Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3646/2025 14.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X25, X26 və X10 Tovuz şəhəri, X38 küçəsi, ev 15, mənzil 3 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:
1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 37/2-3428/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Tovuz rayon notariat kontorunun xüsusi notariusu tərəfindən 2V-372 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.1998-ci il tarixdə ölmüş X6 vərəsələri - oğulları X15, X16, X19 və qızı İddiaçıdır və onlar miras əmlakdan bərabər hissədə pay almalıdırlar. - Tovuz rayon notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-52 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli müqaviləyə (miras paydan bağışlanılmaya dair) əsasən, X15, X16 və X2 rayonu notariat kontoru tərəfindən verilmiş 2V-372 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum xx.xx.1998-ci il tarixdə vəfat etmiş X5 miras qalmış payı, yəni miras əmlakın onlara bölünmüş hissəsinin bacıları İddiaçı bağışlamışlar. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Tovuz şəhəri, X38 küçəsi, ev 15, mənzil 3 ünvanında yerləşən **********03-05101-093005 reyestr nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 506 nömrəli arayışa əsasən, ünvan 3 ünvanında mülkiyyətində olan ümumi sahəsi 43,1 kv.m-dən ibarət fərdi yaşayış evində X16, X19, X25, X26, X20, X13, X21 və X27 daimi qeydiyyatdadırlar.
3. Cavabdehin iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə xx.xx.2025-ci il tarixli, 3- 13-114/2-Ə-5697/11/25 nömrəli imtina məktubuna əsasən, Tovuz rayon PŞ-nə təqdim edilən ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda adları qeyd olunan vətəndaşlar Tovuz şəhəri, X38 küçəsi, ev 15, mənzil 3 ünvanında qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarıla bilər: 1) Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; 2) Başqa ölkədə yaşayış yeri seçdikdə; 3) Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Odur ki, Tovuz rayon PŞ-nə təqdim edilən ******* nömrəli yaşayış yerı üzrə qeydiyyat haqqında arayışda adları qeyd olunan vətəndaşlar Tovuz şəhəri, X38 küçəsi, ev 15, mənzil 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları tərəflərindən mümkün deyildir.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbini dəqiqləşdirərək, cavabdehin üzərinə üçüncü şəxslər X25, X26 və X10 mülkiyyətində olan Tovuz şəhəri, X38 küçəsi, ev 15, mənzil 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 43.1 kv.m olan 3 saylı mənzil iddiaçının mülkiyyətindədir və ********** nömrəli çıxarış əsasında qeydə alınmışdır. Üçüncü şəxs X25 onun qardaşı X1 arvadı olmuşdur. Onlar qısa müddət iddiaçının evində müvəqqəti yaşamış və 2022-ci ildən evdən çıxaraq Tovuz şəhəri, H.Əliyev prospekti, 17 ünvanında yaşayırlar. İddiaçı bildirir ki, Cavabdeh onun məlumatı və icazəsi olmadan üçüncü şəxslər X25 və onun azyaşlı uşaqları X26 və X14 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilə daimi qeydiyata almışdır. İddiaçının dəfələrlə tələb etməyinə baxmayaraq, üçüncü şəxslər onun evindən qeydiyyatdan çıxmırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O hesab edir ki, üçüncü şəxslərin onun mənzilində qeydiyyatda qalmaları əsassızdır və qeydiyyatdan çıxarılmalıdır.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X25, X26 və X20 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhdud fəaliyyət qabiliyyətli X26 və X20 valideynləri - anası X25 və atası X19 ilə təmsil olunmaları qərara alınmışdır.
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-114/2- 8437/2025 nömrəli məktuba əsasən, X25, X26 və X20 yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi ilə təmin olunmuçlar. Yeni nəsil biometrik şəxsiyyət vəsiqəsində fərdi uçot kartoçkası və ərizə anket tərtib olunmur.
8. Tovuz Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1-78/2025 nömrəli məktuba əsasən, Tovuz Rayon Məhkəməsinin icraatında xx.xx.1987-ci il təvəllüdlü X17 istifadə hüququnun tanınması, evə köçürmə və ya istifadə hüququna xitam verilməsiə dair mübahisə üzrə iddia olmamış, həmin mübahisələr üzrə işə baxılmamışdır. Məktuba qoşma şəklində əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-207/2023 nömrəli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X28 ilə cavabdeh X19 arasında xx.xx.2008-ci il tarixdə Tovuz rayon Qeydiyyat Şöbəsində 326 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Cəsur və xx.xx.2010-cu il təvəllüdlü İsrayıl adlı uşaqlar nikah pozulduqdan sonra anası X18 yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Cəsur və xx.xx.2010-cu il təvəllüdlü İsrayıl adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X9 hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X22 verilməsi, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməsi və ödənilmiş dövlət rüsumu iddiaçı X22 aid edilməsi barədə qət edilmişdir.
9. Cavadbeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-114/2- 13174/2025 nömrəli məktuba əsasən, X26 və X20 yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi və 16 yaşadək olan şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşlar. Yeni nəsil biometrik şəxsiyyət vəsiqəsinə və 16 yaşınadək olan şəxsiyyət vəsiqəsinə fərdi uçot kartoçkası tərtib olunmur. Şəxsiyyət vəsiqələrinin verilməsi üçün əsas olmuş ərizə anketlərin saxlama müddəti bitdiyi üçün qanunvericiliyə uyğun olaraq məhv edilmişdir.
10. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, X7 şəhəri, X33 küçəsi, ev 15 ünvanında, X26 və X3 şəhəri, X33 küçəsi, ev 15, mənzil 3 ünvanında qeydiyyatdadırlar.
11. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, üçüncü şəxslər onun qardaşının keçmiş arvadı və onun uşaqları olduğunu bildirmiş, üçüncü şəxs Günay Yusifovanın ailə qurduqdan sonra mübahisə predmeti olan evə köçdüyünü bildirmiş və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edilmişdir.
13. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
14. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.
15. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi:
16. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
17. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
18. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir.
19. İşin faktiki hallarından aydın olur ki, 867 reyestr, 1938 inventar nömrəli Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinə əsasən, Tovuz rayonu, Tovuz şəhəri, M.Ə.Rəzulzadə küçəsi, 15 nömrəli yaşayış sahəsinin 3 nömrəli mənzili şəxsi mülkiyyət hüququ əsasında X6 adına verilmiş, sonuncu isə xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. X8 Rafiq İsrayıl oğlu xx.xx.2008-ci il tarixdə üçüncü şəxs X28 ilə olan ailə münasibətlərini rəsmiləşdirmiş və hazırda qeydiyyatdan çıxarılması tələb edilən evə köçmüşdür. Onların birgə nikah münasibətlərindən xx.xx.2008-ci il tarixdə Cəsur, xx.xx.2010-cu il tarixdə İsrayıl adlı övladları anadan olmuşdur. Qeyd olunan əmlak Tovuz rayon notariat kontorunun xüsusi notariusu tərəfindən 2V-372 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə xx.xx.1998-ci il tarixdə ölmüş X6 vərəsələri - oğulları X15, X16, X19 və qızı İddiaçı aralarında bərabər hissədə bölünmüş, Tovuz rayon notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-52 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli müqavilə (miras paydan bağışlanılmaya dair) ilə X15, X16 və X2 rayonu notariat kontoru tərəfindən verilmiş 2V-372 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum xx.xx.1998-ci il tarixdə vəfat etmiş X5 miras qalmış payı, yəni miras əmlakın onlara bölünmüş hissəsinin bacıları İddiaçı bağışlamışlar və sonuncunun adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********03-05101-093005 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Nağıyeva (Yusifova) Günay Arzu qızı ilə X11 nikahları xx.xx.2008-ci il tarixdə 326 nömrə ilə Tovuz rayon Qeydiyyat şöbəsinə qeydə alınmış, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X29 və xx.xx.2010-cu il təvəllüdlü X20 anadan olmuş, tərəflər arasında olan nikah Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-207/2023 nömrəli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü Cəsur, xx.xx.2010-cu il təvəllüdlü İsrayıl (hər ikisi hazırki iş üzrə üçüncü şəxsdir) anaları hazırki iş üzrə üçüncü şəxs X18 himayəsində saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktuba əsasən, Nağıyeva (Yusifova) Günay Arzu qızının istifadə hüququnun tanınması, evə köçürmə və ya istifadə hüququna xitam verilməsinə dair mübahisə üzrə iddia olmamış, həmin mübahisələr üzrə işə baxılmamışdır.
20. Göründüyü kimi üçüncü şəxs X4 Rafiq İsrayıl oğlu ilə xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmiləşdirərkən Rafiq Yusifovun hazırkı mübahisə predmeti olan fərdi yaşayış evinə vərəsəlik qaydasında gözlənilən mülkiyyət hüququ olmuşdur. Rafiq Yusifov xx.xx.2017-ci il tarixli müqavilə (miras paydan bağışlanılmaya dair) əsasında qeyd edilən hüquqdan iddiaçının xeyrinə imtina etmişdir.
21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə görə, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Plenum Qərarına əsasən, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.
26. Göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulmuşdur.
27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
28. Hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxslərin əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxslərin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. Belə yoxlama və qiymətləndirmə isə mülki hüquqa aid olan məsələnin həlli olmaqla, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
29. Məhkəmə qeyd edir ki, iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun qardaşının keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadıqlarını, həmin yaşayış sahəsinə heç bir hüquqlarının mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olubolmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub-olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz.
30. Həmin halların araşdırılması, eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər.
31. Bu cür hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1934/2023 saylı qərarı).
32. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X26 xx.xx.2008-ci il təvəllüdlü, X20 xx.xx.2010-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadıqlarından, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsələr belə, onların müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin mənzildə qeydiyyatda qalmağa hüquqları mövcud deyildir.
33. Məhkəmə qeyd edir ki, X26 və X12 yaşayış yerləri valideynlərinin yaşayış yerləri sayılır.
34. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
35. X26 və X12 ataları X19 üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələb edilən evdə qeydiyyatdadır. Azyaşlıların Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-207/2023 nömrəli qətnaməsi ilə himayəsində saxlanılmış digər valideyni - anaları X28 mübahisə predmeti olan pasport qeydiyyatındadır və onun qeydiyyatdan çıxarılması tələbi məhkəmə tərəfindən əsaslı sayılmamışdır.
36. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia əsaslı deyildir.
37. Odur ki, məhkəmə bildirir ki, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməklə, üçüncü şəxslərin sözügedən əmlaka dair hüquqlarını mübahisələndirməli, daha sonra inzibati orqana, zərurət olarsa isə inzibati məhkəməyə müraciət etməlidir.
38. Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur.
39. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “X25, X26 və X10 Tovuz şəhəri, X38 küçəsi, ev 15, mənzil 3 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov