Məhkəmə qərarları › İş №2-1(114)-3808/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3808/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3808/2023 07.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin qanuni təmsilçisi (direktoru) X2 və nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi orqanının hərəkətsizliklərinin qeyri-qanuni hesab edilməsi, vergi uçot bazasında yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən məbləğin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh vergi orqanının hərəkətsizliklərinin qeyri-qanuni hesab edilməsi, vergi uçot bazasında "X9 Company" MMC-yə (hüquqi varis "xxxx" MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83 094,74 manatın hüquqi varis "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması, "xxxx" MMC-yə qoşularaq ləğv edilmiş "X9 Company" MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi və 14 saylı Ərazi Vergilər İdarəsinin 16 noyabr 2020-ci il tarixli **********202500 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə ünvanladığı nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılmamasına dair cavabdeh tərəfindən göndərilən məktubun etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "X9 Company" MMC "xxxx" MMC-yə qoşularaq ləğv edilmiş və "xxxx" MMC onun hüquqi varisidir. Məhz bu səbəbdən məhkəmə icraatı dövründə "X9 Company" MMC hüquqi varisi kimi "xxxx" MMC qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə "X9 Company" MMC-yə 1716 168 ,93 manat ƏDV, 242 222,91 manat mənfəət vergisi, 9.57 manat əmlak vergisi və 218,68 manat vergilərin artıq hesablanması üzrə ümumilikdə, 1 958 182,73 manat vergi məbləği hesablanmışdır. Qəbul edilmiş qərara əsasən "X9 Company" MMC-nin (hüquqi varis "xxxx" MMC) əmlakı o cümlədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində qeydiyyatdan keçmiş nəqliyyat vasitələri müəyyən edilərək siyahıya alınmış və vergi qərarının icra edilməsi üçün əvvəlcə Şəmkir rayon İcra şöbəsinə, daha sonra isə oradan Sabunçu rayon İcra şöbəsinə yönləndirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarının ləğv edilməsi üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-24/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş,14 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********142866 nömrəli qərarı qismən, mənfəət vergisinə münasibətdə 61690.38 manat əsas borc, 30845.19 manat maliyyə sanksiyası, eyni zamanda əlavə dəyər vergisinə münasibətdə 1633083.76 manat əsas, 816541.88 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-305/2022 saylı,12 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-24/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı iddia tələbinin təmin edilmədiyi hissədə qismən, yəni 180532.53 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266.26 manat maliyyə sanksiyasının ləğvinə dair tələbin təmin edilmədiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 dekabr 2020ci il tarixli **********142866 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı qismən, 180532.53 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266.26 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş və birinci instansiya məhkəməsinin qərarı digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-564/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2-1(104)-305/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Lakin, qəbul edilmiş məhkəmə qərarlarının icrası 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən icra edilmir. Belə ki,qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilərək müvafiq tədbirlər cavabdeh tərəfindən həyata keçirilməli idi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılmamasına dair cavabdeh tərəfindən göndərilən məktubun etibarsız hesab edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçının nümayəndələri X6 və X7 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, X9 Company" MMC-nin şəxsi hesab vərəqəsində olan məlumatların "xxxx" MMC-nin şəxsi hesab vərəqəsilə müvafiq əvəzləşmənin aparılması və "X9 Company" MMC-nin ləğv edilərək "xxxx" MMC-yə qoşulması "X9 Company" MMC Vergi Məcəlləsi ilə vergi öhdəliklərini tam yerinə yetirdikdə və səyyar vergi yoxlaması başa çatdıqdan sonra mümkün olacaqdır. "X9 Company" MMC-nin Dövlət Büdcəsinə 675.5446,48 manat və müvafiq fonda 132.463,52 manat borcu tam ödənildikdən sonra nəqliyyat vasitələrinin qeydiyyatdan çıxanlmamasına dair məktubunun geri götürülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə müraciət ediləcəkdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********335600 nömrəli çıxarışdan görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 nömrəsi ilə dövlət qeydiyyatına alınmış "X9 Company" MMC-nin ona qoşulmasi nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. -surəti işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2- 1(114)-24/2022 saylı qərarından görünür ki, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********142866 nömrəli qərarı qismən, mənfəət vergisinə münasibətdə 61690.38 manat əsas borc, 30845.19 manat maliyyə sanksiyası, eyni zamanda əlavə dəyər vergisinə münasibətdə 1633083.76 manat əsas, 816541.88 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. -surəti işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2-1(104)-305/2022 saylı qərarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(114)-24/2022 saylı qərarı iddia tələbinin təmin edilmədiyi hissəsində qismən, yəni 180532,53 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266,26 manat maliyyə sanksiyasının ləğvinə dair tələbin təmin edilmədiyi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********142866 nömrəli qərarı qismən, 180532,53 manat mənfəət vergisinin və buna görə tətbiq edilmiş 90266,26 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********175483 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında" qərardan görünür ki, vergi orqanının 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarına düzəliş edilmişdir. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********173333 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərardan görünür ki, "X9 Company" MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yoxlama ilə əhatə olunan May 2016 - Aprel 2023 vergi dövrü üzrə, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü üzrə (İyul 2017 - Mart 2020) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ilə "X9 Company" MMC-yə 1716 168 ,93 manat ƏDV, 242 222,91 manat mənfəət vergisi, 9.57 manat əmlak vergisi və 218,68 manat vergilərin artıq hesablanması üzrə ümumilikdə, 1 958 182,73 manat vergi məbləği hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən sözügedən qərar Gəncə İnzibati Məhkəməsində mübahisələndirilmiş və məhkəmə icraatı gedişində, yəni xx.xx.2020-ci il tarixdə "X9 Company" MMC "xxxx" MMCyə qoşularaq ləğv edilmiş və "xxxx" MMC onun hüquqi varisi olmuşdur. Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(114)-24/2022 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2-1(104)- 305/2022 saylı qərarı ilə "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(114)-24/2022 saylı qərarı iddia tələbinin təmin edilmədiyi hissəsində qismən, yəni 180532,53 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266,26 manat maliyyə sanksiyasının ləğvinə dair tələbin təmin edilmədiyi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********142866 nömrəli qərarı qismən, 180532,53 manat mənfəət vergisinin və buna görə tətbiq edilmiş 90266,26 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra sözügedən məhkəmə qərarlarının icrası istiqamətində 14 saylı Ərazi Vergilər İdarəsinin mübahisələndirilmiş 22 dekabr 2020-ci il tarixli **********142866 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ına düzəlişin edilməsi haqqında 18 avqust 2023-cü il tarixli **********175483 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında Qərar"a əsasən "X9 Company" MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Lakin iddiaçı məhkəmə qərarlarının icrası istiqamətində vergi orqanı tərəfindən edilməli olan müvafiq hərəkətlərin (vergi uçot bazasında yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən məbləğin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi və.s) edilmədiyini bildirərək bununla bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -34.4. maddəsinə əsasən hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. -34.3. maddəsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. -77.1. maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. -77.2. maddəsinə əsasən vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. -77.3. maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -145.2. maddəsinə əsasən hər hansı hüquqi şəxs ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilirsə və bilavasitə ləğv etmədən əvvəl iştirakçıya hüquqi şəxsdə iştirak payının 100 faizi məxsus olmuşdursa, belə halda: 145.2.1. aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır; 145.2.2. iştirakçı üçün verilən aktivlərin dəyəri ləğv edilən hüquqi şəxs üçün aktivlər verilənədək olan dəyərə bərabərdir; 145.2.3. bu Məcəllənin 13.2.15-ci maddəsinin müddəaları nəzərə alınmaqla, aktivlərin bölüşdürülməsi dividend sayılmır; 145.2.4. ləğv edilən hüquqi şəxsdə iştirak payının ləğv edilməsi zamanı heç bir gəlir və zərər nəzərə alınmır; 145.2.5. hər hansı kateqoriyaya aid olan əsas vəsaitlərin balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir. -145.3. maddəsinə əsasən Bu Məcəllənin 145.2-ci maddəsi yalnız o halda tətbiq edilir ki, ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -55.1. maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. -55.5. maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. -56.2. maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının: 4.1. Fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 4.1.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə. İş materiallarında olan müvafiq reyestrdən çıxarışdan görünür ki, "X9 Company" MMC xx.xx.2020-ci il tarixdə qoşulma yolu ilə "xxxx" MMC-yə birləşdirilmişdir. İşdə olan Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(114)-24/2022 saylı qərarından da görünür ki, "X9 Company" MMC-nin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə yuxarıda qeyd olunan əsasla iddiaçı "X9 Company" MMC əsl iddiaçı "xxxx" MMC ilə əvəz edilmişdir. X5 Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 2-1(104)-305/2022 saylı qərarından görünür ki, "X9 Company" MMC-nin vergi borcu 83094,74 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğ "X9 Company" MMC-nin 2017-2020-ci illər üzrə müəyyən edilmiş borcudur. "X9 Company" MMC xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə qoşulduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55 və 56-cı maddələrinə əsasən "X9 Company" MMC-nin hüquq və vəzifələri "xxxx" MMC-yə keçmişdir. Belə olduğu təqdirdə mövcud olmayan hüquqi şəxsin ("X9 Company" MMC) borcunun olması və aktiv bank hesablarının olması əsası ilə vergi uçot sistemində məlumat bazasında adının saxlanılması qanunauyğun hesab edilə bilməz. Digər tərəfdən "X9 Company" MMC-nin vergi borcunun olması və aktiv bank hesablarının olması arqumentinin əsaslı sayıla bilməməsi üçün hüquqi əsaslardan biri də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının 4-cü bəndindən qaynaqlanır. Belə ki, əvvəla həmin Qaydalar yalnız fiziki şəxslərin vergi uçotu prosedurunu tənzimləyir, həmçinin qaydalarda yalnız Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə (4.1.1-ci bənd)) vergi ödəyicisi borcunun və aktiv bank hesabının olub-olmaması araşdırılır. Digər hallarda həmin detalların araşdırılması göstərişi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, vergi uçot bazasında "X9 Company" MMC-yə (hüquqi varis "xxxx" MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83 094,74 manatın hüquqi varis "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və "xxxx" MMCyə qoşularaq ləğv edilmiş "X9 Company" MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Vergi uçot bazasında "X9 Company" MMC-yə (hüquqi varis "xxxx" MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83 094,74 manatın hüquqi varis "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və "xxxx" MMC-yə qoşularaq ləğv edilmiş "X9 Company" MMCnin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar