Məhkəmə qərarları › İş №2-1(114)-3649/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3649/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3649/2024 16.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı atalığın müəyyən edilməsi və doğum haqqında akt qeydlərinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladı - xx.xx.2010-cu il təvəllüdlü X11 barəsində tərtib edilmiş xx.xx.2013-cü il tarixli 251 nömrəli atalığın müəyyən edilməsi və uşağın doğumu haqqında akt qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun X5 ilə birgə yaşadığı müddətdə 26 aprel 2010-cu il tarixdə Rusiya Federasiyasının Samara vilayəti, Samara şəhərində Nuray adlı bir uşağı doğulmuş, Rusiya Federasiyasının Samara vilayəti Kuybışev rayon qeydiyyat şöbəsində həmin uşağa doğum şəhadətnaməsi almış, həmin doğum şəhadətnaməsində o, tək ana kimi qeyd edilmişdir. O, Azərbaycan Respublikasına qayıtdıqdan sonra uşağın Rusiya Federasiyasındakı doğum şəhadətnaməsini itirdiyindən uşağa doğum şəhadətnaməsi almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, övladına xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Qeydiyyat şpbəsində 1380 saylı doğum haqqında akt qeydi tətib olunmuş, həmçinin nikahı olmadığından həmin tarixdə həmin uşağa atası X3 və onun razılığı əsasında atalıq müəyyən olunmuş və “İsgəndərova” soyadında doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr verilmişdir. Elə həmin tarixdə də X5 ilə onun nikahı qeydə alınmışdır. O, hazırda həmin uşağa Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almaq istəyir. Bunun üçün müraciət etdikdə, Rusiya Federasiyasına sorğu edilmiş, uşağın itirilmiş doğum şəhadətnaməsi aşkar edilmişdir. O, hazırda övladının iki doğum şəhadətnaməsi olması səbəbindən uşağına şəxsiyyət vəsiqəsi ala bilmir. Şəxsiyyət vəsiqəsinin alınması üçün Gəncə şəhəri Qeydiyyat Şöbəsi tərəfindən doğum akt qeydinin ləğv edilməsi zəruridir. Buna görə də, Gəncə şəhərli Qeydiyyat Şöbəsinə müraciət etdikdə ona bildirmişlər ki, eyni uşaq barəsində Rusiya Federasiyasının Samara vilayəti Kuybışev rayon qeydiyyat şöbəsində atalıq müəyyən edilmədiyindən, atalıq Cavabdehndə tərtib olunmuş doğum haqqında akt qeydinə əsasən müəyyən edilməsi səbəbindən hazırda doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğvi mümkün olmamışdır. Övladı xx.xx.2010-cu il təvəllüdlü X11 barəsində tərtib edilmiş xx.xx.2013-cü il tarixli 251 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi yalnız məhkəmə qaydasında ləğv olunduqdan sonra doğum haqqında akt qeydinə müvafiq dəyişikliklər edilə bilər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3649/2024 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmiş, lakin iddiaçı gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsi). İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-1437 nömrəli imtina məktubu, X13 barəsində Rusiya Feserasiyasında tərtib edilmiş 11 iyul 2024-cü il tarixli 675035 nömrəli doğum haqqında akt qeydinin surəti, X11 barəsində Azərbaycan Respublikasında tərtib edilmiş AZ - İİİ 131492 nömrəli Doğum haqqında şəhadətnamənin surəti, xx.xx.2013-cü il tarixli 1380 nömrəli Doğum haqqında akt qeydinin surəti, xx.xx.2013-cü il tarixli 251 nömrəli Atalığı müəyyən etmək haqqında aktın qeydi təşkil edir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X5 ilə birgə yaşadığı müddətdə xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyasının Samara Vilayətinin Samara şəhərində Nuray adlı bir uşaqları doğulmuş, həmin uşaq barəsində Rusiya Federasiyasında doğum haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı Azərbaycan Respublikasına gəldikdən sonra həmin doğum akt qeydini itirdiyinə görə, yeni doğum haqqında akt qeydinin tərtib edilməsi məqsədilə Cavabdehnə müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2013-cü il tarixli ********* saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin vaxtda həmçinin iddiaçının nikahı olmadığından uşağa atası X4 və iddiaçının razılığı əsasında atalıq müəyyən olunmuş, həmçinin "İsgəndərova" soyadında doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr verilmişdir. Hazırda iddiaçı uşağa şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikdə uşaq barəsində Rusiya Federasiyasında tərtib edilmiş doğum haqqında akt qeydi aşkar edilmişdir. Beləliklə, hazırda uşaq barəsində iki doğum haqqında akt qeydi mövcud olduğundan uşağa şəxsiyyət vəsiqəsinin alınması mümkün deyildir və X11 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2013-cü il tarixli 1380 saylı doğum haqqında və xx.xx.2013-cü il tarixli 251 saylı akt qeydlərinin ləğv edilməsi zərurəti yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 675035 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X13 xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyasının Samara Vilayətinin Samara şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 1380 nömrəli Doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X1 əvvəl "Kərimova" olmuş, sonradan "İsgəndərova"ya dəyişdirilmişdir. Həmin doğum haqqında akt qeydində ata haqqında məlumatlar ananın deməsinə görə əlyazma ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 251 nömrəli Atalığı müəyyən etmək haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, həmin akt qeydinin verilıməsinə əsas valideynlərin birgə ərizəsi olmuş, uşağın soyadı əvvəl "Kərimova", atalıq müəyyən edildikdən sonra isə "İsgəndərova" olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -46.1-ci maddəsinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. -46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. -47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. -161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. -161.3-cü maddəsinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının: -1.4-cü maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci maddəsinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. -9.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya VVADQ orqanının və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci maddəsinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu VVADQ orqanına, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. -9.7-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Göründüyü kimi, iddiaçının öz qızı X11 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2013-cü il tarixli 1380 saylı doğum haqqında və xx.xx.2013-cü il tarixli 251 saylı akt qeydlərinin ləğv edilməsini arzulamaqda məqsədi sonuncuya şəxsiyyət vəsiqəsinin alınmasına nail olmaqdır. Əks təqdirdə, X11 barəsində iki doğum haqqında akt qeydi mövcud olduğundan ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkünsüz olur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud iki doğum akt qeydlərindən ikinci tərtib olunan - Cavabdehndə tərtib edilmiş xx.xx.2013-cü il tarixli 1380 saylı doğum haqqında akt qeydi ləğv edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə uşaq barəsində atalıq Rusiya Federasiyasının Samara vilayətinin Kuybışev rayon Qeydiyyat şöbəsində müəyyən edilməli idi. Lakin, xx.xx.2013-cü il tarixli 251 saylı atalığı müəyyən etmək haqqında akt qeydi xx.xx.2013-cü il tarixli 1380 saylı doğum haqqında akt qeydinin əsasında tətib edildiyindən həmin akt qeydi də ləğv edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X11 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2013-cü il tarixli 1380 saylı doğum haqqında və xx.xx.2013-cü il tarixli 251 saylı akt qeydlərinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X11 barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2013-cü il tarixli 1380 saylı doğum haqqında və xx.xx.2013-cü il tarixli 251 saylı akt qeydlərinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar