Məhkəmə qərarları › İş №2-1(114)-3781/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3781/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3781/2023 02.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydinin ona məxsus olması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən bu qəbildən olan işlərin baxılması ümumi (rayon) məhkəmələrin səlahiyyətindədir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən hesab edirəm ki, hazırki ərizə üzrə tələb özəl hüquq münasibətlərini tənzimləyən hüquq normaları vasitəsilə nizama salınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmçinin qeyd edilməlidir ki, işdə olan Cavabdeh məktubundan görünür ki, iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlə doğum haqqında akt qeydində olan qeydlərdə ziddiyət mövcuddur. Qeyd olunanalara əsasən iddiaçıya izah olunur ki, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı Cavabdehnə müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar