Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3783/2024 14.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qanuni nümayəndə1 ilə X4 xx.xx.1998-ci il tarixdə nikahlarını bağlanmış, bu barədə nikahın bağlanması haqqındaakt qeydləri kitabında 02 nömrə ilə qeyd aparılmış, nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir (xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ №768432 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən). İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 600 nömrə ilə qeyd aparılmış, ata qrafasında Qanuni nümayəndə1, ana qrafasında Qanuni nümayəndə2 göstərilmişdir (xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İİ №039333 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən). İddiaçı ünvan 4ində qeydiyyatda olmaqla, cavabdehdə olan məlumata əsasən ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır (Elektron Məhkəmə sorğu Sistemi və cavabdehin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-2448/2024 nömrəli məktubuna əsasən). Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 xx.xx.1992-ci il tarixdən Qazax rayonunun Aşağı Əskipara kəndindən məcburi köçkündürlər (Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-58/2-1168/2024 nömrəli məktubuna əsasən). Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Qanuni nümayəndə1 AA seriyalı 128438 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Elektron Məhkəmə Sorğu Sistemindən çıxarışa əsasən Qanuni nümayəndə1 statusu qüvvədədir. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2001-ci il tarixli qərarına əsasən Kərimova (Seyidova) Savad Həmid qızına AA seriyalı 043982 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Elektron Məhkəmə Sorğu Sistemindən çıxarışa əsasən Qanuni nümayəndə2 statusu qüvvədədir. Qeyd olunan vəsiqələr xx.xx.2024-cü il tarixədək yenilənmişdir. Qanuni nümayəndə1, Qanuni nümayəndə2 və iddiaçı ünvan 2 ünvanda qeydiyyatsız yaşayırlar (Mənzil Mülkiyyətçilərinin müştərək cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 012, 013, 014 nömrəli arayışlarına əsasən). Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 vahid aylıq müavinətləri xx.xx.2017-ci il tarixdən dayandırılmışdır (Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5- 58/2-982/2024 nömrəli məktubuna əsasən). İddiaçının atası Qanuni nümayəndə1 ərizə ilə cavabdehə müraciət edərək, övladına – iddiaçıya məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-36-3/2-S-25xx-xx/2024/3826 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2007-ci il təvəllüdlü iddiaçının atası məcburi köçkün statusuna malik olmadığından müraciətin müsbət həlli Komitənin imkan xaricindədir. İmtina ilə razılaşmayan iddiaçı və qanuni nümayəndəsi Qanuni nümayəndə1 xx.xx.2024-cü il tarixli iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-8193/2024 nömrəli qərardadına əsasən iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Qazax rayonunda məcburi köçkündür, cavabdehin imtinası əsassızdır və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-36-3/2-1290/2024 nömrəli məktubla etirazını təqdim etmiş və etirazda imtina əsaslarını təkrarlamış, əlavə olaraq Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanununun 1-ci, 10-cu maddələrinə, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 1.1, 3.1 və 3.3-cü bəndlərinə istinad edərək qeyd etmişdir ki, İddiaçı atası Qanuni nümayəndə1 ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Seyidov X1 müraciət edəkən məlum olmuşdur ki, 2007-2024-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasında ona məxsus məcburi köçkün statusunu təsdiq edən vəsiqə aşkar edilməmişdir. Həmçinin, Qanuni nümayəndə1 tərəfindən sonradan məhkəməyə təqdim etdiyi vəsiqədən görünür ki, vəsiqə 2012-ci il tarixdən sonra yenilənməmiş, səlahiyyətli şəxs tərəfindən imza edilərək möhürlənməmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun Qazax rayonun Aşağı Əskipara kəndində faktiki olaraq yaşamış və daimi yaşayış yerini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanuni nümayəndə1 məcburi köçkün statusuna malik olması faktı belə onun övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki İddiaçı Qazax rayonun Aşağı Əskipara kəndində faktiki olaraq yaşaması və daimi yaşayış yerini tərk edərək məcburi köçkün düşmə faktı baş vermədiyindən ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı anası Qanuni nümayəndə2 ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qanuni nümayəndə2 məcburi köçkün statusuna və onu təsdiq edən sənədə (vəsiqə) malik deyildir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanununa və "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət edilmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilməklə, iddiaçının atasının məcburi köçkün statusuna malik olmaması səbəbindən imtina edilmişdir. Daha sonra məhkəməyə təqdim etdiyi etirazında isə, 2007-2024-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasında iddiaçının atasına məxsus məcburi köçkün statusunu təsdiq edən vəsiqə aşkar edilməməsi, sonradan təqdim etdiyi vəsiqənin 2012-ci il tarixdən sonra yenilənməməsini, səlahiyyətli şəxs tərəfindən imza edilərək möhürlənməməsini, iddiaçının xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmaqla, onun Qazax rayonun Aşağı Əskipara kəndində faktiki olaraq yaşamış və daimi yaşayış yerini tərk edərək məcburi köçkün düşmə faktı baş vermədiyinə istinad etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Sadalanan qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İşin mübahisələnidirilməyən halı odur ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü olmaqla atası Qanuni nümayəndə1 və anası Qanuni nümayəndə2dır. İddiaçının valideynlərinin hər ikisi məcburi köçkün statusuna malik olmaqla ünvan 4i ünvanında qeydiyyatdadırlar və məcburi köçkün statusunu itirməmişlər. Cavabdehin yuxarıda qeyd olunan etiraz əsaslarına gəldikdə məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: • əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; • bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi iddiaçı atası məcburi köçkün olmaqla hər iki valideyninin qeydiyyatı Qazax rayonu, Aşağı Əskipara kəndidir və Qaydaların 4.1.6-cı bəndinin şərtləri iddiaçıya münasibətdə ödənilir. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçıya məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3783/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3783/2024
14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver