Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-37/2023 04.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X5, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 adına 6.994,36 kv.m həyətyanı torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı A seriyalı, 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab olunması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Daşınmaz Əmlakın Dövlət Reyestrində sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi öhdəliyinin həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-10951/2021 nömrəli qərardadı ilə hazırki inzibati iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçı 12 may 2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı X2 adına tərtib olunmuş A serialı, 124413 saylı “Torpaq sahəsinin plan və ölçü” sənədinin ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin bütün elektron və kağız daşıyıcılarda qeydinin ləğv olunmaqla həmin daşıyıcılardan silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının vəkili xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi ilə əvəz olunmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gədəbəy rayonu, Qurudərə kəndində xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin qonşuluğunda yaşayan X1 rayon Məhkəməsində ona qarşı fərdi yaşayış evimin sökülməsi barədə iddia qaldırmışdır. Mürəsdə Məsimova öz iddia tələbini guya onun öz evini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən M.Məsimovaya A seriyalı, 124413 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən verilmiş 6.994,36 kv.m həyətyanı torpaq sahəsində inşa etdirməyi və evinə gedən yola məhdudiyyətlər yaratmağı ilə əsaslandırmışdır. Hal-hazırda həmin iddia ilə bağlı 2(042)366/2021 saylı mülki işə Gədəbəy rayon Məhkəməsində işə baxılır. İddiaçı X3 6.994,36 kv.m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış A seriyalı, 124413 nömrəli Тоrраq sahəsinin Planı və ölçüsü sənədini düzgün hesab etmir, onun etibarsız hesab olunmasını və Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsini zəruri hesab edir. M.Məsimovanın adına tərtib edilmiş A seriyalı, 124413 saylı Plan və ölçü sənədində onun X11 kitabında uçota alındığı nömrə və tarix yerində nə nömrə, nə də tarix göstərlib. Eyni zamanda həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanmayıb və möhürlə təsdiq olunmayıb. Həmçinin M.Məsimovanın məhkəməyə təqdim etdiyi Plan və ölçü sənədindən görünür ki, həmin sənəd xüsusi deyil, adi kağızda tərtib olunub. Həmin sənədin əsli M.Məsimovada ümumiyyətlə yoxdur. Gədəbəy rayon Məhkəməsində M.Məsimova A seriyalı, 124413 saylı Plan və ölçü sənədinin ona 2021-ci ildə təqdim olunduğunu bildirmişdir. X12 və Xəritaçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə ləğv edilib və bu baxımdan o, 2021-ci ildə M.Məsimovaya mübahisələndirilən sənədi verə bilməzdi. M.Məsimovaya verilmiş bu sənəd onun hüquq və qanuni mənafelərinə toxunur. Belə ki, M.Məsimova bu sənədi əsas gətirərək onun fərdi yaşayış evimin sökülməsi barədə məhkəmədə iddia qaldırıb. Üzərində uçota alındığı nömrə və tarix, habelə onu tərtib etmiş şəxslərin imzaları olmayan mübahisələndirilən sənədin 2021ci ildə tərtib olunaraq bu barədə məlumatın Daşınmaz Əmlakın Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı onun əsaslı şübhələri vardır. O, M.Məsimovaya verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunması və onun qeydiyyatının elektron və kağız daşıyıcılardan silinməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 04 dekabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq iddiaçının mübahisəli torpaq sahəsinin bələdiyyədən almaq niyyətinin olduğunu, lakin üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinin zəbt edildiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, həmçinin mübahisəli torpaq sahəsinin iddiaçı və üçüncü şəxsə məxsus torpaq sahələrinin arasında yerləşdiyini bildirmişdir. Üçüncü şəxs X4 məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq mübahisəli torpaq sahəsinin onun istifadəsində olduğunu bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. -Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X3 Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 6994.36 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X3 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları ilə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının mübahisələndirdiyi A 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğvini tələb etmək üçün subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin koordinatları nə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X3 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları, nə də ki xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddia tərəfi mübahisəli torpaq sahəsinin bələdiyyədən almaq niyyətinin olduğunu, lakin üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinin zəbt edildiyini bildirmişdir. Bununla yanaşı araşdırma nəticəsində İddiaçı mübahisələndirilən torpaq sahəsinin ona məxsus olmasını, ondan istifadə etməsini və nə səbəbdən həmin torpaq sahəsinə hüquq tələb etdiyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-37/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-37/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver