Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3804/2023 23.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın qismən ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əlilliyin ləğvinə dair cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, vətən müharibəsinin iştirakçısıdır, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Talış istiqamətində olarən düşmən tərəfindən atılann mərmi partlayışı nəticəsində "Sağ diz qapağının sınığı" xəsarətini almış, ona xx.xx.2021-ci il tarixdə ona 3-cü dərəcəli əlillik verilmişdir. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il göstərilmişdir. Ona "hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması - sağ diz oynağının qapalı travması. Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatında sonrakı vəziyyət. Sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı. Partlayış travması, sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiya pozğunluğu ilə. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ bud əzələlərinin atrofiyası. Digər oynaqların posttravmatik artozu, sağ diz oynağının patello-femoral artrozu." Diaqnozu qoyulmuşdur. Sonradan iddiaçı iki dəfə - xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə yenidən əyani müayinəyə dəvət olunmuş, hər iki əyani müayinədə iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə əyani müayinədən keçdikdən sonra iki ay - iyun və iyul aylarında əlilliyə görə pensiyanı almış, xx.xx.2023-cü il tarixdən əlilliyimi ləğv olunmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixli qiymətləndirmədə diaqnoz belədir: "hərbi əməliyyat nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması - sağ diz oynağının qapalı travması. Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aıparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatında sonrakı vəziyyət. Sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı." Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumatda göstərilmişdir ki, diaqnoz əlillik əlamətini təyin etməməsi səbəbindən imtina edilib. Həmçinin, başqa bir sənəddə də "mərkəzə göndərmənin/imtina edilmənin səbəbi" hissəsində "tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir" yazılmışdır. İddiaçı cavabdeh orqanın hərəkətlərini qanunsuz hesab edir, belə ki, əgər ona təyin edilmiş diaqnoz dəyişməmişdirsə, necə ola bilər ki, ona hazırda əlillik dərəcəsi düşmür. Həmçinin, əlillik müddətinin 5 il müəyyən edildiyi halda cavabeh orqan iddiaçını 1 ildən sonra iki dəfə müayinədən keçirdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3766/2023 nömrəli qərarının qismən ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə 28 nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Goranboy rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiya pozğunluğu ilə.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası.Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu" diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 141128 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması sağ diz oynağının qapalı travması (xx.xx.2020), sağ diz qapağının qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığı, patellofemoral artrozu ağrı sindromu, sağ bud əzələlərinin atrofiyası, diz oynağının çapıq-vətər və artrogen kontrakturası, patellar tendromun köhnə zədələnməsi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticolənmiş qamış və incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə.Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Kəskin dərəcədə ifadə olunmuş uzunmüddətli ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi və "Əlvan dəmrov, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, diz oynağında irinli ifrazatın gəlməsi, əsəbilik-gərginlikdən şikayətlənmişdir. Vətəndaşa psixiatrik yatışlarının səbibini soruşduqda, övladına şiddət göstərdiyini, insanlara ünsiyyət qura bilmədiyini, əsəbi olduğunu saxladıqları heyvanları öldürdüyünü, özünə də xəsarət yetirdiyini bildirmiş, halhazırda medikamentoz preparatlardan "Stimulaton", "Depakin", "Fenazepam" qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ dizin ön səthində doylama istiqamətdə ~10-12 sm ölçüdə keçirilmiş əməliyyata müvafiq çapıq toxuma, sağ diz oynağında 180-90 dərəcə hərəkət həcmi göstərmiş, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic müşahidə edilməmişdir. Psixi statusunda zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi qorunmuş, tənqidi tam olmuşdur. Əhval ruhiyyəsi stabil, emosional stabil izlənilmiş, yaddaş və qavrama pozuntusu, şəxsiyyət dəyişikliyi aşkarlanmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 7285/21 nömrəli Çıxarışda diaqnoz "Uzun müddətli ağır dərəcəli, depressiv epizod intihar fikirləri ilə" kimi qeyd olunmuşdur. X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz "Odlu silah yaralanması, partlay travması. Sağ aşağı ətrafın çoxsaylı qəlpə yaralanmaları. Diz qapağının bitişmiş sınığı Veber üsulu ilə osteosintezi. Diz qapağı sirkəsinin deformasiyası. Patello-emoral artroz Postoperasion-postravmarik, kobud kelloid çapıqlar. Sağ diz oynağının kəskin büküci kontrakturası. (bükmə 130 dərtəcə), ətrafın kəskin əzələ atrodiyası, nevroloji EMQ müayinə Sağ qamış və incik sinirlərinin neyropatiyası, daimi ağrı sindromu, axsama və yeriş funksiyasının kəskin pozulması" kimi qeyd olunmuşdur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 216/23 nömrəli Çıxarışda diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi" kimi qeyd edilmişdir. X4 Bərpa İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz "Sağ incik və qamış sinirlərinin travmatik neyropatiyasından sonrakı qalıc əlamətləri. Sağ pəncənin parezi. Asteno-nevrotik vəziyyər" kimi qeyd edilmişdir. X4 Bərpa İnstitutunun xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticə "Neyromotor aparatda nevral tipli pozulma: sağ incik və qamış sinirlərinin qarışıq tipli neyropatiyası" kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 141128 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı "Partlayış travması sağ diz oynağının qapalı travması (xx.xx.2020), sağ diz qapağının qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri-düzgün bitişmiş sınığı, patello-femoral artrozu ağrı sindromu, sağ bud əzələlərinin atrofiyası, diz oynağının çapıq-vətər və artrogen kontrakturası, patellar tendromun köhnə zədələnməsi. Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticolənmiş qamış və incik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiyanın mülayim dərəcədə pozulması ilə.Mülayim dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi ilə" diaqnozlu travmasının səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Kəskin dərəcədə ifadə olunmuş uzunmüddətli ağır dərəcəli depressiv epizod, intihar fikirləri ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi və "Əlvan dəmrov, remissiya mərhələsində" diaqnozlu xəstəliyinin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-3766/2023 nömrəli qərarından görünür ki, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində İddiaçı əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri,funksiya pozğunluğu ilə.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası.Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu" diaqnozuna əsasən 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müayinəsi nəticəsində « Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı » diaqnoz qoyulsa da tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş «Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı Partlayış travması (xx.xx.2020), sağ aşağı ətrafın distal parezi ilə nəticələnmiş İncik sinirinin posttravmatik neyropatiyasının qalıq əlamətləri, funksiya pozğunluğu ilə. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud əzələlərinin atrofiyası. Digər oynaqların posttravmatik artrozu, Sağ diz oynağının patello-femoral artrozu» diaqnozuna əsasən xx.xx.2021-ci il tarixdə 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmiş, lakin vaxtından əvvəl, yəni xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edilmiş və müayinə nəticəsində «Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması-sağ diz oynağının qapalı travması(xx.xx.2020) Sağ diz qapağının qapalı qəlpəli oynaqdaxili yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, Veber üsulu ilə osteosintezi cərrahi əməliyatından sonrakı vəziyət (xx.xx.2020) sonrakı sümük defekti ilə qeyri düzgün bitişmiş sınığı » diaqnoz qoyulsa da “diaqnoz əlillik təyin etmir” və “tam reabilitasiya olması” barədə qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.3. bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, may 2023-cü il tarixdə Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının vaxtından əvvəl müayinəyə cəlb edilməsi əsaslarının təqdim edilməsi barədə sərəncam göndərilməsinə baxmayaraq müvafiq cavab verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3766/2023 nömrəli qərarı iddiaçıya əlillik təyin edilməsindən imtina hissəsində ləğv edilməli və xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3766/2023 nömrəli qərarı İddiaçı əlillik təyin edilməsindən imtina edilməsi hissəsində ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-3804/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3804/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver