Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3754/2023 03.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmrin qismən etibarsız hesab edilməsi və əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 12 mart 2008-ci il tarixli, 10/10 nömrəli əmrinin ona aid hissədə etibarsız hesab edilməsi, müharibə veteranı kimi qanunda nəzərdə tutulmuş güzəştlər tətbiq edilməklə 2003-cü ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək işlədiyi müddətdə əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə zalında əyləşmiş şəxs iddiaçının oğlu olduğunu, iddiaçının öldüyünü bildirdi və ölüm haqqında tibbi şəhadətnaməni təqdim etdi. Məhkəmə hesab edir ki, iddiaçı öldüyündən və hazırki hüquq münasibətlərində hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında tibbi şəhadətnamə”dən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü və Mülki Prosessual Məcəlləsinin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmrin qismən etibarsız hesab edilməsi və əmək haqqından əsassız olaraq tutulmuş vergi məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3754/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3754/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver