Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-37/2021 25.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ailə üzvlərinin və onun mülkiyyətində olan Şəmkir rayonunun Könüllü kəndində yerləşən 0,4593 ha torpaq sahəsinin cavabdehin təqsiri ucbatından əlindən çıxması və həmin torpaq sahəsindən istifadə etməkdən məhrum olması nəzərə alınaraq cavabdehdən 35000 (otuz beş min) manat kompensasiyanın alınıb verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonunun Könüllü kəndində yerləşən 0,4593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsində dövlət reyestrində qeydiyyata aldıraraq Seriya RX ******* saylı çıxarışla mülkiyyətini rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi ailəsinin əsas dolanışıq mənbəyi olmuşdur. 2016-cı ilin noyabr ayında Azərbaycan Respublikası Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin işçiləri su kanal qurğuları quraşdırılması üçün həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün alınacağını bildirmişər və həmin torpaq sahəsində tikinti işləri aparılmış, tikinti işləri qurtardıqdan sonra ona kompensasiya ödənilməmişdir. Həmin vaxtdan kompensasiya almaq üçün müxtəlif aidiyyəti orqanlarına müraciətlər etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinə görə 35000 manat kompensasiya məbləğini təqribi hesablamışdır. Cavabdehin nümayəndəsi X4 məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının qeyd etdiyi yol bələdiyyə mülkiyyətindədir. Bundan əlavə iddiaçıya məxsus sahədən istifadəyə görə ziyanın məbləği kompensasiya kimi 67 manat hesablanmışdır, həmin məbləği isə təmsil etdiyi qurum ödəməyə hazırdır. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin aparılmasında sifarişçi təşkilat Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və X1, həmin layihələrinin tikintisi altında qalan torpaq sahələrinin (ərazilərin) dövlət ehtiyacı üçün alınması işləri də həmin təşkilat tərəfindən icra edilmişdir. Torpaqayırma komissiyalarının sənədləri əsasında, obyektlin tikintisi altında qalacaq torpaqlar üzrə müəyyən edilmiş göstəricilərin tam dəqiqləşdirilməsi üçün Səhmdar Cəmiyyətinin tabeliyində olan “Azdövsutəslayihə” institutu tərəfindən obyektin torpaqayıma layihəsi hazırlanmışdır. Tikinti altında qalacaq torpaqların sərhədləri, kateqoriyaları və mülkiyyət növü müəyyənləşdirildikdən və alınmanın təsirinə məruz qala biləcək mülkiyyətçilərin tam siyahısı tərtib edildikdən sonra “xxxx” MMC tərəfindən mülkiyyətçilər üzrə kadastr planları və onlardan çıxarışlar tərtib olunmuşdur. Qeyd olunan kadastr planları və onlardan çıxarışlarda İddiaçı məxsus torpaq sahəsi yoxdur və ona görə də layihənin tikintisi altında qalan torpaq sahələri mülkiyyətçilərinin siyahısında onun adı keçməmişdir. Bundan sonra İddiaçı şikayət ərizəsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin, Şəmkir rayon İcra Hakimiyyətinin və Könüllü bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə xx xxxxxxx 2018-ci il tarixxində əraziyə yerində təkrar baxış keçirilmişdir. Baxış nəticəsində İddiaçı məxsus 0,46 ha torpaq sahəsinin Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilmiş “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” obyektinin layihəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Lakin, İddiaçı məxsus torpaq sahəsinin daxilində 2 ədəd betondan quraşdırılmış paylayıcı su quyularının və torpaq sahəsinin altından 118 metr uzunluğunda su boru xəttinin inşa edildiyi aşkar edilmişdir. Bundan sonra qeyd edilən torpaq sahəsindən istifadəyə görə dəyən zərərin ödənilməsi üçün «kompensasiya məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə müstəqil Qiymətləndirici təşkilata müraciət edilmiş, müstəqil Qiymətləndirici təşkilat tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixli, **********94 nömrəli çıxarışla məxsus olan 0,45 ha torpaq sahəsində həmin sahənin suvarılması məqsədi ilə aparılan işlər üçün dəyən zərərə görə ümumilikdə 67 (altmış yeddi) manat kompensasiya məbləği hesablanmışdır. Hesablanmış kompensasiya məbləğinin 44 (qırx dörd) manatı 0,0026 ha torpaq sahəsində quraşdırılan diametri 1,2 metr olan suburaxıcı qurğuya görə, 23 (iyirmi üç) manatı isə torpaq sahəsindən keçən 118 metr uzunluğunda qidalandırıcı boru xəttinin keçdiyi 0,0472 ha sahədəki əkin bitkisinə görə əldən çıxan fayda üçün hesablanmışdır. Bununla əlaqədar olaraq, İddiaçı hesablanmış kompensasiya məbləği barədə Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, xx/xx-1034 nömrəli məktubla məlumat hazırlanmış və həmin məktub Cəmiyyətin mütəxəssisi tərəfindən şəxsən ona təqdim edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 11/15-104 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı məxsus torpaq sahəsinin tikinti altına düşən hissəsinə görə kompensasiya məbləği torpaq sahəsinə görə 44,0 manat, əkin bitkisinə görə isə 23,0 manat olmaqla, cəmi 67,0 manat hesablanmışdır və həmin məbləğin ödənilməsi “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi”nin davam etdiilməsi üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcəyi bildirilmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən ümumi sahəsi 0,4593 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, **********4 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı məxsus 0,46 ha torpaq sahəsinin Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim edilmiş Su-kanal qurğularının quraşdırılması layihəsindən kənarda yerləşdiyi müəyyən edilmiş və həmin torpaq sahəsinin daxilində 2 betondan quraşdırılmış paylayıcı su qurğularının və torpaq sahəsinin altından 118 metr uzunluğunda su boru xəttinin inşa edildiyi aşkar edilmişdir. -“AZDÖVSUTƏSLAYİHƏ”-nin xx.xx.2018-ci il tarixli, 34-12/580 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus 0,45 ha pay torpağında ərazini suvarmaq üçün quraşdırılmış 1200 mm diametrlik 2 ədəd beton paylayıcı mövcuddur. -“xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 05/08 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus torpaq sahəsinin geri alınması, müvəqqəti dəymiş zərər və bunun müqabilində hesablanmış kompensasiya məbləği 67.0 manatdır. “xxxx” MMC X9 İdarəsinin xx.xx.2020-ci il tarixli, 15/M-056 nömrəli mütəxəssis rəyi ilə kameral şəraitdə aparılan araşdırma zamanı təqdim edilən yolun İddiaçı adına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışın ayrılmaz hissəsi olan plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə 323 kv.m hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. -“xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, G-01/21-010 nömrəli mütəxəssis rəyi ilə “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” ilə bağlı çəkilmiş yolun altında qalmış İddiaçı məxsus 0.30 ha torpaq sahəsinin bazar dəyərinin 4500 (dörd min beş yüz) manat olması müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin aparılmasında sifarişçi təşkilat Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və X1, həmin layihələrinin tikintisi altında qalan torpaq sahələrinin (ərazilərin) dövlət ehtiyacı üçün alınması işləri də həmin təşkilat tərəfindən icra edilmişdir. İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 0,4593 ha torpaq sahəsinin “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” altına düşdüyünə görə ona 35000 (otuz beş min) manat kompensasiyanın ödənilməsini tələb etsə də, cavabdeh orqan tərəfindən iddiaçıya ödəniləcək kompensasiya məbləğini 67,0 (altmış yeddi) manat hesablanmaqla, ödəniləcəyi bildirilmişdir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla (iş üzrə alınmış mütəxəssis rəyi ilə) müəyyən olunmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan 0,4593 ha torpaq sahəsinin 323 kv.m hissəsi həqiqətən “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” ilə bağlı çəkilmiş yolun altında qalmışdır. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus torpaq sahəsinin “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” ilə bağlı çəkilmiş yolun altında qalan 0.30 ha (323 kv.m) hissəsinin hazırki real bazar qiyməti 4500 manat təşkil edir və həmin məbləğ cavabdeh Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 73.20 (yetmiş üç manat, iyirmi qəpik) manat ekspertiza xərci, eləcə də mütəxəssis rəyinin verilməsi ilə bağlı 300.00 (üç yüz) manat pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətindən 4500 (dörd min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyətindən 73.20 (yetmiş üç manat, iyirmi qəpik) manat məbləğində pul tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT kod AİİBAZ2Z saylı hesaba, 300.00 (üç yüz) manat məbləğində pul tutularaq “xxxx” MMC-nin VÖEN **********, “xxxx” ASC, VÖEN **********, müxbir hesab AZ03NABZ********************, kod:805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-37/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-37/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver