Məhkəmə qərarları › İş №2-1(114)-373/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-373/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-373/2025 10.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə arayışın verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçılar İddiaçı, X18, X22 və X3 iştirakları ilə, İddiaçılar İddiaçı, X19, X22, X13 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Samux rayonu Lək bələdiyyəsi) qarşı Samux rayonu Hacallı kəndində yerləşən 0,1541 ha kənd təsərrüfatı təyinatlı örüş otlaq torpaq sahəsinin Samux rayonu Hacallı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2015-ci il tarixli ********** nömrəli reyestr qeydinin ləğv edilməsi və torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 saylı dövlət aktına əsasən 63M saylı konturdan mülkiyyətlərinə verilmiş 25219,34 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı və ailəsi üzvləri – X19, X22, X13 və X4 Samux rayonu, Hacallı kəndindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.00 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi üç konturda - 25219.34 kv.m hissəsi 63M saylı konturda, 1859.91 kv.m hissəsi 0063 saylı konturda, 2948.66 kv.m hissəsi 63V saylı konturda yerləşir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Hacallı kəndində yerləşən 0.1541 ha torpaq sahəsi üzərində Samux rayonu Hacallı bələdiyyəsinin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Samux Rayon İcra Hakimiyyəti başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 261 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı və ailəsinə məxsus olan Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə verilmiş 3,00 ha pay torpaq sahəsini təsdiq edən JN-0063 KOD 50709028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında (və ya şəhadətnamədə) mülkiyyətçilərin soyadı, adı və ata adı səhifəsində özü-X10 adı, qızı-X1 və atasının adı, qızı-X2 və atasının adı, qızı-X6 atasının adı texniki səhv olaraq yazılmışdır. Lakin düzgün yazılışı aşağıdakı kimidir: özü-İddiaçı, qızı-X7, qızı-X18, qızı-X14. Qeyd: X20, X11, X16 və X15 adına şəxslər Samux rayonu, Hacallı kəndində qeydiyyatda olmamış və nümayəndəliyin ərazisində yaşamamışlar.

4. İddiaçı Samux rayonu, Hacallı kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə, həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-293 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

5. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Torpağa mülkiyyət hüququna dair JN-0063 (kod-********) saylı Dövlət Aktına əsasən Samux rayonu Hacallı kəndində yerləşən 3.00 ha torpaq sahəsinin sahəsinin 25219.34 kv.m hissəsi, İddiaçı (Binəgdər) Məhəd oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir. 2) Naturada təqdim olunan 2.52 ha torpaq sahəsinin 1.22 ha hisəsi, Torpağa mülkiyyət hüququna dair JN-0063 (kod-********) saylı Dövlət Aktında və ərazinin kompleks yerquruluşu layihəsində göstərilən 2.52 ha torpaq sahəsinin 1.22 ha hissəsi ilə üst-üstə düşür. Naturada təqdim olunan 2.52 ha torpaq sahəsi ilə, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS va AZCAD) öz əksini tapmış 63M nömrəli torpaq sahəsi eynilik təşkil edir. Naturada təqdim olunan 2.52 ha torpaq sahəsinin 0.15 ha hissəsi, elektron kadastr məlumat bazasına istinadən, **********47 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Hacallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. 3) Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) göstərilən sahə ilə eynilik təşkil edən, naturada təqdim olunmuş 2.52 ha torpaq sahəsinin 0.15 ha hissəsi, elektron kadastr məlumat bazasına istinadən, **********47 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Hacallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. 4) Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) göstərilən sahə ilə eynilik təşkil edən, naturada təqdim olunmuş 2.52 ha torpaq sahəsinin 0.545 ha hissəsi, TEKUİS və AZCAD məlumatlarına istinadən neft kəmərinin mühafizə zolağında, 0.043 ha hissəsi isə qaz kəmərinin mühafizə zolağında yerləşir. 5) A-526892 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə bələdiyyəyə ayrılmış 1541 kv.m (sənəddəki koordinatlara istinadən 1534.61 kv.m) torpaq sahəsi, sənədin qaiməsində qeyd olunanlara istinadən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. Həmin A-526892 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında, Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən, Samux rayonu Hacalli bələdiyyəsinin mülkiyyət hüqquqnu təsdiq edən **********47 reyestr nömrəli Çıxarış sənədi qeydə alınmışdır. 6) A-526892 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə bələdiyyəyə ayrılmış 1541 kv.m (sənəddəki koordinatlara istinadən 1534.61 kv.m) torpaq sahəsinindən, Samux rayonu Hacallı bələdiyyəsinin faktiki istifadə etmədiyi müəyyən olundu. A 526892 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə bələdiyyəyə ayrılmış 1541.0 kv.m (sənəddəki koordinatlara istinadən 1534.61 kv.m) torpaq sahəsinin 1515.13 kv.m hissəsinin faktiki olaraq iddiaçının istifadəsində, 19.48 kv.m hissəsinin isə, iş üzrə tərəflərdən olmayan başqa şəxsin faktiki istifadəsində olduğu müəyyən edildi.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-506/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı, Sənaye və Energetika Nazirliyi ilə CQBK şirkəti arasında bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən Samux rayonu, Hacallı kəndində yerləşən 0.07119 ha torpaq sahəsinin xx.xx.2015-ci il tarixindən xx.xx.2066-cı il tarixinədək icarə hüquqları Dövlət qeydiyyatına alınaraq bu barədə xeyrinə hüquq yüklü edilən - X31 Kəməri Şirkətinin və hüququ yüklü edilən şəxslər – X12, X8, M əmmədova Mehparə İsa qızının, İddiaçı, X3 adlarına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********41 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirilir ki, İddiaçı Samux rayonu, Hacallı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə bağlı aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa bu barədə xx.xx.2023-cü il tarixli, 3-21-3- 33/2-293/2023 nömrəli imtina edilməsi barədə bildiriş göndərilmişdir.

7. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-9/2-39958/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır.

8. Məhkəmənin sorğusuna Samux rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3- 48-39RA/2-Ə-164/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı, X18, X22, X14 və X3 Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 saylı qərarı və həmin qərara aid sənədlər (protokoldan çıxarış, cizgi planı, alqı-satqı aktı) mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Hacallı kəndinin yuxarı tərəfində yerləşən torpaq sahəsində Samux rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə (Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı JN- 0063 KOD ********) kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailəsinə verilmiş 3,00 hektar torpaq sahəsinin 2,52 ha hissəsinə mülkiyyət hüququnun tanınması və həmin mülkə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 2001-ci il tarixli 10 saylı qərarı ilə ona və ailəsinə Samux rayonu Hacallı kəndinin yuxarı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,00 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 dövlət aktı vardır. Torpaqların 252 19.34 kv.m hissəsi və başqa 1859.91 kv.m hissəsi və 2948.66 kv.m hissəsi müxtəlif yerlərdə yerləşir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir ki, 3 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün olan torpaq sahəsinin 2,52 ha hissəsinə çıxarış alsın. Ancaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi 12 yanvar 2023-cü il tarixli 3021-333/2-293 saylı məktubla ona cavab vermişdir ki, ərizəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Hazırda Samux rayonu Hacallı kəndinin yuxarı tərəfində yerləşən 3,00 ha torpaq sahəsinə o və ailəsi tərəfindən sahiblik edilir və onlar sərəncam vermək imkanına malikdirlər.

11. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X19, X22, X13 və X7 birgə iddiaçılar qismində məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi “Torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 saylı dövlət aktına əsasən 63M saylı konturdan mülkiyyətlərinə verilmiş 25219,34 kv.m torpaq sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Samux rayonu Hacallı kəndində yerləşən 0,1541 ha kənd təsərrüfatı təyinatlı örüş otlaq torpaq sahəsinin Samux rayonu Hacallı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2015-ci il tarixli ********** nömrəli reyestr qeydinin ləğv edilməsi və torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 saylı dövlət aktına əsasən 63M saylı konturdan mülkiyyətlərinə verilmiş 25219,34 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Samux rayonu Hacallı bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

19. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Samux rayonu Hacallı bələdiyyəsinin üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmiş, Samux rayonu Lək bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Samux rayonu Lək bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qaydası adidən zəruriyə dəyişdirilmişdir.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

22. İş üzrə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, iddiaçı X13 istisna olmaqla, digər iddiaçılar məhkəmə iclasına gəlmişlər. Həmin iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri isə məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə iclasda iştirak etməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən xx.xx.2015-ci il tarixli **********7 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Samux rayonu Hacallı bələdiyyəsinə (VÖEN: **********) verilmiş çıxarışa dair torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. **********47 reyestr nömrəli çıxarış Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Samux rayonu Hacallı bələdiyyəsi adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən verilmişdir. Bu səbəbdən iddiaçının müraciətinin icrası mümkün olmamışdır.

24. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

25. İddiaçı və digər iddiaçı X8 nümayəndəsi İddiaçı, X18, X22 və X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməlidir.

27. Belə ki, iş materialları və işin faktiki halları ilə müəyyən edilir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı və ailəsi üzvləri – X19, X22, X13 və X4 Samux rayonu, Hacallı kəndindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.00 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi üç konturda - 25219.34 kv.m hissəsi 63M saylı konturda, 1859.91 kv.m hissəsi 0063 saylı konturda, 2948.66 kv.m hissəsi 63V saylı konturda yerləşir.

28. İddiaçı Samux rayonu, Hacallı kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə, həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-293 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

29. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən xx.xx.2015-ci il tarixli **********7 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Samux rayonu Hacallı bələdiyyəsinə verilmiş çıxarışa dair torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

30. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, üst-üstə düşən torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu Hacallı bələdiyyəsinin xüsusi mülkiyyətində olan Samux rayonu, Hacallı kəndində yerləşən 0.1541 ha torpaq sahəsidir.

31. Hazırda iddiaçılar Samux rayonu Hacallı kəndində yerləşən 0,1541 ha kənd təsərrüfatı təyinatlı örüş otlaq torpaq sahəsinin Samux rayonu Hacallı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2015-ci il tarixli ********** nömrəli reyestr qeydinin ləğv edilməsi və torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 saylı dövlət aktına əsasən 63M saylı konturdan mülkiyyətlərinə verilmiş 25219,34 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

32. Məhkəmə iddia tələbini əsaslı hesab edir və mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

12. İlk öncə qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsi Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı və ailəsi üzvləri – X19, X22, X13 və X4 Samux rayonu, Hacallı kəndindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi Torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsindən iddiaçılar istifadə etsələr də, torpaq sahəsinə dair çıxarış almamışlar.

13. Sözügedən torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına baxmayaraq, cavabdeh orqan Samux rayonu Hacallı kəndində yerləşən 0,1541 ha kənd təsərrüfatı təyinatlı örüş otlaq torpaq sahəsinin üzərində Samux rayonu Hacallı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2015-ci il tarixli ********** nömrəli reyestr qeydi tərtib etmiş, həmin qeydiyyatın aparılması kimi Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 saylı qərarı əsas götürülmüşdür.

14. Lakin məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-16-9/2-39958/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır.

15. Məhkəmənin sorğusuna Samux rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3- 48-39RA/2-Ə-164/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı, X18, X22, X14 və X3 Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 saylı qərarı və həmin qərara aid sənədlər (protokoldan çıxarış, cizgi planı, alqı-satqı aktı) mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçılara ayrılmasına dair Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 10 saylı qərarının və JN-0063 KOD 50709028 saylı dövlət aktının mövcudluğuna və qüvvədə olmasına, yəni sahənin iddiaçıların mülkiyyətində olmasına baxmayaraq, Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11 nömrəli qərarı ilə sözügedən torpaq sahəsinin 1541 kv.m hissəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul etmiş və əsassız olaraq həmin qərar əsasında 1451 kv.m torpaq sahəsi üzərində Samux rayonu Hacıallı bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

35. Digər tərəfdən, əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Torpağa mülkiyyət hüququna dair JN-0063 (kod-********) saylı Dövlət Aktına əsasən Samux rayonu Hacallı kəndində yerləşən 3.00 ha torpaq sahəsinin sahəsinin 25219.34 kv.m hissəsi, İddiaçı (Binəgdər) Məhəd oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir. Naturada təqdim olunan 2.52 ha torpaq sahəsinin 1.22 ha hisəsi, Torpağa mülkiyyət hüququna dair JN-0063 (kod- ********) saylı Dövlət Aktında və ərazinin kompleks yerquruluşu layihəsində göstərilən 2.52 ha torpaq sahəsinin 1.22 ha hissəsi ilə üst-üstə düşür. Naturada təqdim olunan 2.52 ha torpaq sahəsi ilə, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS va AZCAD) öz əksini tapmış 63M nömrəli torpaq sahəsi eynilik təşkil edir. Naturada təqdim olunan 2.52 ha torpaq sahəsinin 0.15 ha hissəsi, elektron kadastr məlumat bazasına istinadən, **********47 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Hacallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) göstərilən sahə ilə eynilik təşkil edən, naturada təqdim olunmuş 2.52 ha torpaq sahəsinin 0.15 ha hissəsi, elektron kadastr məlumat bazasına istinadən, **********47 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Hacallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) göstərilən sahə ilə eynilik təşkil edən, naturada təqdim olunmuş 2.52 ha torpaq sahəsinin 0.545 ha hissəsi, TEKUİS və AZCAD məlumatlarına istinadən neft kəmərinin mühafizə zolağında, 0.043 ha hissəsi isə qaz kəmərinin mühafizə zolağında yerləşir. A-526892 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə bələdiyyəyə ayrılmış 1541 kv.m (sənəddəki koordinatlara istinadən 1534.61 kv.m) torpaq sahəsi, sənədin qaiməsində qeyd olunanlara istinadən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. Həmin A-526892 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında, Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən, Samux rayonu Hacalli bələdiyyəsinin mülkiyyət hüqquqnu təsdiq edən **********47 reyestr nömrəli Çıxarış sənədi qeydə alınmışdır. A-526892 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə bələdiyyəyə ayrılmış 1541 kv.m (sənəddəki koordinatlara istinadən 1534.61 kv.m) torpaq sahəsinindən, Samux rayonu Hacallı bələdiyyəsinin faktiki istifadə etmədiyi müəyyən olundu. A 526892 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən, Samux rayonu Hacallı bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə bələdiyyəyə ayrılmış 1541.0 kv.m (sənəddəki koordinatlara istinadən 1534.61 kv.m) torpaq sahəsinin 1515.13 kv.m hissəsinin faktiki olaraq iddiaçının istifadəsində, 19.48 kv.m hissəsinin isə, iş üzrə tərəflərdən olmayan başqa şəxsin faktiki istifadəsində olduğu müəyyən edildi.

36. Yəni, verilmiş rəylə iddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinin hər hansı digər topaq sahəsinin 0.15 ha hissəsinin **********47 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Hacallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi təsdiq edilmişdir.

37. Belə olan halda məhkəmə hesab edir ki, torpaq sahəsinin iddiaçılara ayrılmasına dair Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 10 saylı qərarı və JN- 0063 KOD 50709028 saylı dövlət aktı mövcud olduğundan və qeydiyyat zamanı qüvvədə olduğundan, Samux rayonu Hacallı bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati orqan tərəfindən düzgün aparılmamışdır.

38. Beləliklə, mübahisə daşınmaz əmlakın dövlət reyestrində Samux rayonu Hacallı bələdiyyəsinin adına aparılmış qeydiyyatın əsassız olması ilə bağlıdır və inzibati orqanın həmin aktın rəsmiləşdirilməsi üzrə hərəkətlərindən qaynaqlanır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır.

39. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

40. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək Xidmətin vəzifələri sırasına daxildir.

41. Beləliklə şərh olunanlardan görünür ki, cavabdeh tərəfindən Samux rayonu Hacallı kəndində yerləşən 0,1541 ha kənd təsərrüfatı təyinatlı örüş otlaq torpaq sahəsinin Samux rayonu Hacallı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2015-ci il tarixdə aparılmış ********** nömrəli reyestr qeydi qanunsuz olmuşdur.

42. Həmin hissədə iddia təmin edildiyinə və sözügedən torpaq sahəsi üzərində iddiaçılara çıxarış verilməsinə imtinaya əsas ola biləcək hallar aşkar edilmədiyinə, eləcə də torpaq sahəsinə dair hüququn qeydiyyatına əsas olan dövlət aktının mövcudluğuna görə iddia tələbi Torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 saylı dövlət aktına əsasən 63M saylı konturdan mülkiyyətlərinə verilmiş 25219,34 kv.m torpaq sahəsinə dair İddiaçı, X19, X22, X13 və X3 adlarına çıxarışın verilməsi hissəsində də təmin edilməlidir.

43. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri...

44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Samux rayonu Hacallı kəndində yerləşən 0,1541 ha kənd təsərrüfatı təyinatlı örüş otlaq torpaq sahəsinin Samux rayonu Hacallı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2015-ci il tarixli ********** nömrəli reyestr qeydi ləğv edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 50709028 saylı dövlət aktına əsasən 63M saylı konturdan mülkiyyətlərinə verilmiş 25219,34 kv.m torpaq sahəsinə dair İddiaçı, X19, X22, X13 və X3 adlarına çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar