Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-372/2025 31.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X10, vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Daşkəsən rayon Xoşbulaq bələdiyyəsi, X7 )qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh orqana Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən torpaq sahəsi üzərində vətəndaş X4 qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə etdiyi müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi üzərində vətəndaş X4 qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeydin, həmin qeydə dair MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, onun adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin, keçmiş DT və XK-nın Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, Daşkəsən rayonu, Xoşbulaq Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin sərhədləri bələdiyyənin sədri və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra DT və XK) Daşkəsən rayon şöbəsinin müdiri tərəfindən ona göstərilmiş və onların iştirakları ilə (bütün tərəflər üzrə qonşular göstərilməklə döngə nöqtələri işarələnmiş, həmin orqanlar tərəfindən möhürlə təsdiq edilmiş Xoşbulaq kəndinin yerquruluşu planından çıxarış adlı sənəd də təqdim edilmişdir. Həmin torpaq sahəsinin dəyəri onun tərəfindən tam olaraq bələdiyyəyə ödənilmiş, torpaq sahəsinə faktiki sahiblik etmiş,sonra isə orada fərdi yaşayış evi tikməyə başlamışdır. Göründüyü kimi o, torpaq sahəsini tam qanuni əsaslarla əldə etmiş və qanunvericiliyə əsasən həmin sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınır. Fərdi yaşayış evi torpaq sahəsinin alındığı illərdən mövcuddur. X7 da iddia edir ki, torpaq sahəsi ona 2007-ci il tarixdə Xoşbulaq Bələdiyyəsi tərəfindən ayrılmışdır. 1990-cı il təvəllüdlü X7 2007-ci il tarixdə yetkinlik yaşına çatmamışdır. Yetkinlik yaşına çatmayan şəxsin isə bir başa valideynlərinin iştirakı olmadan əqdlər bağlamaq səlahiyyətini qanunvericilik qadağan edir. Bundan başqa ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış 2011- ci ildə verilməsinə baxmayaraq indiyədək o bizimlə torpaq sahəsini mübahisələndirməmiş və ona məxsus olan torpaq sahəsinin ona məxsus olması barədə hər hansı bir ifadə işlətməmişdir. X1 ona bələdiyyə tərəfindən ayrılmış və faktiki olaraq təhvil verilmiş başqa torpaq sahəsi olmuşdur və hazırda da həmin torpaq sahəsi onun sahibliyindədir. Onun faktiki sahibliyində olan torpaq sahəsini indiyədək mübahisələndirməməsi də ona bələdiyyə tərəfindən ayrılmış və təhvil verilmiş torpaq sahəsinə ayrıldığı vaxtdan indiyədək sahiblik etdiyini göstərir. Mustafa Əlizadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı müraciət edərkən ona verilmiş torpaq sahəsinin plan ölçü sənədində və DTXK-nin Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 545 saylı, 11,06.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində ona məlum olmayan səbəbdən ona məxsus olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Həmin sənəd tərtib edilərkən nə bələdiyənin və DT və XK Daşkəsən rayon şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Göstərilən torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi olmasını həmin dövrdə Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin sədri işləmiş Rasim Allahverdiyev və DT və XK-nın Dşakəsən Rayon Şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev də notarial qaydada təsdiq etdikləri ərizələri ilə təsdiq edirlər, (həmin ərizələrin surəti ərizəyə əlavə edilir).Bu hallara əsasən hesab edir ki, X4 adına verilmiş çıxarışın və torpaq sahəsinin plan-ölçüsü sənədləri ləğv edilməli və Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə ona Xoşbulaq kəndi ərazisində ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan ölçü sənədi verilməlidir. O, yuxarıda qeyd edinlərlə bağlı cavabdeh inzibati orqana 06 oktyabr 2023-cü il tarixdə etdiyi müraciətə 20 noyabr 2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi üzərində vətəndaş X4 qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də müraciətinin icra edilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır: 1.İddiaçı Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsi tərəfindən 30 noyabr 2007-ci il tarixli 11 nömrəli qərarla ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədi olan İddiaçı adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışların (yerquruluşu planından çıxarış və İddiaçı adı qeyd olunmuş sxematik plan) bir sənəd hesab olunduğunu nəzərə alaraq, İddiaçı adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışlarda əks olunan torpaq sahəsinin (planlı yerləşməsinin, konfiqurasiya və.s parametrlər) İddiaçı məxsus olan fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. X5 Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin yerini 11 iyun 2008-ci il tarixli,545 saylı torpaq sahəsinin plan ölçü sənədinin (A46466) verilməsinə əsas olan ilkin torpaqayırma sənədi olan X4 adına verilmiş Xoşbulaq bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin ölçüləri istinad nöqtələrindən məsafələri göstərilməmişdir. X2 adına verilmiş Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazinin (planda qeyd olunan məlumatlara-məktəb, tib məntəqəsi, mağaza və.s əsasən) İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500- 1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. 2.xx.xx.2008-ci il tarixli 545 saylı nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (A№ 046466) qeyd olunan koordinatlara əsasən həmin ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. 3.X5 Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən sahəyə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, 11,06.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən ərazinin İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. İddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeyd ilə bağlı MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına aid olan Mustafa Əlizadənin adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini və keçmiş DT və XK-nın Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı, A 046466 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X10, vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 məhkəmə iclasına gəlmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdaəfiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə Xoşbulaq bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,06 hektar torpaq sahəsi İddiaçı satılmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, ********** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsi üzərində hüququnun qeydə alınmışdır. - təsdiq edilmiş surəti işə əlavə edilmiş X4 Daşkəsən rayonu Xoşbulaq kəndində 0,06 ha torpaq sahəsinə dair AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. - təsdiq edilmiş surəti işə əlavə edilmiş A № 046466 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə X5 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi 11 iyun 2008-ci il tarixdə X9 kitabında 545 nömrəsi ilə uçota alınmışdır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən edildi ki, X7 adına AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və Daşkəsən rayon Xoşbulaq bələdiyyəsinin xx.xx.2007ci il tarixli 05 saylı qərarı ilə 600 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi barədə A № 046466 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədi tərtib edilmişdir . Lakin mütəxəssis rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli 545 saylı nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (A№ 046466) qeyd olunan koordinatlara əsasən həmin ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. X5 Daşkəsən rayonu Xoşbulaq Bələdiyyəsinin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə dair DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin Xoşbulaq Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən sahəyə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, 11,06.2008-ci il tarixli 545 (A 46466) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olan ilkin torpaq ayırma sənədlərində (yerquruluşu planından çıxarışda) göstərilən ərazinin İddiaçı faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən şimal-qərb istiqamətdə təxminən 1500-1600 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir: Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərindəndir. 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 2.4-cü maddəsinə əsasən, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Komitənin funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə verilmişdir. Beləliklə, işin faktiki hallarına, ekspert rəyinə və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeyd ilə bağlı MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına aid olan Mustafa Əlizadənin adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və keçmiş DT və XK-nın Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı, A 046466 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** nömrəli qeyd ilə bağlı MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına aid olan Mustafa Əlizadənin adına həmin torpaq sahəsinə görə verilmiş AA 008518 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və keçmiş DT və XK-nın Daşkəsən Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyun 2008-ci il tarixli, 545 saylı, A 046466 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-372/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-372/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver