Məhkəmə qərarları › İş №2-1(114)-38/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-38/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-38/2020 07.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X18 iştirakı ilə, İddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (üçüncü şəxslər X34, X35, X30, X31, X19, X32, X10, X11, X20, X36, X37, X21, X27, X28, X38 və X22) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, X18, X23, X12, X13, X3, X14, X1, X2, X4, X36, X24, X5, X7, X8, X25 və X6 “xxxxxxx” KB ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 110 nömrəli fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3855/2017 saylı qətnaməsinə əsasən X15, X9, X26 xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borca görə 9194.56 manat, faiz borcuna görə 1513.96 manat, cərimə borcuna görə 05 manat, cəmi 10713,52 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq “xxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh X29 məxsus olan və tərəflər arasında ilkin olaraq 18000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 9194,56 manat, faiz borcuna görə 1513,96 manat, cərimə borcuna 05 manat, cəmi 10713,52 manat kredit borcu və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçiyə qaytarılması, yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra X18, X23 və X16 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qadada çıxarılması göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(104)-2941/2017 saylı qətnaməsinə əsasən isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3855/2017 saylı qətnaməsi iddia tələbinin X34, X35 və X16 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia rədd edilməsi və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. “xxxxxxx” KB ASC ilə hərrac təşkilatı arasında bağlanmış Protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sözügedən fərdi yaşayış evi “xxxxxxx” KB ASC-yə satılmış və üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Sonradan məlum olmuşdur ki, X34, X35, X33, X31, X19, X32, X10, X17, X20, X36, X37, X39, X21, X27, X28, X40, X22 həmin ünvanda qeydiyyatdadırlar. AR DİN-in BPQM-nin MAPS şöbəsinin arayışından da görünür ki, cavabdehlər hazırda Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Bu isə iddiaçının mülkiyyətçi kimi həmin əmlak üzərində hüquqlarını həyata keçirməsində maneə yaradır. Buna görə də iddiaçı tərəfindən Gəncə Şəhəri Baş Polis İdarəsinə müraciət edilərək həmin şəxslərin pasport qevdivvatından çıxarılması xahiş edilmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X44 iddianı müdafiə etmişdir. Üçüncü şəxs X34 iddianı qəbul etməyərək bildirmişdir ki, o, ödəniş edib evi özündə saxlamaq və bununla bağlı razılığa gəlmək istəyir, həmin evdə hazırda özü, oğlu Bayram və arvadı Yeganə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün ayrıca məhkəmə qərarı tələb olunmur, bunun üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi yetərlidir və bu halda 10 təqvim günü müddətində həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan məcburi qaydada çıxarılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qərara aldı: İddiaçı “xxxxxxx” KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar