Məhkəmə qərarları › İş №2-1(114)-38/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-38/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-38/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “müvafiq əlillik dərəcəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıya xx.xx.2010-cu il tarixdə Uzun sürən reaktiv paranoid pisxoz restiv fazada diaqnozu (X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 - Dəqiqləşdirilməmiş nevrotik) əsasında 01 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə Uzun sürən reaktiv paranoid pisxoz restiv fazada diaqnozu (X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 - Dəqiqləşdirilməmiş nevrotik) əsasında 01 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən (növbəti müayinə tarixi xx.xx.2020-ci il) uzun sürən reaktiv paranoid psixoz resitiv diaqnozu ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Ağdam X3nin “xəstənin ambulator, statisionar tibbi kartasından” çıxarışlardan görünür ki, iddiaçı xx.xx.2006-xx.xx.2009, xx.xx.2020-xx-xx.2020, xx.xx.2021- xx.xx.2021ci il tarixlərdə sürən reaktiv paranoid psixoz resitiv fazada diaqnozu ilə ambulator müalicədə olmuşdur. xx.xx.2021-ci il yenidən qiymətləndirmə tarixində “diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz və ağırlaşmallar əlillik təyin etmir” səbəbi ilə iddiaçıya növbəti əlilliyin təyin edilməsindən imtina olunmuşdur. xx.xx.2022-ci il tarixdə də iddiaçıya “Sayıqlama pozğunluğu Uzun sürən reaktiv paranoid psixoz residif fazada” diaqnozu qoyulsa da, “əlavə müalicəyə ehtiyacın olması. Ətraflı ixtisaslaşdırılmış müalicələrin davam etdirilməsi” səbəbindən imtina cavabı verilmişdir. Daha sonra iddiaçı yenidən əlilliyin təyini ilə bağlı müraciət etmiş, sonrakı imtinanın səbəbi “şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar əmələ gələrsə həmin ağırlaşmalar altı (və ya uyğun olaraq iki) aylıq müayinə və müalicədən sonra aradam qalxmadığı hallarda yeni göndəriş verilməlidir” göstərilmiş, imtinanın nömrəsi və qərarı qeyd olunmamışdır. X3 tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 – 0462003AAD1Y nömrəli göndərişə əsasən, iddiaçı xx.xx.2010-cu il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır və TSEK-ə göndəriş zamanı əsas diaqnozu XBT 10 kodu (X1 10-cu baxış) əsasən: əsas diaqnoz – Sayıqlama pozğunluğu Uzun sürən reaktiv paranoid psixoz residif fazada; ağırlaşmaları - XBT 10-a uyğun olaraq: F22.0 Sayıqlama pozğunluğu Uzun sürən reaktiv paranoid psixoz residif fazada, teztez davam edən dekompensasiyalarla. İddiaçı “uzun sürən reaktiv poronoid psixoz diaqnozu” üzrə müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11801/2021 nömrəli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə iş məhkəməyə daxil olmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya "uzun sürən reaktiv poronoid psixoz diaqnozuna"əsasən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 22 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə 3-cü qrup əlillik dərəcəsi verilmişdir. X4 Komissiyası sənədlərini növbəti əlillik dərəcəsi verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Tibbi-sosial ekspert komissiyasına göndərmiş və bu barədə olan "Reyestrə" daxil edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Qiymətləndirmə rəyi ilə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İlkin imtinaya əsas kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İkinci imtinaya əsas kimi isə sənədində isə səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmaması və pulsuz dərman alınması üçün reyestrdə qeydiyyat aparılmamıs göstərilmişdir. Cavabdeh təşkilatın bu imtinasını tamamilə əsassız hesab edir. Belə ki,işin hallarından da göründüyü kimi iddiaçı psixi xəstəydir və bu kateqoriyadan olan xəstələrin yenidən sağalmaq ehtimalı yoxdur. Sənədlərin natamam doldurulmasına və pulsuz dərman alma barədə qeydlərin reyetrə daxil edilməməsi isə tamamilə əsassız olmaqla bəhanədən başqa bir şey deyildir. Belə ki, onun tibbi sənədləri düzgün doldurulmuş və o, mütəmadi olaraq pulsuz dərmanlarla təmin olunmuşdur. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspert Komissiyasının bu imtinasını əsassız hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 - Dəqiqləşdirilməmiş nevrotik…; Diaqnozun mətni: Uzun sürən reaktiv paranoid pisxoz restiv fazada.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Uzun sürən reaktiv paranoid pisxoz restiv fazada." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 Dəqiqləşdirilməmiş nevrotik…; Diaqnozun mətni: Uzun sürən reaktiv paranoid pisxoz restiv fazada.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Uzun sürən reaktiv paranoid pisxoz restiv fazada" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və "Səbəbi : Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 - Dəqiqləşdirilməmiş nevrotik…; Diaqnozun mətni: Uzun süren reaktiv paranoid pisxoz restiv fazada; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DiGƏR: Uzun sürən reaktiv paranoid pisxoz restiv fazada." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. X5 Xəstəlikləri Dispanserinin xx.xx.2021-ci il tarixli 0462003AADZL saylı göndərişi əsasında baxılmış və "X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F22 - Xroniki sayıqlama pozğunluqları => F22.0 - Sayıqlama pozğunluğu; Diaqnozun mətni: Əsas diaqnoz F22.0 Sayıqlama pozğunluğu, Uzun sürən reaktiv paranoid psixoz residiv fazada. Ağırlaşma F22.0 Sayıqlama pozğunluğu, Uzun sürən reaktiv paranoid psixoz residiv fazada,tez-tez davam edən dekompensasiyalarla; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Pulsuz dərman alınması üçün reyestrdə qeydiyyatda yoxdur" səbəbi ilə imtina verilmişdir. X5 Xəstəlikləri Dispanserinin xx.xx.2021-ci il tarixli 0462003AAD1Y saylı göndərişi əsasında baxılmış və "X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Uzun sürən reaktiv paranoid psixoz residif fazada; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmallar əlillik təyin etmir səbəbi ilə imtina verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Çünki iddiaçı ona əlilliyin təyin olunmasından imtina edilməsi barədə əlverişsiz inzibati aktın ləğvi məqsədini güdür. Həmçinin, iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1-ci maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.2010-cu il tarixdən X2 qeydiyyatdadır və ona xx.xx.2010, xx.xx.2014, xx.xx.2015-ci il tarixdə Uzun sürən reaktiv paranoid pisxoz restiv fazada diaqnozu (X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 - Dəqiqləşdirilməmiş nevrotik) əsasında əlillik təyin edilmişdir. Sonuncu müayinə zamanı iddiaçıya eyni diaqnozu qoyulsa da, əvvəl “diaqnoz və ağırlaşmallar əlillik təyin etmir” səbəbi, daha sonra “əlavə müalicəyə ehtiyacın olması. Ətraflı ixtisaslaşdırılmış müalicələrin davam etdirilməsi” səbəbi ilə ona əlillik təyin olunmasında imtina edilmiş və bu barədə məlumat Altsistemdə yerləşdirilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1.”... Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndində əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6-cı bəndində qeyd olunur ki, Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7-ci bəndinə əsasən TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 3.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Cavabdehin imtinanın əsası kimi diaqnoz və ağırlaşmallar əlillik təyin etməməsi olmadığı göstərilmiş, lakin bu barədə müvafiq inzibati akt qəbul etməmişdir (etmiş olsa da, həmin qərar nə iddiaçıya, nə də məhkəməyə təqdim edilmiş, imtina və etirazda qərarın nömrəsi və tarixi barədə məlumat verilməmişdir). Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi məsələsi zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik cavabdehin üzərinə qoyulmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı əlilliyinin yenidən qiymətləndirilməsi məsələsi zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar