Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3676/2024 22.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı “icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2018ci il tarixli, 2(021)-2256/2018 saylı qətnaməsi ilə ondan 29300 ABŞ dolları və 16000 manatın alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Bu qətnamə yuxarı məhkəmələr tərəfindən dəyişdirilmədən saxlanmışdır. Bərdə Rayon Məhkəməsi 28 iyun 2018-ci il tarixli, 2(021)-2256/2018 saylı icra sənədinin icra edilməsi üçün Cavabdehnə göndərmiş və şöbənin icra məmuru Məhəmmədəli Qasımzadə həmin icra sənədi üzrə icra icraatı başlanmışdır. Qeyd olunan qətnamə (icra sənədi) onun tərəfindən 2018-ci ilin oktyabr ayında artıq icra edilmiş və həmin məbləğ tələbkara ödənmişdir. Buna təsdiq olaraq tələbkar X5 notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. 10 iyul 2024-cü ildə o, icra məmuru Məhəmmədəli Qasımzadəyə ərizə ilə müraciət edib, ona X2 notarial qaydada təsdiq edilmiş ərizəni təqdim edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni gündə icra məmuru cavab yazaraq ərizə ilə bağlı məhkəməyə müraciət etməyi bildirmiş və ondan icra sənədini yenidən icra etməyi tələb etmişdir. Bu məktub ona 22 iyul 2024-cü ildə çatdırılmışdır və o, hesab edir ki, icra məmurunun hərəkətləri qanunsuzdur. İşin halları X2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilkin, İddiaçı X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)- 2256/2018 nömrəli qətnaməsinə əsasən, ilkin iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 29300 ABŞ dolları və 16000 manatın alınaraq X3 verilməsi, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli, 2(021)-2256/2018-ci il nörməli icra vərəqəsi verilmişdir. xx.xx.2018-ci il tarixli, 162444/02 nömrəli “İcraata başlamaq haqqında” qərara əsasən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2256 nömrəli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. Gəncə şəhəri 3 saylı Notariat kontorunun notariusu tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş ərizəyə əsasən, İddiaçı X3 borclu olduğu 29300 ABŞ dolları və 16000 manatı ödədiyi üçün sonuncunun İddiaçı heç bir iddia və tələbi yoxdur. İddiaçı Cavabdeh icra məmuruna ünvanladığı ərizəyə əsasən, Bərdə Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixli, 2(021)-2256/2018-ci il nörməli icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna görə, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğu qeyd olunmuş və sözügedən qərarın icrası tələb olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarı Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İş materialları ilə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2256/2018 nömrəli qətnaməsi ilə İddiaçı 29300 ABŞ dolları və 16000 manatın alınaraq X3 verilməsi qərara alınmış, xx.xx.2018-ci il tarixli, 2(021)-2256/2018-ci il nörməli icra vərəqəsi verilmişdir. xx.xx.2018-ci il tarixli, icraata başlamaq haqqında qərarla qeyd olunan icra vərəqəsi üzrə icraata başlanılmışdır. X5 tərəfindən İddiaçı borcunu ödəməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizə verilmiş, İddiaçı Cavabdeh icra məmuruna ərizə ünvanlayaraq icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmiş, Cavabdeh isə İddiaçı məktub ünvanlayaraq barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğunu qeyd etmiş, qərarın icrasını tələb etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə Cavabdeh üzərinə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə mübahisələndirilməsi mümkün deyildir. Belə ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu səbəbdən də məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən qətnamənin icrası qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti inzibati orqanlara aid edilsə də, bu xidmətin icra qurumlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, Cavabdehnə qarşı hazırkı tələblə qətnaməni çıxarmış və icra sənədini vermiş məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı Cavabdehnə qarşı “icra sənədi üzrə icraata xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva