Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-377/2022 15.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı mərhum həyat yoldaşı X2 ilə aralarında bağlanmış Ağdam rayonu Nəmirli icra nümayəndəliyində 1962-cı il yanvar ayında 3 saylı nikah akt qeydi ilə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə səhvən qeyd edilmiş «Abdullayev» Camal Bayram oğlu soyadının əvəzinə «Camalov» Camal Bayram oğlu kimi və doğum tarixinin 16.04.1937-ci il əvəzinə xx.xx.1932-ci il kimi qeyd edilməklə sənədin (nikah haqqında şəhadətnamənin) ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq Müəyyən etdi: İddiaçı 21.06.2021-ci il tarixli ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X2 ilə aralarında bağlanmış Ağdam rayonu Nəmirli icra nümayəndəliyində 1962-cı il yanvar ayında 3 saylı nikah akt qeydi ilə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə səhvən qeyd edilmiş «Abdullayev» Camal Bayram oğlu soyadının əvəzinə «Camalov» Camal Bayram oğlu kimi və doğum tarixinin 16.04.1937-ci il əvəzinə xx.xx.1932-ci il kimi qeyd edilməklə sənədin (nikah haqqında şəhadətnamənin) ona məxsus olması faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin 26.07.2021-ci il tarixli 2(061)-1045/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki iş baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 13.10.2021-ci il tarixli 2(104)-3639/2021 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli 2(061)-1045/2021 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tərtər Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli 2(061)-1045/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmiş, 07.12.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bundan sonra məhkəmənin 09 dekabr 2021-ci il tarixli və 19 yanvar 2022-ci il tarixli (təkrar) sərəncamları ilə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) nəzərinə «iddia ərizənizdə hazırki mübahisə ilə əlaqədar cavabdeh inzibati orqana (Ağdam rayon Qeydiyyat şöbəsinə) müraciət edilməsi və həmin müraciətə imtina cavabı verilməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməməsi çatdırılmış, izah olunmuşdur ki, tələbinə cavab verməli orqana müraciət etməklə həmin orqandan müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət olunması, həmçinin X2 ilə aralarında bağlanmış Ağdam rayonu Nəmirli icra nümayəndəliyində 1962-ci il yanvar ayında 3 saylı nikah akt qeydi ilə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə səhvən qeyd edilmiş X1 əvəzinə İddiaçı və doğum tarixinin 16.04.1937-ci il əvəzinə xx.xx.1932-ci il kimi qeyd edilməsi tələbi ilə bağlı iddia ərizəsinin tərtib edilməklə məhkəməyə müraciət olunması təklif olunmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin qanunun tələblərinə uyğunlaşdırmaq üçün iddiaçıya 10.02.2022-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Təyin edilmiş müddətdə iddiaçı ərizəsini qanunvericiliyin tələbinə uyğunlaşdırmamış, iddiaçı göstərilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı cavabdeh Ağdam rayon Qeydiyyat şöbəsinə qarşı mərhum həyat yoldaşı X2 ilə aralarında bağlanmış Ağdam rayonu Nəmirli icra nümayəndəliyində 1962-cı il yanvar ayında 3 saylı nikah akt qeydi ilə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədə səhvən qeyd edilmiş «Abdullayev» Camal Bayram oğlu soyadının əvəzinə «Camalov» Camal Bayram oğlu kimi və doğum tarixinin 16.04.1937-ci il əvəzinə xx.xx.1932-ci il kimi qeyd edilməklə sənədin (nikah haqqında şəhadətnamənin) ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-377/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-377/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver