməklə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Şəmkir rayonu, N.Nərimanov adına üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarının qismən etibarsız hesab edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Son olaraq məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində cavabdeh düzgün qeyd edilməmişdir. Belə ki, Şəmkir rayonu N.Nərimanov adına olan üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 89 nömrəli qərarının qismən etibarsız hesab edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X10 səlahiyyətinə aid deyildir. Ona görə də, həmin inzibati orqan hazırki iş üzrə cavabdeh tərəf olaraq iştirak edə bilməz. Beləliklə, hazırki halda qeyd olunan iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X11 (üçüncü şəxslər X8 və X4) qarşı qərarın qismən etibarsız hesab edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-364/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-364/2020
13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver