Məhkəmə qərarları › İş №2-1(114)-364/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-364/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-364/2021 17.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı (üçüncü şəxslər X2, Kazımova Şövkət Musa qızı, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 26 saylı qərarının ləğv olunması və həmin qərara əsasən Kazımova Şövkət Musa qızı, X1 verilmiş JN-1702A olan KOD ******* saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız sayılması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra mətndə iddiaçılar) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxslər X2, Kazımova Şövkət Musa qızı, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 26 saylı qərarının ləğv olunması və həmin qərara əsasən Kazımova Şövkət Musa qızı, X1 verilmiş JN-1702A olan KOD ******* saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız sayılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə hazırlıq icraatı iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə xx.xx.2021-ci il tarixli teleqram ünvanlayaraq işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı (üçüncü şəxslər X2, Kazımova Şövkət Musa qızı, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi) Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 26 saylı qərarının ləğv olunması və həmin qərara əsasən Kazımova Şövkət Musa qızı, X1 verilmiş JN-1702A olan KOD ******* saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız sayılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar