Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3789/2025 17.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1985-ci ildən xx.xx.2012-ci ilə qədər fasiləsiz 27 il olan güzəştli iş stajının olduğunu nəzərə almaqla 15 may 2022-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və bu hüquq yarandığı tarixdən hesablanmaqla verilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı bütün sənədlərini və arxiv arayışını təqdim etmişdir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlər əsasında ona xx.xx.2025-ci il tarixli 3-17-112-A-61990/2025 nömrəli məktub göndərilərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina məktubu ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh məktubunda qeyd edir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı12 il 6 aydan az (9 il 5 ay 27 gün (xx.xx.1987 xx.xx.1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Müraciətə əlavə edilən arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər “Azneft” X5 Qazma İdarəsində (xx.xx.1987-ci ildən “X6 Dərin X3 adlandırılıb) 4-cü dərəcəli təmirçi-çilingər peşəsində, xx.xx.1987-ci ildən xx.xx.1996-cı ilə qədər buruq avadanlıqlarının təmiri üzrə çilingər buruqlara xidmət üzrə 4-cü dərəcəli çilingər peşəsində, xx.xx.1996-cı ildən xx.xx.2007-ci ilə qədər X10 İşləri İdarəsinin Ceyrançöl qazma sexində (Qobustan KQİİ xx.xx.2007-ci il tarixdən hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Kompeks Qazma işləri trestinin tabeliyinə verilib) 4-cü dərəcəli çilingər peşəsində, xx.xx.2007-ci idən - xx.xx.2012-ci ilə qədər 1 saylı rayon mühəndis texnoloji xidmətində 4-cü dərəcəli çilingər peşəsində çalışmışdır. Arxiv arayışından da göründüyü kimi, o, xx.xx.1985-ci ildən xx.xx.2012-ci ilə qədər fasiləsiz 27 ildən artıq təmirçi-çilingər və çilingər peşəsində çalışmışdır. İddiaçı hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün 12 il 6 ay tələb olunmasına baxmayaraq cavabdeh cəmi 9 il 5 ay 27 gün (xx.xx.1987xx.xx.1996-cı il tarixləri arasındakı dövr) hesablayaraq pensiya təyinatından imtina etmişdir. Bununla da cavabdeh araşdırma aparmadan onun müraciətinə imtina göndərmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-3789/2025 nömrəli qəraradadı ilə iddia tələbi ona “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçıya müvafiq olaraq xx.xx.2025-ci il tarixli, 3-17-1/2-A-61990/2025 nömrəli imtina məktubu ünvanlanaraq Ş. Abbasovun güzəştli iş stajının qanunvericiliklə tələb olunan 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı Ş.X11 Məhkəməsinə müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar cavabdeh orqan hesab edir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi Siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın (bundan sonra - Qayda) 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş edilmiş Siyahıda (bundan sonra - Siyahı) nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 10 fevral 2025-ci il tarixli arayış Qaydaya uyğun tərtib edilmədiyindən (Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq müəyyən edilmədiyindən) sözügedən arayışın mötəbərliyi şübhə doğurur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 5 ay 27 gün (xx.xx.1987- xx.xx.1996-cı il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 27 il 7 ay 25 gün (xx.xx.2006-cı il tarixinədək 20 il 8 ay 25 gün (xx.xx.1985xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 6 il 11 ay) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh orqan hesab edir ki, iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun və əsaslı, iddia tələbi isə qanunsuz və əsassız olduğundan iddia rədd edilməlidir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət keçmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2012-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. SOCAR tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Baş ofisin Mərkəzi Arxivi tərəfindən "Kompleks qazma işləri" trestinə ünvanlanmış SOCAR**********80020123X00392 saylı, xx.xx.2022-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı əsasən İddiaçı işlədiyi dövrdə xx.xx.1987-ci ildən xx.xx.1996-cı ilədək, (2130100a- 18559 kodu ilə bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər peşəsinə) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. SOCAR-ın xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1985-ci ildə (əmr № 26-k, xx.xx.1985-ci il) "Azneft" X5 Qazma İdarəsinə (KQİ) 4-cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. "Azneft" Birliyinin xx.xx.1987-ci il tarixli, 68 №-li əmrinə əsasən xx.xx.1987-ci ildən Ceyrançöl KQİ "Azneft" X7 X3 adlandırılmışdır. xx.xx.1987-ci ildə (əmr № 23/k, xx.xx.1987-ci il) buruq avadanlıqlarının təmiri üzrə çilingər buruqlara xidmət üzrə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (əmr № 42) İstehsalat Birliyinin xx.xx.1996-cı il tarixli 197 №-li əmrinə əsasən, ekspedisiyanın ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1996-cı ildə (əmr № 132, xx.xx.1996-cı il) X10 İşləri İdarəsinin (KQİİ) Ceyrançöl qazma sexinə 4-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Doviət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 nömrəli əmrinə əsasən şirkətə birbaşa tabe olmaqla hüquqi şəxs statuslu "Kompleks qazma işləri" tresti yaradılmış, xx.xx.2007-ci il tarixli 60 nömrəli əmrinə əsasən "Azneft" X2 KQİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi "Kompleks qazma işləri" trestinin tabeliyinə verilmişdir. xx.xx.2007-ci ildə (əmr № 250 i, xx.xx.2007-ci il) 1 saylı Rayon mühəndis texnoloji xidmətinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir xx.xx.2012-ci ildə (əmr № 166/k, xx.xx.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Socar tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1996-cı ilədək işlədiyi dövrdə təmirçi-çilingər peşəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “********.Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bəndlərində 2130100a- 18559 kodu ilə (təmirçi-çilingərlər peşəsi) və xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək işlədiyi çilingər peşəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə" 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahısının “10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bəndində (10.1) Qazma a)fəhlələr abzasında göstərilən (buruqlara xidmət üzrə çilingərlərlər peşəsi) təsnifat üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası
5. Əmək pensiyalarının təyin edilməsi və hesablanması 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Qadınların yaş Dövr Kişilərin yaş həddi həddi 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə görə, 1 iyul 2022 - 30 iyun 2023-cü illər arasındakı dövr üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 65 ildir. Qeyd olunan normaların tələbinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər 60 yaşına çatmalı, 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı olmalıdır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. Cavabdeh qeyd edir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövr olmaqla 12 il 6 aydan az, yəni 9 il 6 ay 27 gün təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək çilingər işlədiyi dövr də güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, məhkəmə tərəfindən iddiaçının işlədiyi hansı işlərin güzəştli pensiya hüququ verməsi sorğu edilmiş, Socar tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda vətəndaş İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1996-cı ilədək işlədiyi dövrdə təmirçi-çilingər peşəsindən əlavə həmçinin, xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək işlədiyi çilingər peşəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına istinad olunmaqla güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısı”nda 10-cu bölməsinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) 10.1 a) (Qazma,fəhlələr) yarımbölməsində buruqlara xidmət üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixinədək 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Odur ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva