Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3792/2025 28.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə ona əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: 0011969 nömrəli əmək kitabçasına əsasən İddiaçı1 "xxxx" xx.xx.1986-cı ildə 1-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul olmuş, xx.xx.1986-cı ildə 2-ci dərəcə verilmiş, xx.xx.1987-ci ildə Elektrovoz üzrə maşinist köməkçisi vəzifəsinə, xx.xx.1989-cu ildə MVHH üzrə maşinist köməkçisi vəzifəsinə, xx.xx.1992-ci ildə MVHH üzrə maşinist vəzifəsinə, xx.xx.2015-ci ildə müvəqqəti teplovoz maşinist köməkçisi vəzifəsinə, xx.xx.2017-ci ildə gözətçi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2023-cü ildə "xxxx" QSC-nin Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposu Hazırlayıcı sex və təsərrüfat sahəsinə gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışına əsasən İddiaçı1 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Gəncə lokomotiv deposu hərəkətdə olan tərkibin (motor vaqon hərəkət heyyətinin) təmiri üzrə çilingər vəzifəsində xx.xx.1986cı il tarixli, 298 nömrəli əmr əsasında xx.xx.1986-cı ildə işə başlamışdır, Gəncə lokomotiv deposu elektrovoz maşinist köməkçisi vəzifəsində xx.xx.1987-ci tarixli, 50 nömrəli əmr əsasında xx.xx.1987-ci ildə işə başlamışdır, Gəncə lokomotiv deposu elektrik qatarı (motor vaqon hərəkət heyyəti) maşinist köməkçisi vəzifəsində xx.xx.1989-cu tarixli 431 nömrəli əmr əsasında xx.xx.1989-cu ildə işə başlamışdır, Gəncə lokomotiv deposu elektrik qatarı (motor vaqon hərəkət heyyəti) maşinisti vəzifəsində xx.xx.1992-ci tarixli 1145 nömrəli əmr əsasında xx.xx.1992-ci ildə işə başlamışdır, Yük daşımalar departamentinin Gəncə lokomotiv deposu teplovoz maşinist köməkçisi vəzifəsində xx.xx.2015-ci tarixli 494-k nömrəli əmr əsasında xx.xx.2015-ci ildə işə başlamış, xx.xx.2017-ci il tarixdə işdən azad olunmuşdur. İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 31 il 8 ay 26 gün təşkil edir. İşlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsinin əsas xüsusiyyətləri təmirə dayanmış hərəkət tərkibinə texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, elektrik qatarı maşinisti və elektrik qatarı maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri elektrik qatarlarının (seksiyalarının) idarə olunmasının müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirilməsindən və elektrik qatarlarına minib düşmə qaydalarında pozuntulara yol verilməsinin qarşısının alınmasına nəzarət etməklə sərnişinlərə keyfiyyətli xidmət olunmasının təmin edilməsindən, teplovoz maşinist köməkçisi və elektrovoz maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri isə lokomotivin (qatarın) idarə edilməsi zamanı maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməklə müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi və hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda müvafiq olaraq 21.4-cü bəndin 7, 8, 13, 14, 15, 17, 18 və 20-ci abzaslarına uyğundur. Məlumat üçün bildirilir ki, MVHH (motorvaqon hərəkət heyəti) elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı1 xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək X3 elektrovoz maşinist köməkçisi, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək motor-vaqon hərəkət heyəti (MVHH) üzrə maşinist köməkçisi, xx.xx.1992-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək motor-vaqon hərəkət heyəti (MVHH) üzrə maşinist, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək teplovoz maşinist köməkçisi peşələrində çalışmışdır. "Azərbaycan Dövlət Dəmir X2 Birliyinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli "Lokomotiv briqadalarının vəzifə təlimatı"nın 1-ci maddəsinə əsasən X3 çalışdığınız motor-vaqon hərəkət heyəti (MVHH) üzrə maşinist köməkçisi, motor-vaqon hərəkət heyəti (MVHH) üzrə maşinist peşələri lokomotiv briqadası sayılır və elektrovoz, teplovoz maşinist və maşinist köməkçisi peşələrinin əmək şəraiti, vəzifə öhdəlikləri və əmək funksiyaları ilə eynilik təşkil edir. İddiaçı1 (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2025-ci il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən 22 oktyabr 2012-ci il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin iddiaçıya dair 18 fevral 2025-ci il tarixli 13-1/2-D-601/1-1/2025 nömrəli arayışında xx.xx.1989-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində MVHH üzrə maşinist köməkçisi və maşinist vəzifələrində işlədiyi qeyd olunub. Lakin, 1 iyul 1993-cü il tarixinədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılar əsasında həyata keçirilirdi və MVHH üzrə maşinist vəzifəsi sözügedən Siyahıların "Nəqliyyat bölməsi'ndə nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanunvericilikdə yalnız 1 iyul 1993-cü il tarixinədək MVHH üzrə maşinist köməkçisi və maşinist vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab olunur. Həmçinin, 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində 2015-ci il üzrə 3 ay, 2016-cı il üzrə 1 ay, 2017-ci il üzrə 2 ay (ümumilikdə 6 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (Qanununun 21.2- ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 23 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.2016- xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 fevral 2025-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.1983-cü ildə həqiqi hərbi xidmətə gedib, xx.xx.1985-ci ildə ordudan tərxis olunmuşdur. xx.xx.1986-ci il tarixdə X4 hərəkətdə olan tərkibin (motor-vaqon harəkət heyətinin) təmiri üzrə çilingər işinə gəbul olunaraq, xx.xx.1987-ci ildə elektrovoz maşinist köməkçisi vəzifəsinə dəyişirilmişdir. xx.xx.1989-cu ildə elektrik qatarı (motor-vaqon hərəkət heyəti) maşinist köməkçisi vəzifəsinə dəyişirilmişdir. xx.xx.1992-ci ildə elektrik qatarı (motor-vaqon hərəkət heyəti) maşinisti vəzifəsinə dəyişirilmişdir. xx.xx.2015-ci ildə teplovoz maşinist köməkçisi vəzifəsinə dəyişirilərək, xx.xx.2017-ci ildə işdən azad olunaraq X3 gözətçi vəzifəsinə təyin olunmuş və xx.xx.2023-cü ildə işdən azad olunmuşdur. xx.xx.2023-cü ildə Azərbaycan Dəmir Yolları "Qapalı Səhimdar Cəmiyyətinin Lokomotivlərin Təmiri Deportamentinin Gəncə Lokomotivlərin Təmiri Deposu"na hazırlayıcı sexinə gözətçi vəzifəsinə təyin olunaraq, xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. Onun barəsində Azərbaycan Dəmir Yolları "Qapalı Səhimdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 13-1/2-D-601/1/1/2025 nömrəli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışından da tam təsdiq olunur ki, onun təkcə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən ağır işdə işlədiyi sosial sığorta stajı 31 il, 8 ay, 26 gün təşkil edir. Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin tələbinə görə 25 il ümumi əmək stajı olan, həmin stajın 12 il, 06 ayını zərərli, ağır işdə işləyən kişilər 60 yaşı taman olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranır. Yuxarıda qeyd etdiyi kimi onun 40 ildən artıq ümumi əmək stajı vardır. Bundan 31 il, 8 ay, 26 gününü güzəştli şərtlər qrupuna aid olan peşədə işləmişdir. O, 60 yaşım tam olduğu vaxtdan güzəştli şətlərlə pensiya təyin edilməsilə baölı cavabdeh orqana müraciətinə, sonuncu tərəfindən imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 59 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı. İddiaçı A.Mehdiyev qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2025-ci il tarixdə çatmışdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 22 oktyabr 2012-ci il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin 18 fevral 2025-ci il tarixli 13-1/2-D-601/1 -1/2025 nömrəli arayışında İddiaçı1 xx.xx.1989-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində MVHH üzrə maşinist köməkçisi və maşinist vəzifələrində işlədiyi qeyd olunub. 1 iyul 1993-cü il tarixinədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılar əsasında həyata keçirilirdi və MVHH üzrə maşinist vəzifəsi sözügedən Siyahıların “Nəqliyyat bölməsi’ndə nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmayıb. Göründüyü kimi, qanunvericilikdə yalnız 1 iyul 1993-cü il tarixinədək MVHH üzrə maşinist köməkçisi və maşinist vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab olunur. Həmçinin, 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində 2015-ci il üzrə 3 ay, 2016-cı il üzrə 1 ay, 2017-ci il üzrə 2 ay (ümumilikdə 6 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də İddiaçı1 güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 23 gün (xx.xx.1986xx.xx.1993-cü il, xx.xx.2016- xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2017xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya hüququnun yarandığı 9 fevral 2025-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iddiaçının hazırki tələbi xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq ona ödənilməsindən ibarətdir. Cavabdeh orqan imtinasında və etirazında 1 iyul 1993-cü il tarixinədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılar əsasında həyata keçirilirdi və MVHH üzrə maşinist vəzifəsi sözügedən Siyahıların "Nəqliyyat bölməsi'ndə nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmamışdır. Qanunvericilikdə yalnız 1 iyul 1993-cü il tarixinədək MVHH üzrə maşinist köməkçisi və maşinist vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab olunur. Həmçinin, 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində 2015-ci il üzrə 3 ay, 2016-cı il üzrə 1 ay, 2017-ci il üzrə 2 ay (ümumilikdə 6 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (Qanununun 21.2- ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 11 ay 23 gün (xx.xx.1986-xx.xx.1993-cü il, xx.xx.2016xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-578/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarında ifadə edilmiş mövqeyə əsasən: Məhkəmə qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız hər hansı QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız hər hansı QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, bütün QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən maşinistlərin fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və maşinistlərin funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil,həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan elektrovoz maşinistləri və maşinist köməkçiləri maşinist,dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan maşinist,dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında maşinist,dumpkar, xopper və dozator vaqonlarını yükləyib-boşaldan maşinist işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən MVHH üzrə maşinist köməkçisi və maşinist qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı dəmiryolu şəbəkəsində MVHH üzrə maşinist köməkçisi və maşinist işləmişdir. İddiaçının çalışdığı müəssisənin funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və yükdaşımaları həyata keçirən maşinistlərin dəmiryol nəqliyyatı vasitələrinə aid olmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi 1 yanvar 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabının sığorta hissəsində 2015-ci il üzrə 3 ay, 2016-cı il üzrə 1 ay, 2017-ci il üzrə 2 ay (ümumilikdə 6 ay) öz əksini tapmamasına münasibətdə bildirir ki, iddiaçının işlədiyi dövrə münasibətdə 6 ay dövr üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməsə belə yenə də iddiaçının hazırki güzəştli şərtlərlə əmək stajı 12 il 6 aydan çoxdur. Beləliklə, yuxarıda qeyd olunanlar baxımından məhkəmə hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda müvafiq olaraq 21.4-cü bəndin 7, 8, 13, 14, 15, 17, 18 və 20-ci abzaslarına uyğun sayılmalıdır. MVHH (motor-vaqon hərəkət heyəti) elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, 1 iyul 1993-cü il tarixinədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılar əsasında həyata keçirilirdi və MVHH üzrə maşinist vəzifəsi sözügedən Siyahıların “Nəqliyyat bölməsi’ndə nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmaması, qanunvericilikdə yalnız 1 iyul 1993-cü il tarixinədək MVHH üzrə maşinist köməkçisi və maşinist vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab olunması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən MVHH üzrə maşinist köməkçisi və maşinist münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arayışı ilə də müəyyən edildiyi kimi iddiaçının işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsinin əsas xüsusiyyətləri təmirə dayanmış hərəkət tərkibinə texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, elektrik qatarı maşinisti və elektrik qatarı maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri elektrik qatarlarının (seksiyalarının) idarə olunmasının müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirilməsindən və elektrik qatarlarına minib düşmə qaydalarında pozuntulara yol verilməsinin qarşısının alınmasına nəzarət etməklə sərnişinlərə keyfiyyətli xidmət olunmasının təmin edilməsindən, teplovoz maşinist köməkçisi və elektrovoz maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri isə lokomotivin (qatarın) idarə edilməsi zamanı maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməklə müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi və hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda müvafiq olaraq 21.4-cü bəndin 7, 8, 13, 14, 15, 17, 18 və 20-ci abzaslarına uyğundur və MVHH (motor-vaqon hərəkət heyəti) elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubu ilə də müəyyən edildiyi kimi İddiaçı1 xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək X3 elektrovoz maşinist köməkçisi, xx.xx.1989-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək motor-vaqon hərəkət heyəti (MVHH) üzrə maşinist köməkçisi, xx.xx.1992-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək motor-vaqon hərəkət heyəti (MVHH) üzrə maşinist, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək teplovoz maşinist köməkçisi peşələrində çalışmışdır. "Azərbaycan Dövlət Dəmir X2 Birliyinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli "Lokomotiv briqadalarının vəzifə təlimatı"nın 1-ci maddəsinə əsasən X3 çalışdığınız motor-vaqon hərəkət heyəti (MVHH) üzrə maşinist köməkçisi, motor-vaqon hərəkət heyəti (MVHH) üzrə maşinist peşələri lokomotiv briqadası sayılır və elektrovoz, teplovoz maşinist və maşinist köməkçisi peşələrinin əmək şəraiti, vəzifə öhdəlikləri və əmək funksiyaları ilə eynilik təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı1 pensiya hüququnun yarandığı 9 fevral 2025-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3792/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3792/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver