Məhkəmə qərarları › İş №2-1(114)-3768/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3768/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3768/2025 23.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “X2 başçılığı ilə” X4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13rşı (üçüncü şəxs Şəmkir rayon Şəmkir Bələdiyyəsi) “qeydin ləğvi və torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı “X2 başçılığı ilə” X4 rəhbəri X1, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 nümayəndəsi X5, Üçüncü şəxs Şəmkir rayon Şəmkir Bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı “X2 başçılığı ilə” X4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13rşı (üçüncü şəxs Şəmkir rayon Şəmkir Bələdiyyəsi) “qeydin ləğvi və torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən **********62 reyestr nömrəli 1.14 ha kənd təsərrüfatı təyiantlı torpaq sahəsi (tam) üzərində “X2 başçılığı ilə” X4 adına xeyrinə hüquq yüklü və Şəmkir Rayon İcra Hakimiyyətinin adına hüququ yüklü xx.xx.2024cü il tarixdə ********** nömrə ilə qeydiyyatı aparılmış, əsas öhdəliyin mahiyyəti və icra müddəti olaraq Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-177/2023 nömrəli qərarı və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 102 nömrəli sərəncamı göstərilmişdir; - “X2 başçılığı ilə” X4 nizamnaməsi xx.xx.1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.

2. Üçüncü şəxs Şəmkir rayon Şəmkir Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 8/43 nömrəli münasibətə əsasən, bələdiyyə mülkiyyətinə aid 4.93 ha torpaq sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmış və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları Haqqında” Əsasnamənin 22-ci bəndinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məcələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X9 mülkiyyəti kimi xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış və AN855274 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015- ci il 30 sentyabr tarixli Qanunun tətbiqi barədə sərəncam imzalanmışdır. İddiaçı X3 göstərilən qanunun 188.1 maddəsini pozaraq bələdiyyə mülkiyyətinə aid olan 4.93 ha torpaq sahəsində mülkiyyət, icarə və ya istifadə hüququ olmadan özbaşına əkin işləri aparmışdır. Göstərilən 4,93 ha torpaq sahəsi bələdiyyənin ehtiyacları üçün nəzərdə tutulur. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2022-ci il tarixli, A 855274 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Şəmkir rayonu Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha torpaq sahəsinin hüquq sahibi Şəmkir rayon X10; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən **********85 reyestr nömrəli torpaq sahəsi üzərində Şəmkir rayon X9 tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

3. Məhkəmə araşdırmasına əsasən: - Şəmkir rayon X12 xx.xx.2021-ci il tarixli, 08 nömrəli protokolundan çıxarışa əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə bələdiyyə ərazisində yerləşən 4.93 ha əkin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması barədə qərar qəbul edilmişdir; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2-1476/2023 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş mütəxəssis rəyinə (hakim Fikrət Hüseynovun icraatı) əsasən, Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən X2 başçılığı ilə X7 verilmiş və faktiki istifadəsi kimi təqdim etdiyi (iddia etdiyi) 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri ilə üst-üstə düşmür, Şəmkir Rayon İcra Hakimiyyəti üzrə 102 №-li, 23 iyun 1996-cı il tarixli sərəncamla Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan 166 ha ərazinin hüdudları daxilində yerləşən X2 başçılığı ilə X4 istifadəsi kimi iddia edilən və göstərilən 35.47 ha torpaq sahəsi boşdur, həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş və müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş BEF torpaq sahəsidir. - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-177/2023 nömrəli qərarına (hakim Fikrət Hüseynov) əsasən, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən “X2 başçılığı ilə” X7 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində “X2 başçılığı ilə” X4 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. - Qərardan cavadbeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-688/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(114)-177/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır; - Qərardan cavadbeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-3028/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-688/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarına (hakim Ruhiyə Tağıyeva) əsasən, X9 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilmişdir; - Qərardan cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixli, 2-1(104)-497/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsinə münasibətdə imtina olunmuş, mümkün sayılmamış və şikayətin qəbulundan imtina olunmuşdur.

4. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarı; - məhkəmə araşdırmasına dair sənədlər. b) Tərəflərin ərizəsi, etirazı, iştirakı və aralıq məhkəmə aktları

8. İddiaçı “X2 başçılığı ilə” X11 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Şəmkir rayon X9 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Tələb onunla əsaslandırmışdır ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli sərəncamı ilə Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətinin balansına götürülmüşdür. Həmin sərəncama əsasən, A.R. Torpaq Məcəlləsinin 60-cı maddəsinin və “X11 haqqında” A.R. Qanununun tələblərinə əsasən “Çaykənd” sovxozunun ərazisində müəssisə yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Sözügedən sərəncamın digər bəndinə əsasən, Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən 35 ha torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. İddiaçı ayrılmış torpaq sahəsinə dair hüququnun qeydə alınması məqsədilə xx.xx.2022-ci il tarixdə cavabdeh A.R. İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyindən, cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq məhkəmədən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-177/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən müəssisəyə ayrılmış 35 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində müəssisənin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarından cavabdeh tərəfindən verilmiş Gəncə Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-177/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minməklə cavabdeh tərəfindən icra edilərək, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən müəssisəyə ayrılmış 35 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində müəssisənin istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçıya çıxarışlar verilmişdir. Bundan sonra iddiaçı həmin cavabdeh inzibati orqana müraciət edərək, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Şəmkir Rayonunun X9 adına aparılmış mülkiyyət nüququ qeydinin ləğv edilməsini və həmin torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuzdur və müəssisənin qanunla qorunan hüququnun pozulmasına səbəb olur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə nəinki iddiaçının hüququnu qeydə almış, hətta heç bir qanuni əsas olmadan iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə xx.xx.2022-ci il tarixdə hazırki iş üzrə üçüncü şəxs Şəmkir rayon X9 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, həmin üçüncü şəxsə bu barədə dövlət reyestrindən çıxarış vermişdir. İddiaçı qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya torpaq sahəsi ayrılarkən üçüncü şəxs - bələdiyyənin mövcud olmadığını bilə-bilə və iddiaçı hüququnun qeydə alınmasını tələb etdikdən 10 ay sonra üçüncü şəxs Şəmkir Rayonunun X9 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh inzibati orqan yol verdiyi kobud qanun pozuntusu düzəltmək əvəzinə, hazırki iş üzrə iddiaçının müraciətini təmin etməkdən əsassız imtina etmişdir. Odur ki, iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğundan inzibati məhkəmə icraatı qaydasında cavabdeh inzibati orqanın iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə (4.93 ha) üçüncü şəxs Şəmkir rayon X9 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin qeydin ləğv edilməsi və həmin torpaq sahəsinə onun istifadə hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəmkir rayon X15 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəmkir rayon X9 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəmkir rayon Şəmkir Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

13. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “Şəmkir rayon X9 adına verilmiş Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə aparılmış ********** qeydiyyat və **********85 reyestr nömrəli qeydin ləğv edilməsi və Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

14. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Şəmkir rayon X16 11 saylı Şəmkir Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, 23 nömrəli məktubu, xx.xx.2021-ci il tarixli 08 saylı protokolundan çıxarışı və Kənd təsərrüfatı məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, isifadəyə, icarəyə verilməsi nəzərdə tutulan Şəmkir rayonu, Yeni Göyçə kəndi ərazisində yerləşən 49300 kv.m (4.93 ha) torpaq sahəsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Qazax Ərazi Şöbəsi tərəfindən təsdiqlənmiş rəyi təqdim edərək, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli çıxarış almışdır. Hesab edilmişdir ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. İddiaçı X1 iddiası əsassızdır, belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-117/2023 saylı qərarı ilə sözügedən iş üzrə hüquqi qiymət verilmişdir. Qeyd olunan 4.93 ha torpaq sahəsi istisna olmaqla torpaq sahəsinin mülkiyyətə alınması öhdəliyinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuş, qərar tərəflərindən icra edilmişdir.

15. Məhkəmə iclasında iştirak etmiş iddiaçının rəhbəri iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs nümayəndəsi məhkəməyə təqdim edilən münasibətə oxşar izahat vermiş, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

18. İlk öncə məhkəmə onu vurğulamağı zəruri hesab edir ki, hazırda iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Bu kimi iddialarda qanunvericiliyin əsas tələbi məhkəməyə müraciət etməmişdən öncə eyni tələblə cavabdeh inzibati orqana müraciət etməkdir.

19. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən tələblərlə bağlı inzibati orqana müraciət etməsə də, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-2692/2025 nömrəli etirazında iddia predmeti olan qeydin qanunu olduğunu bildirmiş, iddianın təmin edilməməsi xahiş etmişdir. Prosesssual qənaət prisipini, həmçinin iddiaçının iddia münasibətini bildirdiyindən məhkəmə iddia mümkün iddia hesab edir. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

20. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1.Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2.Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblə 11.1.Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

25. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli, F-144 əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20n Nizamnaməsi

1. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.

2. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək;

3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək;

26. İddiaçının əsas hüquqi marağı üçüncü şəxsin adına işlənmiş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi və həmin torpaq sahəsi üzərində öz istifadə hüquqlarının qeydə alınmasıdır.

27. Belə ki, 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən “X2 başçılığı ilə” X7 35 ha torpaq sahəsi ayrılmışdır.

28. İddiaçının müraciəti əsasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-177/2023 nömrəli qərarına (hakim Fikrət Hüseynov) əsasən, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri” adlanan ərazidən “X2 başçılığı ilə” X7 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində “X2 başçılığı ilə” X4 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmiş, qeyd edilmiş qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qərar öz qanuni qüvvəsini almışdır.

29. İş üzrə inzibati icraat materiallarının araşdırması zamanı məlum olmuşdur ki, Şəmkir rayon X12 xx.xx.2021-ci il tarixli, 08 nömrəli protokolundan çıxarışa əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə bələdiyyə ərazisində yerləşən 4.93 ha əkin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması barədə qərar qəbul edilmiş, bunun əsasında da bələdiyyənin adına xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********85 reyestr nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir.

30. Daha sonra iddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsinə bələdiyyə qərarının ləğvi ilə bağlı müraciəti olmuş, müraciəti əsasında iddia tələbi təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarına (hakim Ruhiyə Tağıyeva) əsasən, X9 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilmişdir, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, qərar öz qanuni qüvvəsini almışdır.

31. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırda mübahisələndirilən 4.93 ha torpaq sahəsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-177/2023 nömrəli qərarında xüsusi olaraq istisna edilmiş, belə ki, qeyd olunan torpaq sahəsi üzərində Şəmkir rayon Göyçə Bələdiyyəsinin mülkiyyət hüququ artıq qeydiyyata alınmış idi.

32. Bunun davamı olaraq, iddiaçı tərəfindən həmin mübahisələndirilən 4.93 ha torpaq sahəsinin qeyd aparılmasına əsas olmuş X9 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edilmiş və məhkəmə sözügedən bələdiyyə qərarının ləğvi barədə qərar qəbul etmişdir.

33. Beləliklə, 4.93 ha torpaq sahəsinin qeydə alınmasına səbəb olmuş X9 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərar ləğv edildiyindən və məhkəmə hesab edir ki, çıxarışın qeydə alınmasına səbəb olan bələdiyyə qərarı da ləğv edildiyindən çıxarışın hər hansısa bir hüquqi qüvvəsi qalmamışdır.

34. Son olaraq, məhkəmə hesab edir ki, üçüncü şəxsin adına aparılmış mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli reyestr qeydi ləğv edilməlidir.

35. Mübahisə predmeti olan torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X20n 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-40/2-1476/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində Şəmkir rayonu, Çaykənd kəndində yerləşən “Orlonun yeri”adlanan ərazidən X2 başçılığı ilə X7 verilmiş və faktiki istifadəsi kimi təqdim etdiyi (iddia etdiyi) 35.47 ha torpaq sahəsi ilə JN-90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99 saylı torpağa dair mülkiyyət hüququna dair Dövlət Aktları ilə müəyyən edilmiş torpaq sahələri üst-üstə düşmədiyi, Şəmkir Rayon İcra Hakimiyyəti üzrə 102 №-li, 23 iyun 1996-cı il tarixli sərəncamla Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan 166 ha ərazinin hüdudları daxilində yerləşən X2 başçılığı ilə X4 istifadəsi kimi iddia edilən və göstərilən 35.47 ha torpaq sahəsi boşdur, həmin torpaq sahələri bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş və müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş BEF torpaq sahəsi olduğu qeyd edilmişdir.

36. Həmin rəy üzrə hazırdamübahisə predmeti olan 4.93 ha hissəsi istisna olmaqla, iddiaçının istifadə hüququnun qeydiyyata alınması barədə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-177/2023 nömrəli qərarı qəbul edilmiş, qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

37. Həmin qərar qəbul edilərkən mövcud olan imtina əsasları hazırda da mövcuddur (müəyyən hissəsi bələdiyyənin adına reyestrdən çıxarışla rəsmiləşdirilmiş hissəsi istisna olunmaqla). Bu səbəbdən də məhkəmə əlavə olaraq mütəxəssis rəyinin alınmasına zərurət görmür.

38. Beləliklə, bütün yuxarıda qeyd şərh olunanlardan görünür ki, cavabdeh tərəfindən Şəmkir rayonu Yuxarı Çaykənd kəndində yerləşən 4,93 ha kənd təsərrüfatı təyinatlı ehtiyat fondu torpaqları sahəsinin Şəmkir rayon X9 mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli reyestr qeydi qanunsuz olmuşdur. Bu səbəbdən də sözügedən qeyd ləğv edilməlidir.

39. Həmin hissədə iddia təmin edildiyinə və sözügedən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydiyyata alınmasına əsas ola biləcək hallar aşkar edilmədiyinə iddia tələbi Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha torpaq sahəsi üzərində iddiaçı “X2 başçılığı ilə” X4 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də təmin edilməlidir.

Nəticəvi hissə:

40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilsin. Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha ehtiyat fond torpaq sahəsinin Şəmkir rayonu X9 mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli reyestr qeydi ləğv edilsin. Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha torpaq sahəsi üzərində iddiaçı “X2 başçılığı ilə” X4 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X20n üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar