Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-367/2020 24.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinin ləğv edilməsitələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1955-ci ildə Tərtər rayonunda anadan olmuş, atası X1, anası X3r. Valideynləri ona xx xxxx 1965-ci ildə Tərtər rayon VVAQ şöbəsindən AZ ******* saylı doğum haqqında şəhadətnamə almışlar. İddiaçı həqiqətən də xx xxxx 1955-ci ildə Mirbəşir (Tərtər) rayonunda anadan olmuşdur. Orta məktəb illərində ona məxsus doğum haqqında şəhadətnamə itmişdir. Bundan sonra valdeyinləri ona yenidən Bərdə rayon VVAQ şöbəsindən xx xxxx 1977-ci ildə V-JQ seryalı 293797 nömrəli yeni doğum şəhadətnaməsi almışlar. Lakin həmin doğum şəhadətnaməsində onun doğum tarixi səhvən xx xxxxxxx 1959-cu il göstərilmişdir. Həmin vaxtdan uzun illər keçdikdən sonra iddiaçı Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş V- JQ seryalı 2S3797 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə həmin şöbəyə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı doğum akt qeydinin ləğv edilməsibarədə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ikinci dəfə şəhadətnamə valideynləri tərəfindən alınmış, onun bundan xəbər olmamışdır. O, hərbi xidmətə gedəndə müəyyən edilmişdir ki, 1955-ci il təvəllüdlü sənədlə hərbi xidmətdən yayınmış hesab olunur, ona görə də 1959-cu il təvəllüdlü yazdırmaqla ona yeni şəhadətnamə almışlar, əslində isə o, 1955-ci ildə doğulmuşdur. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdeh xx.xx.2019-cu il tarixli, 684-05/11 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı doğum akt qeydinin ləğv edilməsinin şöbənin imkan xaricində olması bildirilmişdir. -İddiaçı məxsus xx.xx.1965-ci il tarixli AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun doğum tarixi xx.xx.1955-ci il qeyd olunmuşdur. -İddiaçı məxsus xx.xx.1977-ci il tarixli V-ЖГ 293797 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun doğum tarixi xx.xx.1959-cu il qeyd olunmuşdur. -İddiaçı məxsus xx.xx.1978-ci il tarixli HЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, onun doğum tarixi xx.xx.1959-cu il qeyd olunmuşdur. -Tərtər rayon Qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.1965-ci il tarixli 133 nömrəli doğum bərpa haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. -Cavabdehndə tərtib edilmiş xx.xx.1977-ci il tarixli 30 nömrəli doğum haqqında bərpa akt qeydinin surətindən görünür ki, İddiaçı doğum tarixi xx.xx.1959-cu il qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Qeyd olunan faktı Tərtər rayon Qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.1965-ci il tarixli 133 nömrəli doğum bərpa haqqında akt qeydi də təsdiq edir. Sonradan iddiaçıya yeni doğum haqqında şəhadətnamə verilərkən onun doğum tarixinə dair ilkin qeydlər müvafiq doğum akt qeydində və doğum haqqında şəhadətnamədə təhrif edilmişdir. Hazırda iddiaçının doğumuna dair 2 doğum akt qeydi mövcuddur. Bu hal isə iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Bu səbəbdən iddiaçı xx.xx.1977-ci il tarixdə Cavabdehndə tərtib edilmiş 30 nömrəli doğum haqqında bərpa akt qeydini mübahisələndirmişdir. Məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydində yaranmış ziddiyətin aradan qaldırıması səbəbilə iddiaçının doğumuna dair sonradanCavabdehndə tərtib edilmiş xx.xx.1977-ci il tarixli 30 nömrəli doğum haqqında bərpa akt qeydinin ləğv edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -23-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -26-cı bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. -28-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdehndə tərtib edilmiş xx.xx.1977-ci il tarixli 30 nömrəli doğum haqqında bərpa akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehndə tərtib edilmiş xx.xx.1977-ci il tarixli 30 nömrəli doğum haqqında bərpa akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-367/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-367/2020
24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver