Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3769/2025 16.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı «borcun silinməsi, imtahanların keçirilməsi, diplomun verilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı «borcun silinməsi, imtahanların keçirilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək əsassız hesablanmış 775,33 manat borcun "yay" məktəbi üçün ödədəyi 325 manat və "alt qrup" üçün ödədiyi 217 manatla əvəzlənərək silinməsi, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində təyin edilərək keçirilmiş, lakin təhsil haqqı borcunun olmasını əsas gətirərək imtahanlarda iştirak etməyinə icazə vermədikləri "Nəqliyyat hüququ" (5 kreditlik) və "Nəqliyyat daşımalarının texnologiyası" (6 kreditlik) fənlərindən əlavə heç bir ödəniş tələb edilmədən imtahan vaxtları təyin edilərək imtahan götürülməsi, vaxtında "parttime" sistemə keçirilməməyi səbəbindən kredit borcu yaranmış - "Kompüter qrafikası" (8 kreditlik) fənni üzrə ödədiyi təhsil haqqından əlavə "Alt qrupa"a görə heç bir ödənişin tələb edilməməsi, həmin kredit ödənişindən azad olunmağı vəzifəsinin Azərbaycan Texnologiya Universitetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Yüngül sənaye mühəndisliyi və logistira” fakültəsinin “Logistika və nəqliyyat texnologiya mühəndidliyi” ixtisasının əyani şöbəsinə daxil olmuşdur. 2022-ci ildən tələb etməyinə baxmayaraq, 2023-cü ilin fevral ayından təhsilə qismən cəlb olunmaqla “parttime” təhsil formasında təhsilini davam etmişdir. 2024-cü ilin fevral ayından may ayınadək "parttime" təhsil formasında 3 fəndən dərslərin tədris olunması barədə müraciət etmiş, lakin ona 3 fənn deyil, 2 fəndən dərslər tədris olunmuşdur. Bildirir ki, "parttime" təhsil sistemində təhsil haqqı tədris olunduğu fənlərin sayına bölünərək ödənilir. Onun illik təhsil haqqı 1300 AZN-dir. Hazırda o, "parttime" təhsil sistemində təhsil kreditinə uyğun olaraq təhsil haqqını ödəmiş və heç bir borcu yoxdur. İki tədris fənnində iştirak edib təhsil kreditini toplasa da, lakin həmin fənnlər üzrə imtahana buraxılmamış və ona bildirmişlər ki, onun 775,33 (yeddi yüz yetmiş beş manat otuz üç qəpik) manat təhsil haqqı borcu var. Universitet onu imtahana buraxmır və nəticədə süni surətdə kredit borcları yaradır və nəticədə o, əlavə təhsil haqqı ödəməli olur. Bundan başqa, 2023-cü ildə onu yay məktəbinə salmışlar, həmin zaman əsas fənn yay məktəbinə salınmalı olmadığı halda yay məktəbinə salınmış və onun tərəfindən 325 manat (yay məktəbi ödənişi) ödənmişdir. O, həmin 325 manat yay məktəbi ödənişinin təhsil haqqı ilə əvəz edilməsini tələb etsə də, onun müraciətinə cavab verilməmişdir. O, subbakalavr qaydasında universitetə daxil olmuş, orta ixtisas təhsil müəssisəsində tədris olunan fənnlər ali təhsil müəssisində tədris olunan zaman güzəşt edilməli olduğu halda, bu güzəştlər də ona tətbiq edilməmişdir. 2023-cü ilin fevral ayından "parttime" sisteminə keçmiş, 2022-ci ilin sentyabr ayından dekabr ayına qədər dəfələrlə "parttime" sistemə keçməklə bağlı müraciətlər etməyinə baxmayaraq, əyani təhsil almışdr. Lakin anasının onkoloji xəstə olması səbəbindən dərsə gedə bilməmişdir. Buna görə də ona kredit borcu yaranmış, sonradan 4 fənndən bir fənn yay məktəbində tədris olunmuş, digər 3 fənndən 2 fənn isə "alt qrup"la tədris olunmuş, buna görə ondan 217 manat kredit haqqı alınmış, digər 1 fənn (kompüter qrafikası; 8 kreditlik) isə hələ də tədris olunmamışdır. Bildirir ki, belə olduqda o, bir fənn üçün iki dəfə təhsil haqqı ödəmiş olur, lakin yuxarıda da qeyd etdiyi kimi, onun borcu yoxdur və bütün ödədiyi məbləğlərin qəbzləri hazırda ondadr. Qeyd edilənləri əsas gətirərək ona əsassız yazılmış 775,33 manat borcun "yay" məktəbi üçün ödədəyi 325 manat və "alt qrup" üçün ödədiyi 217 manatla əvəzlənərək silinməsi; xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində təyin edilərək keçirilmiş, lakin təhsil haqqı borcunun olmasını əsas gətirərək imtahanlarda iştirak etməyinə icazə vermədikləri "Nəqliyyat hüququ" (5 kreditlik) və "Nəqliyyat daşımalarının texnologiyası" (6 kreditlik) fənlərindən ondan əlavə heç bir ödəniş tələb edilmədən imtahan vaxtları təyin edilərək imtahan götürülməsi, vaxtında "parttime" sistemə keçirilməməsinin səbəbindən kredit borcu yaranmış - "kompüter qrafikası" (8 kreditik) fənni üzrə ödədiyi təhsil haqqından əlavə ondan "Alt qrupa"a görə heç bir ödənişin tələb edilməməsi, həmin kredit ödənişindən azad olunmağı vəzifəsinin Azərbaycan Texnologiya Universitetinin üzərinə bir vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1319/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə mübahisə olmadığından icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-259/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1319/2025 saylı qərardadı ləğv edilmiş, iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələblərinin tam təmin edilməsi ilə yanaşı, ali təhsil haqqında diplom və ona əlavənin heç bir əlavə ödəniş tələb edilmədən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh orqana qarşı olan bütün tələbləri təmin edilmişdir. Sadəcə olaraq əlavə etdiyi ödənişlər var ki, onları tələb edəcəkdir. Əgər vaxtında işə baxılsa bu kimi hallarla da üzləşmiyəcəkdir. İşin baxılmasının uzanması onu maddi ziyana uğramışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığındaniş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında işin halları müzakirə edilən zaman iddia tələblərinin hər bir hissəsinin cavabdeh orqan tərəfindən icra edilib-edilməməsi araşdırılmışdır. İddiaçı bununla bağlı verilən suallara cavab olaraq göstərmişdir ki, bütün tələbləri artıq icra edilmişdir. Sadəcə olaraq iddiaçı narazılığını onda ifadə etmişdir ki, işə daha tez baxılsa 195 manat, 174 manat və 64 manat əlavə ödənişlər etməyəcəkdir. Bu gunki narazılığı yalnız bundan ibarətdir. Həmin ödənişləri isə əlavə bir il əlavə oxumamaq üçün etmişdir. Göründüyü kimi iddia tələblərinin bütün hissələri cavabdeh orqan tərəfindən icra edilmiş və mövcud tələblər üzrə hər hansı mübahisə qalmamışdır. Yaranmış mübahisə yalnız iddiaçı tərəfindən edilən ödənişlərlə bağlıdır ki, bu da hazırki iddia tələbi çərçivəsində araşdırıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 67, 81.1 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı «borcun silinməsi, imtahanların keçirilməsi, diplomun verilməsi» tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3769/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3769/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver