Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3704/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlu, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı üzvlükdən xaric edilmə edilmə tələbinə dair işə məhkəmənin binasında baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağdam rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, iddiadan imtina etdiyini bildirmişdir. İddiaçının qeyd olunan ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiadan imtina edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. -55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı üzvlükdən xaric edilmə tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3704/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3704/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver