Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-375/2021 01.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X2, X10, X3, X4 və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X15, X5, X7, X16, X12, X11, X8, X9 və X20) qeydiyyatdan çıxarılma tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X15, X5, X7, X16, X12, X11, X8, X9 və X13 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması və şəxsiyyət vəsiqələrinin alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdehnə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı rəsmi müraciət etməmişdir. Həmçinin ev atalarının adında qaldığına görə vərəsələrin adına çıxarış alınması ilə bağlı razılığa gələ bilmirlər. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməmişdir və bu hal iddianın mümkünlük şərtlərindən birinin olmadığını deməyə əsas verir. Bundan başqa iddiaçı üçüncü şəxslərin ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmasını tələb etsə də, həmin mənzilin mülkiyyətçisi deyil, bu hal isə hazırki iddia ilə bağlı onun subyektiv hüququnun olmasını istisna edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, verilmiş iddia ərizələri üzrə ilkin olaraq iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı tərəfindən hazırki üçüncü şəxslərdən bir neçəsinə (X15, X5, X7, X16, X12 və X6) qarşı qaldırılmış iddia Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)- 366/2017 nömrəli qərarı ilə rədd edilmiş, qeyd olunan qərar Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-159/2017 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. İşin faktiki hallarından və yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı olduğundan və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, eləcə də, digər üçüncü şəxslərə münasibətdə iddianın üzrə mümkünlük şərtlərinə əməl edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-375/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-375/2021
01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver