Məhkəmə qərarları › İş №2-1(114)-369/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-369/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-369/2020 31.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək X4 Müdafiəsi Nazirliyi tabeliyində Dövlət X2 X3 Şəmkir rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək X4 Müdafiəsi Nazirliyi yanında Dövlət X2 Şəmkir rayon şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1996-2003-cü illərdə Şəmkir rayon Kür qəsəbəsi Mənzil Kommunal Təsərrüfatı X1 sürücü və 1977-1981-ci illərdə Gədəbəy rayonu Çobankənd kəndində “Sovet Belarusiyası” kolxozunda sürücü işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Əmək X4 Müdafiəsi Nazirliyi tabeliyində Dövlət X2 X3 Şəmkir rayon filialı isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək X4 Müdafiəsi Nazirliyi tabeliyində Dövlət X2 X3 Şəmkir rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar