Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3710/2024 22.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “uşağın adının dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onların uşağının adının Əbəlfəzil Abbas adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, onlar xx.xx.2020-ci il tarixdə Gəncə “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikah bağlayaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaq olmuşdur. Uşağın adı doğum şəhadətnaməsində Talıblı Əbülfəz kimi qeyd olunsa da onlar uşağın adının Əbəlfəzil Abbas olaraq dəyişdirilməsini xahiş etmişlər. Ona görə ki, uşaq dünyaya gələndə onun adının Əbəlfəzil Abbas olmasını arzulamışlar. Lakin qeydiyyat şöbəsində anlaşılmazlıq olaraq uşağın adı Əbülfəz Talıblı kimi qeyd olunmuşdur. İddiaçılar uşağın adının dəyişdirilib doğum haqqında akt qeydində qeyd olunması üçün Daşkəsən rayon VVAQ şöbəsinə müraciət etmişlər. Lakin VVAQ şöbəsi tərəfindən onlara ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1 bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Buna görə də onlar məcbur olub məhkəməyə müraciət etmişlər. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçılar məhkəmə iclasında iştirak etmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. İşin halları xx.xx.2020-ci il tarixli AZ-İİ 410147 №-li nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 ilə X1 xx.xx.2020-ci il tarixdə nikahı bağlanılmış, ərə Talıblı, arvada Talıblı soyadı verilmişdir. xx.xx.2021-ci il tarixli AZ-İ 389788 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 xx.xx.2020-ci il tarixdə İddiaçı2 doğulmuş X2 atası hesab edilmişdir. 1400 1 0140 19092020 nömrəli Doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında “X6”, ata-ana haqqında məlumat qrafasında “İddiaçı1” və “ İddiaçı2” qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli AZ-İV 588966 №li doğum haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. “Atası” qrafasında İddiaçı1, “anası” qrafasında İddiaçı2 yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı1 və İddiaçı2 ünvanlanmış müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, adın dəyişdirilməsi barədə ərizə qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilə bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 32. Şəxsi toxunulmazlıq hüququ İİ. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir. vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçıların subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla qeyd edilməlidir ki, qanunvericiliyin tələblərindən irəli gəlir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları ) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. İşin hallarından müəyyən olur ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 xx.xx.2020-ci il tarixdə X6 adlı övladları doğulmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə ərizə ilə müraciət edərək, övladlarının adının “Əbülfəz”dən “Əbəlfəzil Abbas” adına dəyişdirilməsini xahiş etmişlər, şöbə tərəfindən uşağın adının dəyişdirilməsinin qanunvericiliyin tələbinə uyğun olmadığı bildirilərək imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə 18 yaşına çatana qədər uşağın adının dəyişdirilməsinin hər iki valideynin birgə müraciətinə əsasən mümkünlüyü qeyd edilmiş, lakin cavabdeh orqan iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydində adının “Əbülfəz”dən “Əbəlfəzil Abbas” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 doğum haqqında akt qeydində adının “Əbülfəz”dən “Əbəlfəzil Abbas” adına dəyişdirilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva