Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3698/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahələri üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 16 sentyabr 2005-ci il tarixli, 4Ə/2-239 reyestr nömrəli, 03 oktyabr 2005-ci il tarixli, 4Ə/2-259 reyestr nömrəli və 03 oktyabr 2005-ci il tarixli, 4Əl2-260 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən satılmış Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0.07 ha, 0.07 ha və 0.07 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X4, X5 və X6 ayrı-ayrılıqda özlərinə məxsus Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0.07 ha torpaq sahəsini iddiaçıya satmışlar. Bununla bağlı onların arasında Ağstafa rayon Dövlət Notariat ofisində 16 sentyabr 2005-ci il tarixli, 4Ə/2-239 reyestr nömrəli, 03 oktyabr 2005-ci il tarixli, 4Ə/2-259 reyestr nömrəli və 03 oktyabr 2005-ci il tarixli, 4Əl2-260 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21- 3-37/2-5755/23 nömrəli etirazda qeyd edilmişdir ki, iddiaçı müraciət edərək hüquqların qeydiyyatı üçün əsas kimi Ağstafa rayon dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 40/2-259, 40/2-260 nömrəli və xx.xx.2005-ci il tarixli 40/2-239 nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri təqdim etmiş, lakin əvvəlki torpaq sahəsinin mülkiyyətçiləri sözügeden torpaq sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatını təsdiq edən sənəd təqdim edilməmiş və eyni zamanda müqavilədə qeyd yazılmamışdır. Bu səbəbdən də onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tovuz rayon Dövlət Notariat ofisində 16 sentyabr 2005-ci il tarixdə rəsimləşdirilmiş, 4Ə/2-239 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu, Abulbəyli kəndində yerləşən ona məxsus 0.07 ha torpaq sahəsini İddiaçı satmışdır. -surəti işə əlavə edilmiş Tovuz rayon Dövlət Notariat ofisində 03 oktyabr 2005-ci il tarixdə rəsimləşdirilmiş, 4Ə/2-259 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 rayonu, Abulbəyli kəndində yerləşən ona məxsus 0.07 ha torpaq sahəsini İddiaçı satmışdır. -surəti işə əlavə edilmiş Tovuz rayon Dövlət Notariat ofisində 03 oktyabr 2005-ci il tarixdə rəsimləşdirilmiş, 4Ə/2-260 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu, Abulbəyli kəndində yerləşən ona məxsus 0.07 ha torpaq sahəsini İddiaçı satmışdır. -surəti işə əlavə edilmiş Tovuz regional ASAN xidmət mərəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 3508 nömrəli məktubundan görünür ki, Dövlət Notariat arxivinin 23 noyabr 2022-ci il tarixli xx/xx-7457/10 saylı məktubuna əsasən Tovuz rayonu, Dövlət Notariat ofisində 16 sentyabr 2005-ci il tarixdə rəsimləşdirilmiş, reyestr nömrəsi 4Ə/2-239 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Tovuz rayonu, Dövlət Notariat ofisində 03 oktyabr 2005-ci il tarixdə rəsimləşdirilmiş, reyestr nömrəsi 4Ə/2-259 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Tovuz rayonu, Dövlət Notariat ofisində 03 oktyabr 2005-ci il tarixdə rəsimləşdirilmiş, reyestr nömrəsi 4Ə/2-260 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, dəyişdirilməyib, qüvvədədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-610/23 nömrəli bildirişindən görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X4, X5 və X6 ayrı-ayrılıqda özlərinə məxsus Tovuz rayonu Abulbəyli kəndində yerləşən ayrı-ayrılıqda 0.07 ha torpaq sahələrini iddiaçıya satmışlar. Bununla bağlı onların arasında Ağstafa rayon Dövlət Notariat ofisində 16 sentyabr 2005-ci il tarixli, 4Ə/2-239 reyestr nömrəli, 03 oktyabr 2005-ci il tarixli, 4Ə/2- 259 reyestr nömrəli və 03 oktyabr 2005-ci il tarixli, 4Əl2-260 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi əvvəlki torpaq sahəsinin mülkiyyətçilərinin sözügeden torpaq sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatını təsdiq edən sənədin təqdim edilməməsi və eyni zamanda müqavilədə bu barədə qeyd yazılmaması qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı qanuni əsaslarla - Dövlət Notariat ofisində rəsimləşdirilmiş, müvafiq daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə torpaq sahələrini əldə etmişdir, qeyd olunan alqı-satqı müqavilələri dəyişdirilməmişdir və qüvvədədir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin qeydiyyat orqanı tərəfindən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi mövcud qanunvericiliyin tələbidir. Bir halda ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla əldə edilmişdir və bu əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən (daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr) daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab edilir, bu halda həmin əmlakla bağlı çıxarışın verilməsi labüddür və cavabdehin hər-hansı əsasla bundan imtina etməsi əsassızdır. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, 16 sentyabr 2005-ci il tarixli, 4Ə/2-239 reyestr nömrəli, 03 oktyabr 2005-ci il tarixli, 4Ə/2-259 reyestr nömrəli və 03 oktyabr 2005-ci il tarixli, 4Əl2-260 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqavilələrinə əsasən iddiaçıya satılmış Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0.07 ha, 0.07 ha və 0.07 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 16 sentyabr 2005-ci il tarixli, 4Ə/2-239 reyestr nömrəli, 03 oktyabr 2005-ci il tarixli, 4Ə/2-259 reyestr nömrəli və 03 oktyabr 2005-ci il tarixli, 4Əl2-260 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən İddiaçı satılmış Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0.07 ha, 0.07 ha və 0.07 ha torpaq sahələri üzərində onun mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3698/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3698/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver