Məhkəmə qərarları › İş №2-1(114)-3655/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3655/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3655/2024 23.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy rayonu Novaivanovka bələdiyyəsinə qarşı “torpağın satılması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi 2/4 hissədə İddiaçı, ¼ hissədə X1, ¼ X5 mənsubdur. İddiaçının Gədəbəy rayonu, Novaivanovka kəndində yerləşən istifadəsində olan 0,0488 ha torpaq sahəsinin başqa şəxsin adına rəsmiləşdirilməsi və buna dair sənədləşmənin dayandırılması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciətinə sonuncu tərəfindən 23 noyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, onun Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən fərdi yaşayış evinə dair verilmiş **********36-10301 reyestr nömrəli "Texniki pasport"da göstərilən torpaq sahəsinin 0.25 ha-sı sənəd üzrə və 0.0488 ha-sı isə zəbt torpaq sahəsi kimi qeyd edilmişdir. Qeyd edilən 0.0488 ha zəbt torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğu üçün, həmin torpaq sahəsinə dair, o cümlədən hər hansı digər mülkiyyətciyə aid torpaq sahəsinin özgəninkiləşdirilməsi və yaxud icraatına məhdudiyyətin tətbiq edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricində olması bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Gədəbəy rayonu Novoivanovka bələdiyyəsinin xx.xx.2023-cü il tarixli bildiriş ilə onun **********36-10301 nömrəli çıxarışa əsasən mülkiyyətlərində olan Novoivanovka kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində aid olan 0,0488 ha torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinin tələblərini pozaraq zəbt edilmişdir, zəbt edilmiş torpaq sahəsini 10 gün müddətində bələdiyyəyə qaytarılmasını təmin edilməsi bildirilmişdir . İddiaçı cavabdeh Gədəbəy rayonu Novaivanovka bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayonu Novaivanovka kəndində yerləşən və onun uzunmüddətli istifadəsində olan 0,488 ha bələdiyyə torpağının ona satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1983-cü ildən X6 kəndində ona məxsus fərdi yaşayış evində yaşayır. Novoivanovka kəndində ona məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi 0.2988 ha olaraq 1983-cü il tarixindən hal-hazıradək onun istifadəsindədir. Fərdi yaşayış evinin **********36-10301 reyestr nömrəli Texniki Pasportundan görünür ki, 1987-ci ildə tikilmiş fərdi yaşayış evidir. Onun həyətyanı torpaq sahəsi faktiki olaraq 0.2988 ha təşkil etməklə onun istifadəsində göstərilib. X2 görünür ki, uzun illər istifadəsində olan 0.488 ha torpaq sahəsi hər tərəfi qonşularla əhatə olunmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir, qapalı olan həmin torpaq sahəsinin avtomobil yoluna da çıxışı yoxdur.Həmin 0.488 ha torpaq sahəsinə aid Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsinin sədri X4 adma 3 (üç) dəfə rəsmi qaydada (poçtla) müraciət edərək həmin torpaq sahəsinin onun uzun illər istifadəsində olduğunu əsas gətirərək ona satılmasını xahiş etmişdir. Lakin həmin müraciətlərdən xx.xx.2023- il tarixində N° 5-44/2- 36/2023 yalnız birinə qurama cavab verərək bildirdi ki, Novoivanovka bələdiyyəsi sizin xx.xx.2023-cü ıl tarixli ərizənizə cavab olaraq bildirir ki,həmin sözügedən sahəyə mütəxəssisə müraciət etmişdir həmin yerin bələdiyyə mülkiyyətinə məxsus olduğunu araşdırdıqdan sonra biləcəksiniz. Digər iki rəsmi müraciətinə də bələdiyyə sədri X7 cavab verməmişdir. Həmçinin üçüncü müraciətinə də X7 cavab verməmişdir Belə ki, onun istifadəsində olan satın almaq ücün müraciət etdıyi 0.488 ha torpaq sahəsi ilə bağlı Gədəbəy Rayonu Novoivanovka Bələdiyyəsi onun barəsində cinayət işi başladacağı bildirilmişdir. Belə ki, məktubda qeyd edilmişdir ki, o **********36-10301 nömrəli çıxarışa əsasən mülkiyyətində olan Novoivanovka kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətinə aid olan 0.488 ha torpaq sahəsini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" AR Qanununun 16-cı maddəsinin tələblərini pozaraq zəbt etmisiniz.Zəbt etdiyiniz torpaq sahəsini 10 idin müdiiətinə bələdiyyəyə qaytarılmasını təmin edin.Əks halda barənizdə AR-sı Cinayət Məcəlləsinin 188-ci naddəsinin tələblərinə uyğun olaraq tədbir görüləcəkdir. İddiaçı və onun nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gədəbəy rayonu Novaivanovka kəndində yerləşən və uzunmüddətli onun istifadəsində olan 0,0488 ha torpaq sahəsinin ona satılması barədə Gədəbəy rayonu Novaivanovka bələdiyyəsi tərəfindən torpağın satılması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, qeyd olunan torpaq sahəsini digər kənd sakini olan şəhid ailəsi üzvü olan şəxsdə istədiyindən, və həmin şəhid ailəsi ilə iddiaçı arasında torpaq sahəsi ilə bağlı mübahisə olduğundan torpaq sahəsinin hansı şəxsə satılması barədə qərar qəbul edilə bilməmişdir. Torpaq sahəsi ilə bağlı ölçmə işlərinin aparılması üçün getilsə də, iddiaçı tərəfindən maneə yaradılmışdır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 32.2-1 –ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna əsasən: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.8. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti hesabına həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə əsasən:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər.

14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Belə ki, yuxarıda qeyd edilmiş normalar əsasındada müəyyən edilir ki, cavabdeh orqan tərəfindən kifayət qədər araşdırılma aparılmamışdır. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh orqan tərəfindən inzibati icraat aparılmamış, İnzibati İcraat Haqqında Qanunun 2.0.6, 21.1, 21.2, 24.1,24.2 və 32.2-1-ci maddələrinin tələbi pozulmuş, inzibati mübahisə üzrə inzibati akt qəbul edilməmiş, Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının tələbi üzrə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun”nun 6.1, 6.2, 6.7 və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 5-ci maddəsinə əsasən inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. Gədəbəy rayonu Novaivanovka kəndində yerləşən 0,0488 ha torpaq sahəsinin İddiaçı satılması barədə Gədəbəy rayonu Novaivanovka bələdiyyəsi tərəfindən zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdeh Gədəbəy rayonu Novaivanovka bələdiyyəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar