Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-375/2022 20.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı İstehsalat-Kommersiya firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı İstehsalat-Kommersiya firması (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 30.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28.01.2021-ci il tarixli, **********144129 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı 29.09.2021-ci il tarixdə buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin 14.10.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-726/2021 nömrəli, 16.11.2021-ci il tarixli qərardadı ilə təmin edilərək buraxılmış prosessual müddət bərpa edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İstehsal-Kommersiya Firması VÖEN ********** yanacağın parakəndə satışı istiqamətində fəliyyət göstərmişdir. Ona məxsus yanacaq doldurma məntəqəsi Göygöl rayonu ərazisində, Gəncə Göygöl yolunda yerləşir, Firma yanacaq saxlama bazasına da malikdir. Cavabdeh tərəfindən İddiaçı İstehsal-Kommersiya Firması üzrə 24.12.2020-ci il tarixdə tərtib edilmiş **********141099 (qərarda 28.01.2021-ci il tarixli akt qeyd edilmişdir) saylı Səyyar vergi yoxlama aktı və onun əsasında 28 yanvar 2021-ci il tarixdə tərtib edilmiş **********144129 saylı qərar əsasında MMC-nin üzərinə düzgün olmayaraq, Əlavə dəyər vergisi üzrə 133.305, 84 manat məbləğində azaldılmış borcu və 66.652,92 manat maliyyə sanksiyası hesablanmış və üzərinə başqa vergi öhdəliyi qoyulmuşdur. Yoxlamanın keçirildiyi 2020ci ilin iyun-dekabr aylarında Firmanın direktoru X7 xəstəliyi ilə bağlı vəziyyəti ağırlaşdığından həkimlərin nəzarəti altında stasionar müalicədə olmuş, bir ilə yaxın müalicə davam etmiş, sağlamlığı 2021-ci ilin may ayında qismən bərpa olmuş, iyun ayında işə başlamışdır. Bu səbəbdən də yoxlamada iştirakı mümkün olmamış və yoxlamanın nəticələrindən xəbəri olmamışdır. Mübahisələndirilən qərarın ona təqdim edilməsi bu səbəbdən mümkün olmamışdır. Bu qərarın verilməsinə dair məsələ həll edilmiş, qərar ona 24.08.2021-ci il tarixdə təqdim edilmiş, lakin vergilərin hesablanmasına dair qərarın ləğv edilməsi və hesablanmış borc məsələsinə vergi ödəyicisinin rəhbərinin iştirakı ilə yenidən baxılması barədə cavabdehə müraciəti müsbət həll edilməmiş, bu barədə 24 avqust 2021-ci il tarixdə, **********266400 saylı məktubla imtina verilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərarın, iddiaçı Firma üzrə 2017- 2020-ci illər ərzində müəyyən edilmiş fəaliyyəti və fəaliyyətindən yaranmış vergilərin hesablandığına dair 28.01.2021-ci il tarixli səyyar vergi yoxlama aktının nəticələrinə görə qəbul edildiyi qeyd edilmişdir. Halbuki, Firmanın təsisçisinə təqdim edilmiş yoxlama Aktı 24.12.2020-ci il tarixdə tərtib edilmişdir. Aktda qeyd olunan müddətlərdə Firma üzrə yanacağın parakəndə satışı ilə bağlı gəlir və xərclərin dövriyyəsi düzgün göstərilməmiş, yanacaq dövriyyəsi və qalığı ilə bağlı yanlış hesablamalar aparılmışdır. Nəticədə Firmanın üzərinə əsassız olaraq 133.305,84 manat məbləğində Əlavə dəyər vergisi hesablanmışdır. Daha sonra isə qərar qəbul edilərkən, aktda qeyd olunan 133.305,84 manat ƏDV-nə 66.652,92 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan akt vergi ödəyicisinin rəhbərinin iştirakı olmadan bir tərəfli qaydada tərtib edilmişdir. Onun nəticəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən 28 yanvar 2021-ci il tarixli qərarın qəbul edilməsindən əvvəl vergi ödəyicisinin dəvət edilməsi, Firmanın rəhbərinin əsaslı səbəblərdən, yoxlamada iştirak etməsinin mümkün olmadığı nəzərə alınmadan (belə ki, yoxlama müddətində xəstəliyi ağırlaşdığından, müalicədə olduğundan, səyyar vergi yoxlama aktı təsisçiləri qeyd edilməklə tərtib edilmişdir) qərar qəbul edilmişdir. Akt və qərara görə hesablanmış vergilərin əsası kimi ona istinad edilmişdir ki, 06.10.2020-ci il tarixdə aparılmış inventarizasiya ilə Aİ 92 markalı 39313 litr, Aİ markalı 5543 litr və Dizel markalı 18594 litr faktiki yanacaq qalığının olduğu müəyyən edilmişdir. Lakin həmin tarixə sənəd üzrə qalıq benzin Aİ 92 - 39313 litr, Aİ - 5543 litr və dizel 18594 litr mal qalığı müəyyən edilmişdir. Eyni zamanda .06.2020-ci il tarixdən 06.10.2020-ci il tarixədək Benzin Aİ 92 - 770079 litr, Aİ 95 40300 litr və dizel 608902 litr mal alışı müəyyən edilmişdir. Bu hesabla da ümumilikdə Benzin Aİ 92 - 1086620,08 litr, Aİ 95 - 34757 litr və dizel 939504,34 litr mal kənarlaşması müəyyən edilmiş və Benzin Aİ 92 - 1086620,08 litr x **********64407 manat = 810360,74 manat, Benzin Aİ 95 - 34757 litr x **********88136 manat = 31811,49 manat və dizel 939504,34 litr x 4**********8814 manat = 461790,27 manat olmaqla ümumilikdə 1.303.962,5 anatdan 01.06.2020-ci il tarixdən 06.10.2020-ci il tarixədək olan 547.148,69 manat satış çıxılmaqla 756.813,81 manat ƏDV dövriyyə kənarlaşması müəyyən edilmişdir. Azaldıldığı güman edilən 756813,81 manat məbləğə 18% olmaqla 136.226,49 manat ƏDV hesablanmışdır. Göründüyü kimi ƏDV-nin hesablanmasının əsası kimi sənəd üzrə qalığın, inventarizasiya zamanı faktiki qalıqla uyğun gəlmədiyi müəyyən edilməsi olmuşdur, cavabdehin yoxlama ilə bağlı gəldiyi nəticəyə görə Firma üzrə 2020-ci ilin yanvar- may aylarında ümumilikdə satılmış yanacaqdan Benzin Aİ 92 - 1.086.620,08 litr benzin Aİ92, 34.757 litr Aİ 95 və 939.504,34 litr Dizel nəzərə hesaba alınmamışdır. Birincisi bu hesablama məntiqə uyğun deyildir. Çünki qeyd olunan yanvar-may ayları ərzində hesabda qeyd olunan yanacaqla yanaşı, həm də əlavə olaraq həmin həcmdə yanacağın satılması faktiki olaraq YDM-də texniki cəhətdən mümkün deyildir.Bu inventarizasiyanın natamam keçirilməsindən irəli gəlmişdir. Belə ki, Firma yanacağın satılmasını həyata keçirdiyi YDM-də mövcud çənlərdən başqa, yanacaq rezervlərinə əsasən özünə məxsus bazada mövcud əsas anbar çənlərində saxlayır. Lakin yoxlama zamanı aparılmış inventarizasiya ilə yalnız YDM-də olan çənlərdəki yanacaq ölçülüb, hesaba alınmışdır. Bazanın anbar çənlərində mövcud olan yanacaqlar hesaba alınmamışdır. Halbuki, yoxlama müddətinə həmin çənlərdə 1.200 ton civarında benzin və 940 ton dizel yanacağı mövcud olmuşdur. Lakin həmin qalıqlar nəzərə alınmamışdır. Yoxlama aktında firmanın vəzifəli şəxsləri qrafasında X8 və X9 qeyd edilmişdir. Halbuki, onlar firmanın təsisçiləridirlər, idarəçiliyinə rəhbərlik edən şəxs deyillər. Məhz buna görə onun iştirakı ilə bu məsələyə yenidən baxılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, işin aşağıdakı göstərilən faktiki və hüquqi əsaslarına görə iddiaçının nümayəndəsinin dəlilləri tamamilə əsassızdır, heç bir dəlili iş materiallarında olan sənədlərlə, həmçinin işin faktiki halları ilə təsdiqlənmir. Bu baxımdan cavabdeh tərəfindən qəbul edilmiş 28.01.2021 -ci il tarixli **********144129 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar mövcud vergi və digər sahəvi qanunvericilik aktlarının tələbləri gözlənilməklə qəbul edilyindən iddia tələbi təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd olunur ki, İddiaçı X6 14.06.2004-cü il tarixdə VÖEN-lə dövlət qeydiyyatına alınmış, 12.01.2013-cü il tarixli **********3 nömrəli ƏDV şəhadətnaməsi ilə Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən yoxlanılan dövrdə iddiaçı faktiki olaraq ixtisaslaşdırılmış mağazalarda (yanacaq doldurma məntəqələrində) motor yanacağının pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və açər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (cavabdehin) 07.07.2020-ci il tarixli **********137914 nömrəli Qərarı ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən iddiaçı barəsində təyin edilmiş səyyar vergi yoxlaması Firmanın əmlak, mənfəət, torpaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə 2017-2019-cu illəri, əlavə dəyər vergisi iyun 2017-may 2019-cu illəri, ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2017-2ci rüb 2020-ci illəri, MDSS-İşəgötürənlər- muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər (0111) 4-cü rüb 2018-2-ci 2019, MDSS-Muzdla işləyənləri işəgötürən sığortaedənlər (0112) 3-cü rüb 2019-4-cü rüb 2019-cu illəri, İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2018-4-cü rüb 2019-cu illəri əhatə etmişdir. Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən sözügedən Firmada xammalın, mal-materialların, hazır məhsulların və zəruri olan digər sərvətlərin inventarizasiyanın aparılması məqsədi ilə 02.10.2020-ci il tarixli, **********140547 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərar qəbul edilmişdir. Bildiririk ki, **********140547 nömrəli Qərara əsasən 06.10.2020-ci il tarixdə iddiaçının istifadəsində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində (Obyektin kodu:**********-76007), Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində (Obyektin kodu:**********- 101), Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda (Obyektin kodu:**********- 12) inventarizasiya aparılmış və nəticəsi 06.10.2020-ci il tarixli “əmlakın və digər qiymətlilərin inventarizasiyası akt”ları ilə rəsmiləşdirilmişdir. Mal qalığının yoxlanılması məqsədi ilə aparılmış inventarizasiya nəticəsində 39313 litr Aİ 92 Benzin, 5543 litr Al
95. 94 litr dizel müəyyən edilmişdir. Eyni zamanda 01.06.2020-ci il tarixdən 06.10.2020-ci il ə kimi 770079 litr Aİ 92 markalı Benzin, 40300 litr Aİ 95 markalı Benzin, 608902 litr dizel alışı müəyyən olunmuşdur. Ümumilikdə 1086620.08 litr Aİ 92 markalı Benzin, 57 litr Aİ 95 markalı Benzin, 907000,16 litr dizel kənarlaşması aşkar edilmiş və Aİ 92 alı Benzinə görə 1086620.08 litr*0.**********64407 manat=810360.74 manat, Aİ 95 markalı Benzinə görə 34757 litr*0.**********88136 manat=31811.49 manat və dizelə görə 100.16*0.4**********8814 manat =445567.46 manat olmaqla ümumilikdə 1287736.69 manatdan 01.06.2020-ci il tarixdən 06.10.2020-ci il tarixədək olan 547148.69 manat satış çıxmaqla 756813.81 manat ƏDV dövriyyə kənarlaşması müəyyən edilmişdir. Azaldılmış məbləğə 740588.0 manat *18%=133305.84 ƏDV hesablanmışdır. İddiaçı tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılarkən 2020- may ayı üzrə 133305.84 manat məbləğində əlavə dəyər vergisinin , 27.50 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması aşkar olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən iddiaçı barəsində 66666.67 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçı barəsində apardığı səyyar vergi yoxlaması prosedurunu, eləcə də mübahisələndirilən inzibati aktı vergi qanunvericiliyinin tələbləri daxilində icra etmişdir. İddia ərizəsində qeyd olunmuş dəlil olan “yoxlamanın firmanın rəhbəri olan X4 iştirakı olmadan aparılması, həmçinin aktda təsisçilərin adının qeyd edilməsi, habelə qərar qəbul edilməsi üçün onun-B.Məmmədovun dəvət edilməməsi”ilə bağlı bildiririk ki, bu dəlil yuxarıda qeyd edilmiş normativ tənzimləmə vasitələrinə, eləcə də işin faktiki hallarına uyğun deyil. Əvvəla onu qeyd edək ki, səyyar vergi yoxlaması ilə bağlı aparılan bütün icraat nəticəsində qəbul edilmiş qərarlar, aktlar birbaşa orqanın rəhbəri olan X7 tərəfindən imzalanmış və həmin sənədlərin hüquqi nəticələri onun tərəfindən qəbul edilmişdir. Cavabdeh təşkilatın 07.07.2020-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı, “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 07.07.2020-ci il tarixli, **********931800 nömrəli bildirişi, “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədləri təqdim olunması haqqında” 08.07.2020-ci il tarixli **********137937 nömrəli Tələbnamə şəxsən B.Məmmədova təqdim olunmuş, həmin sənədlərlə tanış edilmiş və bu sənədləri imzalamışdır. 29.07.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********138482 nömrəli Qərarla həmin şəxs tanış olmuş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol onun iştirakı ilə tərtib edilmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinin tələblərinə əsasən qəbul edilmiş “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında 31.08.2020-ci il tarixli **********139542 nömrəli Qərar, eləcə də “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” 05.10.2020-ci il tarixli **********140571 nömrəli, 12.11.2020-ci il tarixli **********656 nömrəli Qərarlar da şəxsən iddiaçı Firmanın rəhbəri tərəfindən qəbul edilmişdir. “Səyyar vergi yoxlamasının 28.01,2020-ci tarixli **********41099 nömrəli səyyar vergi yoxlaması” aktı iddiaçı Firmanın rəhbəri X7 tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bu hal həmin aktın 19-cu səhifəsində əks olunmuşdur. Sözügedən aktın 1.2-ci bəndində təsisçilər barədə məlumatın olunması heç də o demək deyil ki, səyyar vergi yoxlaması rəhbərin iştirakı olmadan aparılmışdır. Çünki 1.2-ci bənd yoxlamanın kimin iştirakı ilə aparılması ilə bağlı deyil. Məhz tərəfimizdən VM-nin 39.1 -ci maddəsinə əməl edilərək bilavasitə vergi ödəyicisinin rəhbəri B.Məmmədova səyyar vergi yoxlaması aktı təqdim edilmiş və onu imzası ilə imzalanmışdır. Qeyd edilən işin təkzibedilməz halları və müvafiq sənədlər onu deməyə əsas verir ki, iddiaçının nümayəndəsinin yoxlamada iştirak etməməsi ilə bağlı dəlilləri tamamilə əsassızdır. Səyyar vergi yoxlaması X4 iştirakı ilə aparılmışdır, iddiaçının vergi orqanında ona məxsus olan iş qovluğu məlumatlarında səyyar vergi yoxlamasının nəticəsində tərtib edilmiş aktla bağlı yazılı izahat və ya etirazı mövcud deyil. Əksinə iddiaçı barəsində tərtib edilmiş səyyar vergi yoxlaması aktı vergi ödəyicisinin rəhbəri X7 tərəfindən imzalanmış və hər hansı etiraz qeydi təqdim olunmamışdır. Məhz VM 39.7-ci maddəsindəki tənzimlənmə vergi ödəyicisinə səyyar vergi yoxlaması üzrə tərtib edilmiş aktdan etiraz bildirilməsi üçün qanunverici tərəfindən verilmiş hüquqi imkandır. Əgər vergi öədyicisi (fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri) bu imkandan istifadə etsə ondan vergi orqanı etiraz təqdim etmiş vergi ödəyicisini əvvəlcədən məlumat verməklə vergi orqanına dəvət etməli və işə onun iştirakı ilə baxmalıdır. Lakin hazırkı işdə belə bir iddiaçının etirazı və ya yazılı izahatı görsənmir. Belə olan halda cavabdeh inzibati orqan VM-nin 39.7, 49.1.1 -ci maddələrinin tələblərinə əsasən qanuni qərar qəbul etmişdir. Həmçinin, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yanacaq doldurma məntəqələrində yerləşən çənlərdən başqa ona məxsus olan digər anbarlarda neft pullarının olması, inventarizasiyanın yanlış keçirilməsi ilə bağlı dəlili də əsassızdır. Həm səyyar vergi yoxlaması aktına, həm də iddiçıya aid olan “Hüquqi şəxs haqqında məlumat”a nəzər yetirdikdə görmək olur ki, İddiaçı İKF-nin səyyar vergi yoxlamasının aparıldığı vaxtda Firmanın aktiv 1 anbarı (Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşir. Obyektin n. “**********-23002), 2 ədəd yanacaq doldurma məntəqəsi (Göygöl rayonu, Quşqara kəndində yerləşir. Obyektin kodu:********** -76007, digəri- Gəncə şəhəri, Yeni Gəncə qəsəsində yerləşir. Obyektin kodu:**********-23001) mövcud olmuşdur. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbar 06.08.2020-ci il tarixdə vergi orqanında uçota alınmışdır. 02.10.2020ci il tarixli, **********140547 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərara əsasən aparılmış inventarizasiya yuxarıda qeyd edilən bu 3 obyektdə aparılmışdır. Aparılmış inventarizasiyanın olaraq tərtib edilmiş “əmlakın və digər qiymətlilərin inventarizasiyası” haqqında 06.10.2020-ci il tarixli aktlara əsasən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda mal qalığı aşkar edilməmiş, Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma əsində 19023 litr Aİ 92 markalı Benzin, 2125 litr Aİ 95 markalı benzin, 16534 litr Dizel yanacağı, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən məntəqədə isə 20290 litr Aİ 92 Benzin, 3418 litr Aİ 95 markalı Benzin, 2060 litr Dizel yanacağı aşkar edilmişdir. Yoxlamaölçmə işləri Firmanın rəhbəri olan X4 və iştirakçıların iştirakı ilə aparılmış və müvafiq aktlar həmin şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda B.Məmmədov inventarizasiya prosesi ilə əlaqədar iltizam vermiş aktda əks olnunanların doğruluğunu bir daha təsdiq etmiş, Firmanın istifadəsində 3 obyektin olduğunu bildirmişdir. Həmçinin əlavə olaraq göstərmişdir ki, Firmaya məxsus olan başqa şəxsə məxsus saxlanmaya verilmiş malları yoxdur. Göründüyü kimi başqa anbarların olması ilə bağlı iddiaçının nümayəndəsinin (rəhbərin) irəli sürdüyü dəlillər əsaslı deyil. Həm özünün verdiyi iltizam, inventarizasiyanın yekunu olaraq tərtib edilmiş aktlar, yoxlama aktı, eləcə də İddiaçı İKF-yə aid olan hüquqi şəxs haqqında məlumatlar məcmu şəkildə onu deməyə əsas verir ki, iddiaçının yoxlama aktında istinad edilən obyektərdən başqa anbarı olmamışdır. İddiaçının nümayəndəsinin növbəti dəlili “Firmanın təsisçisində 24.12.2020-ci il tarixli akt olmasına baxmayaraq mübahisələndirilən qərar 28.01.2021-ci il akta istinad edilmişdir.” Bununla bağlı qeyd edirik ki, VMnin 49.1.3-cü maddəsinə əsasən iddiaçı barəsində 26.01.2021-ci il tarixli **********144032 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərar əsasında 28.01.2021-ci il tarixli “Səyyar vergi yoxlaması haqqında akt” tərtib edilmişdir. Bu hal da VM-49.1.3-cü maddəsinə əsasən tam qanuni bir hərəkətdir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X10 etirazda yazılanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış bildiriş, cavabdehin 28.01.2021-ci il tarixli, **********144129 nömrəli qərarı, **********142837 nömrəli protokol, 06.10.2020-ci il tarixli, **********156200 nömrəli tələbnamə, 24.12.2020-ci il tarixli, **********141099 nömrəli və 06.10.2020-ci il tarixli aktlar, 06.10.2020-ci il tarixli iltizam, cavabdehin 27.12.2021-ci il tarixli, **********914900 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i:
Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyildir. İşin faktiki hallarından görünür ki, İddiaçı İstehsalat-Kommersiya firması ********** X2 nömrəsi ilə qeydiyyatdan keçən vergi ödəyicisidir. 24.12.2020-ci il tarixli, **********141099 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə azaldılmış 111634,02 manat mənfəət vergisinin 50 faizi miqdarında, yəni 55817,01 manat, 2018-ciil üzrə azaldılmış 45542,52 mant mənfəət vergisinin 50 faizi miqdarında, yəni 22771,26 manat, 2020-ci ilin may ayı üzrə azaldılmış 136231,889 manat ƏDV-nin 50 faizi miqdarında, yəni 68115,95 manat maliyyə sankiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin 28.01.2021-ci il tarixli, **********144129 nömrəli qərararından görünür ki, İddiaçı X1 ödəyicisi tərəfindən 2020-ci il üzrə əlavə dəyər vergisi 133305,84 manat azaldıldığı üçün 66652,92 manat maliyyə saknsiyası və 2017-ci il üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan gəlir vergisinin məbləği 27.50 manat azaldıldığı üçün 13.75 manat maliyyə sanksiyası tətbiq edilməyi qərara alınmışdır. Həmin X3 tərəfindən 28.01.2021-ci il tarixdə imzalanaraq qəbul olunmuşdur. **********156200 nömrəli tələbnamədən görünür ki, əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları-133333.34 manat , vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 6666,67 manat və büdcəyə ödənilməli olan cəmi məbləğ 200000,01 Azərbaycan manatın 5 gün müddətində yerli xəzinə orqanına ödənilməlidir. Həmin tələbnamə X7 tərəfindən 28.01.2021-ci il tarixdə imzalanaraq qəbul olunmuşdur. İddiaçı İKF-na məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsindəki anbarda inventarizasiya aparılması ilə bağlı 06.10.2020-ci il tarixli əmlakın və digər qiymətlilərin inventarizasiya Aktında görünür ki, mal qalığı aşkar edilməmişdir. X17 tərəfindən imzalanmışdır. İddiaçı İKF-na məxsus Gəncə şəhəri, Quşqara qəsəbəsindəki anbarda inventarizasiya aparılması ilə bağlı 06.10.2020-ci il tarixli əmlakın və digər qiymətlilərin inventarizasiya Aktında görünür ki, Ai 92 markalı yanacaq-19023 litr, Aİ95 markalı yanacaq-2125 litr, Dizel yanacağı isə 16534 litr müəyyən edilmişdir. X17 tərəfindən imzalanmışdır. Dostluq” İKF-na məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Lukoil YDM-də inventarizasiya aparılması ilə bağlı 06.10.2020-ci il tarixli əmlakın və digər qiymətlilərin inventarizasiya Aktında görünür ki, Ai 92 markalı yanacaq-20290 litr, Aİ95 markalı yanacaq-3418 litr, Dizel yanacağı isə 2060 litr müəyyən edilmişdir. X17 tərəfindən imzalanmışdır. 06.10.2020-ci il tarixli, ünvan 1 ünvanlanmış iltizamdan görünür ki, firmaya məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində ünvanında yerləşən YDM-də Aİ92- 20290 litr, Aİ 95 3418, Dizel 2060 litr, Göygöl rayonu Quşqara kəndində yerləşən YDM-də Aİ 92 19023 litr, Aİ 95 -2125 litr, dizel 16534 litr mal qalığı mövcuddur. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 1290 ton tutumu olan çənlərdə mal (yanacaq) yoxdur. Firmaya məxsus olan və başqa şəxsə məsul saxlamaya verilmiş mallar yoxdur. Eyni zamanda digər şəxsə məsul olan İddiaçı İKF-ya məhsul saxlamaya verilmiş mal-matrial yoxdur. Firmada məsul şəxsdir. **********142837 nömrəli Protokoldan görünür ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərara əsasən götürülmə hərəkəti həyata keçrilmiş, Məmmədov Babək Şirvan oğlu götürülməsi həyata keçirilən sənədlər və əşyalar könüllü surətdə təqdim etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Maddə 39.7 Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarına və maddi hüquq normalarına nəzərən məhkəmə qeyd edir ki, “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərara əsasən aparılmış inventarizasiya yuxarıda qeyd edilən 3 obyektdə aparılmışdır. Aparılmış inventarizasiyanın olaraq tərtib edilmiş “əmlakın və digər qiymətlilərin inventarizasiyası” haqqında 06.10.2020-ci il tarixli aktlara əsasən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən anbarda mal qalığı aşkar edilməmiş, Göygöl rayonu, Quşqara kəndində yerləşən yanacaq doldurma məntəqəsində 19023 litr Aİ 92 markalı Benzin, 2125 litr Aİ 95 markalı benzin, 16534 litr Dizel yanacağı, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən məntəqədə isə 20290 litr Aİ 92 Benzin, 3418 litr Aİ 95 markalı Benzin, 2060 litr Dizel yanacağı aşkar edilmişdir. Yoxlama-ölçmə işləri Firmanın rəhbəri olan X4 və iştirakçıların iştirakı ilə aparılmış və müvafiq aktlar həmin şəxslər tərəfindən imzalanmışdır. B.Məmmədov inventarizasiya prosesi ilə əlaqədar iltizam aktda əks olnunanların doğruluğunu bir daha təsdiq etdiyindən və iddiaçının iddiasının əsasını bu təşkil etdiyindən Firmanın istifadəsində 3 obyektin olduğunu bildirdiyindən cavabdehin qərarı qanuni və əsaslıdır. Göstərilən maddi hüquq normalarına istinadən məhkəmə qeyd edir ki, iddiaçının barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28.01.2021-ci il tarixli, **********144129 nömrəli qərarı haqlı olaraq tətbiq edilmişdir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı İstehsalat-Kommersiya firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28.01.2021-ci il tarixli, **********144129 nömrəli qərarının ləğv edilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Usaməddin Osmanov