Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-366/2022 18.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı, X2 və X4 iştirakı ilə, İddiaçılar İddiaçı və qeyrilərinin Cavabdehnə qarşı (üçüncü şəxslər X20, X5, X9, X13, X21 və X19) pasport qeydiyyatından çıxarılma tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçılar İddiaçı, X10, X14 və X22 Cavabdehnə qarşı iddia ərizəsi ilə 06.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X15, X1, X3, X6, X16 və X11 ünvan 1 ünvanda yerləşən evdən pasport qeydiyyatından çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılara məxsusdur. Qeyd olunan evdə üçüncü şəxslər qeydiyyatdadır, lakin onların özlərinə məxsus evləri var və orada yaşayırlar, iddiaçılara məxsus evdə isə formal qeydiyyatdadırlar. Bu səbəbdən də iddiaçılar vərəsəliklə bağlı sənədləşmələr apara bilmirlər. İddiaçılar həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsələr də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Sulduz Rəsulova arvadıdır, Buludxan və Orxan Rəsulov isə övladlarıdır, üçüncü şəxslərdən Nəcibə Rəsulova qardaşının arvadı, Valeh, Şəlalə və Ədalət qardaşının övladları, Tunar və Zəhra isə qardaşının nəvələridir, onların heç biri onlara məxsus evdə yaşamırlar, özlərinə məxsus evdə yaşayırlar. İddiaçı X10 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Züleyxa Rəsulova anasıdır, 2001-ci ildə vəfat etmişdir. Digər iddiaçılar da iddianı müdafiə etdilər. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ********** nömrəli 14.10.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X8 adına qeydiyyata alınmışdır. İş materiallarına surəti əlavə edilmiş AZ 058500 nömrəli 06.03.2001-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 31.01.2001-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 18.10.2021-ci il tarixli qərardan görünür ki, X7 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi verilməsinə dair notariat işi üzrə miras şəriki İddiaçı tələbi ilə əlaqədar notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi sözügedən fərdi yaşayış evi X12 məxsusdur, sonuncu isə 31.01.2001-ci il tarixdə vəfat etmiş və miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi verilməsinə dair notariat işi üzrə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə həmin mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üzrə iddiaçıların subyektiv hüququ yoxdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçıların subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçılar İddiaçı və qeyrilərinin Cavabdehnə pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-366/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-366/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver